Icma.az
close
up
RU
SSRİ nin 1972 ci ildə Veneraya atdığı raket YERƏ DÜŞÜR Azərbaycan da RİSK ALTINDA

SSRİ nin 1972 ci ildə Veneraya atdığı raket YERƏ DÜŞÜR Azərbaycan da RİSK ALTINDA

Icma.az bildirir, Lent az portalına istinadən.

Sovetlər tərəfindən 1972-ci ildə Venera planeti üçün buraxılan, lakin orbitdə qalan “Kosmos 482” kapsul 53 il sonra Türkiyəyə düşə bilər. Alimlər onun quruluşuna görə atmosferdə yanmadan yerə çatma ehtimalının yüksək olduğunu bildirirlər.

Lent.az xəbər verir ki, 1972-ci ildə Sovet İttifaqı tərəfindən buraxılan “Kosmos 482” adlı kosmik gəmi Veneraya enmək üçün nəzərdə tutulmuşdu.

Lakin buraxılış mərhələsində nasazlıq səbəbindən o, Yerin orbitini tərk edə bilməyib. Kosmik gəminin böyük hissəsi ilk onillikdə atmosferə girərək yoxa çıxıb. 

Bununla belə, diametri təxminən bir metr olan eniş kapsulu 53 ildir ki, elliptik orbitdə fırlanır.

Alimlərin fikrincə, bu metal obyekt yaxın günlərdə nəzarətsiz şəkildə Yerə düşə bilər.

“Kosmos 482”nin ilk olaraq, titan yanacaq çənləri Yeni Zelandiya sahillərinə düşüb. Bu hadisə keçmiş sovet kosmik gəmisinin uzun illərdən sonra Yerə qayıtmasının ilk əlamətləri kimi qeydə alınıb.

Hollandiyalı astronom Marko Lanqbroek yarım tonluq parçanın mayın 10-da yenidən atmosferə girəcəyini proqnozlaşdırır.

Əgər obyektə kənar təsirlər olmasa, o, saatda təxminən 242 kilometr sürətlə yerə dəyəcək. "Risk tamamilə aradan qalxmayıb, lakin çox narahat olmağa ehtiyac yoxdur" deyən Lanqbroek, qəza riskinin hər il baş verən təsadüfi meteor hadisələrinə bənzədiyini əlavə etdi.

Telegram-da kosmosla bağlı paylaşımlar edən Georgi Trişkinin sözlərinə görə, bu parçalar orbiti tərk edərək bir neçə gün ərzində yerə çatıb. Kosmik gəminin bir hissəsi və raketin “Blok L” adlı dördüncü mərhələ raket hissəsi hələ də elliptik orbitdə uçur.

Ən yüksək nöqtəsi Yerdən 9800 kilometr uzaqlıqda, ən aşağı nöqtəsi isə 2010 kilometr yüksəklikdədir. NASA-nın məlumatına görə, düşməsi gözlənilən obyektin çəkisi 495 kiloqramdır.

Lenqbroek qeyd edir ki, eniş üçün kapsul Veneranın sıx karbon dioksid atmosferinə daxil olmağa tab gətirmək üçün quraşdırılıb. Bu səbəbdən kosmik gəmi atmosferdə kül qoymadan Yerə düşəcək.

Trişkin təsdiq edir ki, modul Veneraya çətin atmosferə yenidən daxil olmaq üçün qurulub, ona görə də onun istilik qalxanı və xarici qabığı yenidən daxil olarkən toxunulmaz qalmalıdır. Bununla belə, bütün strukturun toxunulmaz qalması ehtimalı azdır.

Çünki müşahidələr paraşütün daha əvvəl buraxıldığını göstərir. Bu da strukturun bütövlüyünü itirdiyini deməyə əsas verir. Trişkinin sözlərinə görə, orbital hesablamalar dağıntıların böyük ehtimalla quruya düşəcəyini deyir. Bu səbəbdən Misir, Suriya, Türkiyə və Azərbaycanda yaşayış məntəqələri risk altındadır.

Əgər modul proqnozlaşdırıldığı kimi 150 mil/saat (saatda 242 kilometr) sürətlə düşərsə, yaranan partlayış enerjisi təxminən 1,1-1,2 meqajoul olacaq. Bu, bir neçə yüz qram trotilin partlayışına bərabərdir. “Kosmos 482”nin 8-14 may tarixləri arasında Yerə düşəcəyi gözlənilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:159
embedMənbə:https://lent.az
archiveBu xəbər 07 May 2025 20:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri