Icma.az
close
up
RU
SSRİ nin nüvə sınaqları onların həyatını məhv edib İndi Rusiya təzminat istəyirlər

SSRİ nin nüvə sınaqları onların həyatını məhv edib İndi Rusiya təzminat istəyirlər

Qaynarinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

SSRİ 40 il ərzində hazırkı Qazaxıstan ərazisində nüvə sınaqları keçirib və bu səbəbdən bölgənin yerli əhalisi ciddi şəkildə zərər çəkib.

Qaynarinfo "The Telegraph"a istinadən xəbər verir ki, 60 il əvvəl Qazaxıstanın ucqar bölgəsində, Şalğan gölünün yaxınlığında, 178 metr dərinlikdə Xiroşimada istifadə edilən bombadan on dəfə güclü olan bir nüvə bombası partladılıb. Partlayış nəticəsində eni təxminən 400 metr, dərinliyi isə onlarla metr olan bir çökəklik yaranıb. Bu zaman havaya qalxan toz və radioaktiv hissəciklər hətta Yaponiyada da qeydə alınıb.


Bu, tək bir hadisə deyil. Həmin bomba Sovet İttifaqının 18 000 kvadrat kilometr sahəyə malik Samipalatinsk sınaq poliqonunda partlatdığı 456 nüvə yüklərindən biridir. Sınaqlar 1949-cu ildə başlayıb və 1989-cu ildə, Berlin divarının süqutuna qədər davam edib. Bu, bəşəriyyət tarixində baş vermiş bütün nüvə partlayışlarının təxminən 1/4-ni təşkil edir və bu günədək davam edən genişmiqyaslı ictimai səhiyyə böhranına səbəb olub.

Qazaxıstan hakimiyyəti bildirir ki, ətraf kənd və şəhərlərdə yaşayan təxminən 1,5 milyon insan radioaktiv təsirə məruz qalıb. Bu səbəbdən bölgədə xərçəng xəstəlikləri, ürək-damar problemləri, anadangəlmə qüsurlar və sonsuzluq halları geniş yayılıb. İntiharlar adi hal alıb, yerli qəbiristanlıqlar isə gənclərin məzarları ilə doludur.

Bundan əlavə, radioaktiv çirklənmə insanların DNT-sinə təsir edib və genetik mutasiyalar nəsildən-nəslə ötürülür.


Səhlənkarlıq və cinayətkar laqeydlik

Məqalədə qeyd olunur ki, sovet nüvə proqramı tez-tez səhlənkarlıqla tənqid edilir. Məsələn, ilk iki mərhələli hidrogen bombasının sınağı gözləniləndən xeyli güclü olub. Bu partlayış Qorçatov adlı qapalı şəhərdə bir binanın dağılmasına və bir qızın ölümünə səbəb olub. Həmin şəhər poliqondan cəmi 60 kilometr məsafədə yerləşirdi.

Bununla belə, alimlər və hərbçilər etdiklərinin fərqində idilər. Modellərə əsasən, bütün 456 sınaqdan sağ çıxan insanlar, Xiroşimadan sağ qalanlardan 120 dəfə artıq radiasiyaya məruz qalıblar.


"SSRİ rəhbərliyi təhlükələri yaxşı bilirdi. Poliqon ətrafındakı insanlar onların həyatına məhəl qoyulmadığı üçün sınaq obyektlərinə çevrildi - bu, irqçilik və laqeydlik idi", deyə doktor Bekki Aleksis-Martin bildirib. 

Poliqon yaxınlığında yaşayan yerli sakinlər hesab edirlər ki, dövlət onlara kömək etmir, Rusiyadan kompensasiya tələb etməyə qorxur və sadəcə "hamı öləndən sonra" problemi unudacağını gözləyir.

"SSRİ, Rusiya, Qazaxıstan və beynəlxalq ictimaiyyətin fəaliyyətsizliyi - etnik qazaxlara qarşı onillərlə aparılmış sistemli məhvetmə, yəni yavaş gedən soyqırımdır", deyə Aleksis-Martin əlavə edib.


Qeyd edilir ki, 1992-ci ildə qəbul edilmiş qanuna əsasən, yalnız 1949-1991-ci illərdə poliqon ətrafındakı dörd regionda yaşayan insanlar rəsmi şəkildə "nüvə sınaqlarından sağ qalanlar" kimi tanınır. Onlara "radiasiya pasportu" verilir və bu sənəd onların radiasiyaya məruz qalmasını təsdiqləyir.

Bu insanlar az miqdarda kompensasiya və əlavə imtiyazlar, o cümlədən daha uzun məzuniyyət alır. Lakin səhiyyə xərclərinin artması fonunda aylıq 40 dollarlıq ödəniş kifayət etmir. Hətta daha keyfiyyətli tibbi yardım üçün kəndlərdən köçənlər bu yardımlardan məhrum edilirlər.

Aydın



Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:73
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 21 May 2025 21:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail Beyrutda Hizbullah hədəfinə zərbə endirdi

23 Noyabr 2025 19:22see285

Mingəçevirdə 17 yaşlı yeniyetmə öldürüldü Saxlanılanın 14 yaşı var

22 Noyabr 2025 23:58see222

Sadıqovvari tənqid və.. nəticə?

23 Noyabr 2025 10:47see193

Epşteyn işinə görə ABŞ Konqresində ifadə verməlidir

23 Noyabr 2025 13:07see158

Gündə neçə banan yemək olar? Faydaları

23 Noyabr 2025 06:06see145

“Napoli” “Qarabağ”la oyun ərəfəsində qələbə qazanıb

23 Noyabr 2025 01:38see141

Suriyanın bu şəhəri qorxu içindədir: Qadını yandırıb...

23 Noyabr 2025 19:22see139

Azərbaycanın tütün istehsalçısı satışdan nə qədər qazanıb?

23 Noyabr 2025 16:32see134

Naxçıvanda yol qəzası olub, 4 nəfər xəsarət alıb

22 Noyabr 2025 19:20see129

İsraildən sərt mesaj: “Bir neçə cəbhədə əməliyyatları genişləndiririk”

23 Noyabr 2025 16:56see128

Ən nadir 5 pişik cinsi

23 Noyabr 2025 03:03see126

Azərbaycana gələn erməni nümayəndələr Bakını gəzdilər Fotolar

22 Noyabr 2025 17:43see126

La Liqa: Barselona Kamp Nou ya qələbə ilə dönür

23 Noyabr 2025 02:12see126

Almaniyada Ukrayna ilə bağlı Təhlükəsizlik Şurasının iclası keçirilib

23 Noyabr 2025 06:10see126

Ləzizbəy üç il “dincələcək”

23 Noyabr 2025 00:57see125

Qırğızıstanın sabiq prezidentinin oğlu SAXLANILDI

22 Noyabr 2025 23:03see125

Yemək zamanı video izləmək VƏRDİŞİ Hansı psixoloji problemlərin GÖSTƏRİCİSİDİR?

23 Noyabr 2025 20:01see124

Ukrayna Rusiyanın əsas mövqelərinə zərbələr endirdi Əməliyyat kadrlarlı

23 Noyabr 2025 20:06see123

Sabah Şamaxı matçında qolsuz BƏRABƏRLİK

23 Noyabr 2025 17:28see123

Karbohidratlı pəhrizin xeyrini bilirsiniz?

23 Noyabr 2025 17:32see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri