Icma.az
close
up
RU
“SSRİ nostalgiyası”: kütləvi psixoz və yırtılan maskalar

“SSRİ nostalgiyası”: kütləvi psixoz və yırtılan maskalar

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Yaxud Rusiya ictimai mühitinin miskinlik durumu barədə bir neçə söz

Müstəqillik illəri Rusiyasında anti-Azərbaycan təmayüllü kampaniyalar baş qaldıranda belə mənfi təmayüllərə cavab olaraq bildirirdik ki, ölkəmizə qarşı nalayiq davranışları edənlər imperialist qüvvələr və imperiya zehniyyəti ilə yaşayan şəxslərdir. Yəni bir qayda olaraq, detallara varmırdıq.

Nəzərə alaq ki, sözügedən kampaniyalardakı imperialist motiv indiki qədər qabarıq olmurdu. Son illərin Rusiyasında isə çirkinliyi və eybəcərliyi daha qabarıq görünən hadisə və proseslər yaşanır. Durumu, hətta kütləvi psixoz kimi də qiymətləndirmək mümkündür. Belə nəticəyə gəlirik ki, Ukrayna ilə müharibədəki uğursuzluq maskaları yırtıb.

Əslində, Azərbaycanın Baş Prokurorluğu tərəfindən barələrində cinayət işinin açıldığı və axtarışa verilmiş üç şəxsin – “YouTube” kanalı müəllifi Semyon Uralovun, Rusiyanın nəqliyyat nazirinin artıq sabiq olan müşaviri Aleksey Çadayevin və “Moskva 24” telekanalının aparıcısı İvan Knyazevin timsalında məhz maskaların yırtıldığı, əsl mahiyyətin üzə çıxdığı ortadadır. Söhbət dəhşətli mahiyyətdən gedir və bu “mahiyyətin” Marqarita Simonyan və Vladimir Solovyov təzahürlərindən ötən sayımızda bəhs etdik.

Qeyd edək ki, bu iki şəxs Azərbaycan dövlətinin axtarışa verdiyi digər üç şəxsi müdafiə edərək, ölkəmizə qarşı hədyanlar yağdırıb. Dünən hədyançılar siyahısına tanınmış musiqiçi, aktyor, Rusiyanın xalq artisti Nikolay Rostorquyev də qoşulub. Əlbəttə, Azərbaycana qarşı hədyan yağdırmaq növbəsinə durmuş digər “ziyalıların” olması da mümkündür.

Əlbəttə, təəssüflənirik, amma bir o qədər təəccüblənmədik, çünki Rostorquyev hakim “Vahid Rusiya” Partiyasının funksionerlərindəndir. Adamın solovyovların, simonyanların, uralovların, çadayevlərin və digər buqələmunların ağzı ilə danışmaqdan başqa çarəsi yoxdur. Yəni onun da normal fikir yürüdə bilməyəcək qədər manqurtlaşmasına adi baxırıq.

N.Rostorquyevdən söz düşmüşkən, o, belə sərsəmləyib: “Bəli, Azərbaycan bizim səbrimizi sınağa çəkməyə davam edir. Onlara Bakıdakı “Rusiya evi”ni bağlamaq azmış kimi, havanı korlamağa, məmurlarımızı və jurnalistlərimizi həbslə hədələməyə davam edirlər. Biz başa düşürük ki, bu, daha çox gözə kül üfürməkdir, nəinki real təhlükə. Amma Bakının Moskvaya özünün daha sərbəst və müstəqil olduğunu göstərmək istəyini inkar etmək olmaz. Belə tendensiyaların qarşısını almaq və onları kökündən kəsmək lazımdır. Sabah hər şey zarafatdan kənar ola bilər. Bu, dövlət başçısının xələfinin tapşırığı olmalıdır ki, bizə hörmət etsinlər, əvvəlki böyüklük qayıtsın”.

Bəli, M.Simonyanın dili ilə danışan N.Rostorquyev, demək olar, eyni tezisi qabardır: Prezident Vladimir Putindən sonra hakimiyyətə gələcək şəxs vəziyyəti düzəltməlidir. Hesab edirik ki, deyim adi deyil. Amma bu fikrin üzərində dayanmağa, hələlik, elə bir lüzum görmürük. Əsas toxunmaq istədiyimiz məqam maskaların yırtılması fonunda Rusiyada kütləvi psixoz halına gəlmiş imperiya ambisiyalarıdır. O ambisiyalar ki, özündə hər cür eybəcərliyə leqallıq donu geydirmək immunitetini daşıyır. Rostorquyevin fikirləri də buna hesablanıb.

Eybəcərlik isə çoxdur. Onlardan biri Azərbaycana qarşı sərt ritorikanın sabiq SSRİ-nin hüquqi-siyasi mirasına sahibliklə əlaqələndirilməsidir. Bu, Şimalın illərdir davam edən absurd teatrında tam “yenilikdir” və maskaların yırtılması dedikdə məhz mövcud məqamı nəzərdə tuturuq. Sən demə, müstəqil Azərbaycan üzərində Rusiyanın xüsusi yurisdiksiyası var imiş! 1991-ci ildən əvvəl SSRİ ərazisində doğulmuş istənilən şəxs Rusiya yurisdiksiyasına tabeymiş!

Görəsən, nə qədər əbləh olasan ki, belə bir fikri dilə gətirəsən? Ancaq Bakının axtarışa verdiyi və adını əvvəldə çəkdiyimiz S.Uralov bu cür əbləhliyi boynuna götürəcək qədər “cəsarət” sahibi ola bilir. Nə var, nə var Rusiya SSRİ-nin hüquqi varisi imiş. Ümumən, hüquqi varislik məsələsini şübhələndirmədən sual yaranır: Nə üçün məhz Rusiya SSRİ-nin hüquqi varisi olmalıdır? Bunu müəyyənləşdirən meyar nədir? Axı Sovetlər Birliyi 15 müttəfiq respublikadan ibarət idi və hüquqi baxımdan onların hər biri bərabər sayılırdı. Ona görə, məsələn, Özbəkistan, Moldova, Estoniya, eləcə də digər ölkələr özlərini SSRİ-nin hüquqi varisi adlandıra bilərlər. O cümlədən Azərbaycan da. Amma heç bir dövlət bunu etmir, çünki heç kəsə çürüklüyə varislik lazım deyil.

Bəli, SSRİ işğal amili üzərində qurulmuş, rus çarizminin təcavükar mahiyyətini bir qədər fərqli şəkildə yaşatmış qurama imperiya idi və bu cür saxta sistemə varislik yalnız Solovyov, Simonyan, Uralov və onlara bənzər parabeyin məxluqların düşüncə məhsulu ola bilər. Axı belələri dəyərə sahiblənmək qabiliyyətindən kənar zombiləşmiş varlıqlardır. Dəyər isə əslində yoxdur. Bir dövlət ki, tarix boyu işğalçılıq edib, ondan normal nə gözləyəsən? Deməli, adlarını çəkdiyimiz şəxslərin eybəcərliyə və anormallığa varislik iddiasına düşmələrində də təəccüblü heç nə olmamalıdır. Amma...

“Əmması” məşhur Azərbaycan atalar sözündədir: Ölünü öz başına qoysan, kəfəni cırıb çıxar. İndi bu “ölüləri” də özbaşlarına qoymaq olmaz. Bir halda ki, Rusiyadakı kütləvi psixoz durumunda belələrinə “dur” deyən tapılmır, heç olmasa, uğradıqları acınacaqlı durum barədə Azərbaycan mediasından öyrənib xəbər tutsunlar. Hərçənd, səfehlərin öz uydurduqları “hekayələrdən” başqa, nəyisə oxuduqlarını zənn etmirik.

...Azərbaycan rəhbərliyini SSRİ qanunları ilə mühakimə edəcəklərmiş! Bu fikir ölkəmizin müstəqilliyini sadəcə siyasi deyil, hüquqi baxımdan da şübhə altına almaq sərsəmliyidir. O dərəcədə sərsəmlik ki, ənənəvi sovet nostalgiyasının hüdudlarını aşır, SSRİ-nin dağılmasının hüquqi nəticələrini geriyə çevirməyə yönəlmiş siyasi konsepsiya halına gəlir. Nəticə etibarilə “Rusiya SSRİ-nin hüquqi varisidir” tezisi siyasi silaha çevrilir. Hesab edirik ki, hazırda bu “silahın” hədəfinə gələn Azərbaycandırsa, sabah bir başqa postsovet ölkəsi ola bilər. Ona görə də uralovların, solovyovların və digər zombilərin dilə gətirdikləri fikirlər postsovet məkanının digər respublikalarını ciddi düşündürməli, daha doğrusu, narahat etməlidir.

Yeri gəlmişkən, Azərbaycanın axtarışa verdiyi A.Çadayevin “dünyagörüşündə” də “sovet vətəndaşlığı” xəttinin götürüldüyünü görmək mümkündür. Məsələn, o, bir vaxtlar bildirirdi ki, Baltikyanı ölkələrdə yaşayan rus soyadlı insanlar əvvəlcə SSRİ vətəndaşları olublar, guya, sonra həmin ölkələrin vətəndaşlığı məsələsi yaranıb. Nəzərə alaq ki, Çadayevin sırf Azərbaycanla bağlı da əvvəlki fikirləri var və onun dediklərindən belə nəticə hasil olub ki, ölkəmizin Qarabağ üzərində suverenliyini bərpa etməsi sovet dövründə yaradılmış status-kvonun pozulmasıdır.

Göründüyü kimi, ayının min oyunu bir armudun başındadır. Axı imperiya qulbeçələrini Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi ilə qazandığı sərbəstlik “yandırır”, durumu həzm edə bilmirlər. Axı Qarabağ imperiya üçün Cənubi Qafqazda duruş nöqtəsi idi. İndi bu nöqtə olmadığından, duruma yanıb-yaxılanlar hədə-qorxu dilinə keçiblər. Əslində isə keçdikləri “stolba”dır. Yəni dünyanı görməyənlərin başlarını dirəyə vurub parçalamaq aqibəti var. Rusiya bu cür aqibətli buqələmunlarla dolu olduğu müddətdə acınacaqlı durumdan çıxa bilməyəcək.

Ə.CAHANGİROĞLU
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 22 Avqust 2026 11:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see345

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see341

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see277

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see272

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see270

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see267

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see263

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see262

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see248

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see223

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see215

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see214

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see213

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see213

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see210

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see209

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see207

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see206

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see205

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri