Icma.az
close
up
RU
SSRİ nüvə reaktorlarının qəbulu üzrə Dövlət Komissiyasının sədri olmuş azərbaycanlı

SSRİ nüvə reaktorlarının qəbulu üzrə Dövlət Komissiyasının sədri olmuş azərbaycanlı

Newscenter.az saytından alınan məlumata görə, Icma.az bildirir.


SSRİ nüvə reaktorlarının qəbulu üzrə Dövlət Komissiyasının sədri olmuş azərbaycanlı Abbas Çayxorski (21 yanvar 1917, Çaxırlı – 30 noyabr 2008, Rino[d], Nevada) — azərbaycanlı professor, kimya elmləri doktoru, SSRİ nüvə reaktorlarının qəbulu üzrə Dövlət Komissiyasının sədri (1969–1991),[1] Azərbaycan Milli Elmlər Akademiyasının fəxri doktoru,[2] SSRİ Dövlət Mükafatı laureatı,[3] neptunium elementinin kimyası sahəsində dünya şöhrətli tədqiqatçı.
Abbas Çayxorski 1917-ci il yanvarın 21-də indiki Ermənistanın ərazisində mövcud olmuş İrəvan quberniyasının, Yeni Bəyazid qəzasında, Çaxırlı kəndində, Abbasəli bəyin ailəsində anadan olmuşdur.[4] 1918-ci ildə Azərbaycanlıların Ermənistandan deportasiyası zamanı onun ailəsi müxtəlif vaxtlarda Ağdam, Göyçay və Ağdaş rayonlarında məskunlaşır.[4] Onun uşaqlıq və yeniyetməlik illəri Ağdaşda keçir, o, burada orta məktəbi bitirir, sonra isə Bakıda texnikuma daxil olur. Çayxorskinin atası Abbasəli 1920-ci illərin ortalarında həbs olunmuş və məlumatlara görə, 1930-cu illərdə sürgündə vəfat etmişdir. Abbas Çayxorski ali təhsilini 1939-cu ildən başlayaraq Bakı Dövlət Universitetinin kimya fakültəsində almışdır.[1][5]
Çar Rusiyası dövründə zadəganlar özlərinə doğulduğu yerlə səsləşən soyad götürürdülər. Abbas Çayxorskinin hazırda ABŞ-də yaşayan oğlu Aleksandr müsahibələrindən birində söyləyir:
" “Bizim ulu babamız olduqca inanclı adam idi. Buna görə də “Çaxırlinski” soyadını götürə bilməzdi. Məhz bu səbəbdən “Çayxorlu” soyadını seçir. Babam Birinci Dünya Müharibəsində Polşaya sürgün edilib. Çayxorski soyadını da polyaklar ona vermişdi”. "
Abbas Çayxorski Böyük Vətən müharibəsinin başlanması ilə əlaqədar olaraq universitetdə təhsilini yarımçıq qoyaraq cəbhəyə yollanmışdır.[4][1]
Hərbi illəri
O, 2 ay Bakı artilleriya məktəbində təhsil almış, 1941-ci ilin avqustundan Cənub, Qafqaz, Krım və Şimali Qafqaz cəbhələrində vuruşmuşdur. Çayxorski 1942-ci ilin avqustunda yaralanaraq hospitala aparılır. Sağaldıqdan sonra baş serjant rütbəsində ön cəbhəyə qayıdan Çayxorski, 48-ci atıcı alayında telefon rabitəsi bölməsinə başçılıq etmiş, 1945-ci ilin yanvarında Kalininqrad istiqamətində gedən döyüşlərdə 2-ci dəfə yaralanmışdır. O, həmin ilin fevralında göstərdiyi qəhrəmanlığa görə 3-cü dərəcəli Şöhrət Ordeni ilə təltif olunmuşdur.[1]
Abbas Çayxorski 1945-ci ilin 21 aprelində Pillau (indiki Baltiysk, Kalininqrad vilayəti) şəhəri uğrunda gedən döyüşlərdə yenidən fərqlənərək iyunda Qızıl Ulduz medalına layiq görülür.[1]
Elmi fəaliyyəti
Müharibədən sonra Bakıya dönən Çayxorski universitetdə təhsilini davam etdirməyə başlayır və tezliklə onu təhsil əlaçısı kimi SSRİ Xalq Komissarları Sovetinin qərarı ilə Leninqrad Universitetinin kimya fakültəsinin 4-cü kursuna, yenicə açılmış radiokimya bölməsinə keçirirlər.[1] Bu barədə Çayxorski 2004-cü ildə Bakıda verdiyi müsahibədə deyir:
" Ölkədə radiokimya kafedrası LDU-da 1945-ci ilin sonunda, “Xirosima"dan bir neçə ay sonra açıldı. Öz atom bombasını yaratmaq üçün təkcə sovet elminin bütün gücü atılmamışdı. Bütün dövlət demək daha doğru olar. Təbiidir ki, yeni peşənin mütəxəssisləri lazım idi və yeni bölməyə SSRİ-nin bütün aparıcı ali məktəblərindən ən yaxşı tələbələri seçirdilər. "
O, 1947-ci ildə Çelyabinskdə təşkil olunmuş Atom mərkəzinə işləməyə göndərilir və burada İqor Kurçatovla birlikdə fəaliyyət göstərməyə başlayır.[6] Abbas Çayxorski tələbə yoldaşı Yevgeniya Romanova (Çayxorskaya) ilə ailə qurur və 1953-cü ildə Çelyabinskdə onların övladı Aleksandr dünyaya gəlir.[1]
"Çelyabinsk — 40" (indiki Ozersk şəhəri) adlanan ərazidə çalışan Kurçatov uran reaktoru üzərində işləyirdi.[6] Bütün SSRİ-dən ən savadlı gənc kimyaçılar məhz buraya göndərilirdi və Çayxorski də də onlardan biri idi.[6] Kurçatovun apardığı tədqiqatlar zamanı ortaya yeni bir zərurət çıxır və o, xüsusi vakuum qurğusunun yaradılması ilə bağlı birbaşa Moskvaya məlumat verir. Moskvadan verilən məlumatda bu qurğunun ən azı bir ilə yaradıla biləcəyi deyilir. Kurçatov isə tədqiqatlara ara vermək istəmir və alternativ yollar axtarmağa başlayır və qərara gəlir ki, yanında çalışan gənc kimyaçılara bu məsələdən danışsın. Gəncləri topyalayan Kurçatov iclasda onlara bu qurğunun qısa müddətdə hazırlanmasının vacib olduğunu bildirir. Abbas Çayxorski Kurçatova bu işi görə biləcəyini bildirir. İ. Kurçatov onun cəsarətinə ciddi yanaşmasa da, "yox" demir və zaman verir. Cəmi bir ay müddətində Abbas vakuum qurğusunun layihəsini Kurçatova təqdim edir.[7][1] Məhz bu hadisədən sonra sovet kimya elmində Çayxorskinin adı kimyaçılar arasında tanınmağa başlamışdır[1]
1969-cu ildə Abbas Çayxorski atom enerjisindən dinc məqsədlərlə istifadə üzrə SSRİ Dövlət Komissiyasının rəhbəri təyin olunur və bu vəzifədə SSRİ-nin süqutuna qədər — 22 il qalır.[1]
Onun nəzəri elmi tədqiqatları SSRİ-də yüksək qiymətləndirilir. Abbas Çayxorski neptunium elementinin kimyası sahəsində dünya şöhrətli tədqiqatçı olmuş,[8] onun 1970-ci ildə hazırladığı və Mendeleyev cədvəlinin modifikasiyası olan elementlərin dövri sistemi cədvəli iki il sonra SSRİ-də radiokimya sahəsində müəllimlərin ixtisasartırma kurslarının tədris proqramına salınmışdı.[9][1]
Çayxorski 1978-ci ildə dünyada neptunium kimyası üzrə yeganə əsar olan "Neptun kimyası" monoqrafiyasını çap etdirir.[9]
1973-cü ildə isə Çayxorski olduqca ağır bir problemlə üzləşir: oğlu Aleksandr təhsil aldığı Leninqrad Universitetindən qovulur. Aleksandrın müsahibəsinə görə bunun səbəb onun SSRİ-ni tərk edib xaricə mühacirət etmək istəyi olmuşdur. Bu dövrdə universitetin rektoru Abbas Çayxorskinin yaxın dostu olsa da, onun nəyinki Aleksandrın oradan qovulmasından, hətta, həmin universitetdə tələbə olmasından belə xəbəri olmayıb. Bir sözlə, "tanışlıq", "tapşırma" kimi imtiyazlar Abbas Çayxorskiyə (və yalnız ona yox) tamamilə yad olmuşdur.[1]
Ali məktəbdən qovulan Aleksandr orduda xidmətə yollanır və hərbi xidmətini başa vurduqdan sonra iki il neft mədənlərində, Bakı Şin zavodunda və başqa yerlərdə baş verən yanğınların söndürülməsində iştirak edir və işinin öhdəsindən uğurla gəldiyinə görə hərbi xidmətdən sonra yenidən universitetə qəbul olunur.[1]
Aleksandr 1981-ci ildə Azərbaycana bir daha qayıdır — bu dəfə geoloq kimi Qarabağda və Salyanda ekspedisiyalarda çalışır. Nəhayət, 1987-ci ildə Aleksandr SSRİ-dən qaça bilir. O, İsveç vətəndaşı olan bir qadınla nikaha girir və Stokholmda yaşamağa başlayır. Aleksandr iki ildən sonra Stokholmdan ABŞ-yə köçür.[1]
Çayxorski 1997-ci ildə 80 yaşında yeganə oğlunun yanına, ABŞ-yə gedərək yaşadığı Rusiya xüsusi orqanları tərəfindən səhv anlaşılır. Rusiyanın hökumət orqanları onu bütün titullardan məhrum edir və atom kimyası sahəsində tədqiqatlar aparmayacağı haqqında ondan yazılı iltizam alır. O, ABŞ-də da elmi fəaliyyətini davam etdirir, molekulyar biologiya ilə məşğul olur.[1]
Ömrünün son illərində Abbas Çayxorski dəfələrlə Bakıya gəlmiş, 26 yanvar 2004-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti tərəfindən akademiyanın fəxri doktoru seçilmiş[2] və məqalələri Akademiyanın mətbu orqanında dərc olunmuşdur.[5]
Abbas Çayxorski 91 yaşında – 30 noyabr 2008-ci ildə, ABŞ-nin Nevada ştatının Rino şəhərində vəfat etmişdir.[1][5] 2009-cu ildə 28 illik fasilədən sonra Azərbaycana gələn Aleksandr Çayxorski özü ilə Bakıya həm də atasının külü olan urnanı gətirir və onun külü öz istəyinə uyğun olaraq Bakıdakı köhnə qəbiristanlıqların birində basdırılır.[5]
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:73
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 21 Yanvar 2025 00:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qurbanovdan sərt reaksiya: “Ən bərbad hakimlik idi”

31 May 2025 22:12see174

KƏND HƏYATINDA UŞAQ SEVİNCİ... FOTOLAR

31 May 2025 23:11see133

“Vəfa” yenidən səhnədə

01 İyun 2025 01:08see130

Hakimlik haqda nəsə demək istəmirəm Elvin Cəfərquliyev

31 May 2025 22:58see130

Şəhərin mərkəzində atışma 2 ölü, 1 yaralı

01 İyun 2025 15:32see126

NASA və Harvard qurban seçildi Tramp nəyi dəyişmək istəyir?

31 May 2025 22:36see124

Miss Vorld 2025 in qalibi müəyyənləşdi Foto

31 May 2025 22:09see124

Mələksima Qumru quşu

01 İyun 2025 01:19see122

Cənubi Koreyada seçkilərə şok qərar: namizədlərdən biri geri çəkildi

01 İyun 2025 19:55see117

Cəzaçəkmə müəssisəsinin damı uçdu, məhkum xəsarət aldı

01 İyun 2025 22:14see117

Şabrandakı yol qəzasında bir nəfər həyatını itirib

02 İyun 2025 09:33see115

Ərdoğan İrana səsləndi, Poqosyan narahat oldu Fikirləşin, niyə?

02 İyun 2025 04:14see114

Bəzi vitaminlərin çox qəbulu orqanizmə belə ziyan VURUR

02 İyun 2025 05:01see113

Havalar isinir, amma qrip təhlükəsi artır nə etməli?

02 İyun 2025 01:01see113

Naxçıvanda aksiya çərçivəsində 300 dən çox uşaq tibbi müayinədən keçib

02 İyun 2025 00:25see113

Niyə şorba ikinci gün daha dadlı olur? CAVAB

01 İyun 2025 13:21see113

Azərbaycan özündən 4 dəfə balaca Antalyadan geridə qalır: Niyə? İqtisadçı

01 İyun 2025 08:02see112

Rusiya və Ukraynanı bir araya gətirmək üçün... Ərdoğan

31 May 2025 22:59see112

Ağ Ev: ABŞ İrana nüvə proqramı ilə bağlı “məqbul təklif” təqdim edib

01 İyun 2025 07:07see112

İmamoğlunun trolları hərəkətə keçdi

02 İyun 2025 15:13see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri