Icma.az
close
up
RU
“Starlink” Azərbaycanda fəaliyyətə başlaya bilmir Danışıqlar aparılıb, şirkət də yaradılıb, amma... AzPolitika onlayn siyasiictimai qəzet

“Starlink” Azərbaycanda fəaliyyətə başlaya bilmir Danışıqlar aparılıb, şirkət də yaradılıb, amma... AzPolitika onlayn siyasiictimai qəzet

Azpolitika.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Qazaxıstan, Gürcüstan və Ukraynada “Starlink” peyk internet xidməti artıq xeyli müddətdir ki, fəaliyyət göstərir. Qazaxıstanda hətta “Starlink” yüzlərlə ucqar məktəbə də internet xidmətləri verir”.

“AzPolitika” xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib.

“Bir neçə gün öncə “Starlink” Ermənistanda fəaliyyətə başlamaq üçün tənzimləyici qurumlardan lisenziya alıb”, - o əlavə edib.

Ekspert bildirir ki, Azərbaycanda isə vəziyyət fərqlidir: ““Starlink” rəsmiləri bəlkə də Ukraynadan sonra ilk olaraq Azərbaycana gəlmişdilər. Onlar Bakıda olublar, “Azərkosmos” rəhbəri ilə görüşüblər. Nazir Rəşad Nəbiyev ötən il İlon Maskla, bir neçə ay öncə isə daha bir “Starlink” rəsmisi ilə görüşüb. 2022-ci ilin dekabr ayında "Starlink Azerbaijan" MMC qeydiyyata alınıb. 2023-cü ilin may ayında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliklə “SpaceX” arasında “Starlink”-in internet xidmətlərinin Azərbaycanda əlçatan olması ilə bağlı müqavilə imzalanıb. Amma buna baxmayaraq, “Starlink”-in fəaliyyətə başlaması gecikir”.

O.Gündüzün sözlərinə görə, görünən odur ki, RİNN, İKTA və “Azərkosmos” tərəfdən “Starlink” üçün hansısa texniki-texnoloji tələblərin olacağı ağlabatan deyil. Ekspert hesab edir ki, belə olan halda düşünmək olar ki, “Starlink” qanunvericilikdə nəzərdə tutulduğu qaydada DTX-dan hələlik icazə ala bilməyib: “Xatırladıram ki, mövcud qanunvericiliyə görə, DTX, beynəlxalq rabitə xidmətlərinə lisenziya almazdan öncə operatorlardan təhlükəsizliklə bağlı öncədən müəyyən olunan tələblərin yerinə yetirilməsi ilə bağlı zəruri avadanlıqların quraşdırılmasını tələb edir. Məhz bundan sonra operatorlar bu icazəni təqdim etməklə lisenziya üçün müraciət edə bilirlər. Beləliklə, güman etmək və düşünmək olar ki, “Starlink” bu tələbləri yerinə yetriə bilmədiyindən hələlik belə bir icazəni ala bilməyib”.

Osman Gündüz bu gecikmə ilə bağlı “Azərkomos”-da heç bir açıqlama verilmədiyinə də diqqət çəkir: “Bəlkə də bizim bilmədiyimiz digər problemlər var. Medianın bu məsələni diqqətdə saxlaması və aidiyyatı qurumlardan sorğulaması faydalı olardı. Yəni görünən odur ki, Azərbaycanda bu proses ləngiyir. Amma əslində peyk internet üçün prosesə ilk başlayanlardan biri də biz olmuşduq. Düşünürəm ki, həm bir alternativ olaraq, həm də ucqar bölgələrdə yaşayan insanlar üçün, təhsil və mədəniyyət qurumları üçün “Starlink” ölkənin rəqəmsal inkişafına böyük töhfə verə bilər. Ümid edirik ki, bu gecikmə tezliklə aradan qaldırılacaq və Azərbaycan da peyk internetindən yararlanan ölkələr sırasında yer alacaq”.

Xatırladaq ki, “Starlink” peyk internet xidməti hazırda 113 ölkədə fəaliyyət göstərir.

Rasim Əliyev

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 18 Dekabr 2024 11:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see258

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see161

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see138

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see134

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see132

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see128

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri