Icma.az
close
up
RU
Starlink cihazını ölkəyə gətirmək istəyənlər bu qurumdan icazə almalıdırlar RƏSMİ

Starlink cihazını ölkəyə gətirmək istəyənlər bu qurumdan icazə almalıdırlar RƏSMİ

Pravda.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Xəbər verdiyimiz kimi, “Starlink” internet xidmətinin Azərbaycanda fəaliyyətə başlamasına baxmayaraq, sifarişçilərin sözügedən cihazı ölkəyə gətirmələrində problemlərlə üzləşdiyi iddia olunurdu. Belə ki, sözügedən qurğunun gömrükdə rəsmiləşdirilməsində süni əngəllərin yaradılmasının yekunda məhsulun sifarişçiyə gəlib çıxamamasına səbəb olması ilə bağlı iddialar yayılıb. Yayılmış iddialarla bağlı Dövlət Gömrük Komitəsindən (DGK) Trend-in sorğusuna cavab olaraq bildirilmişdi ki, sifarişçi gömrükdə belə problemlə üzləşməməsi üçün Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən (RİNN) xüsusi icazə almalıdır.

Artıq yayılan iddialarla bağlı RİNN-in tabeliyindəki Azərbaycanın telekommunikasiya və poçt xidmətləri sahəsində tənzimləyici qurumu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) öz mövqeyini bildirib.

Belə ki, qurumdan Trend-in sorğusuna cavab olaraq qeyd olunub ki, sözügedən avadanlıqlar “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən, kosmik peyk rabitə vasitəsi kimi təsnifləşdirilib.

“Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 12 sentyabr tarixli 292 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların dövriyyəsinə xüsusi icazə verən mərkəzi icra hakimiyyəti orqanlarının Siyahısı”nın 4-cü bəndinə əsasən, həmin əşyaların mülki dövriyyəsinə xüsusi icazə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən verilir”, - deyə məlumatda vurğulanıb.

Sadə dildə ifadə etsək, sifarişçi gömrükdə “Starlink” qurğularının ölkəyə keçirilməsində problemlərlə qarşılaşmaması üçün RİNN-dən xüsusi icazə almalıdır. Yalnız bundan sonra sözügedən avadanlıqlar istifadəçilər üçün əlçatan ola bilər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:52
embedMənbə:https://pravda.az
archiveBu xəbər 11 Aprel 2025 20:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan və Türkmənistan qarşılıqlı əməkdaşlığı Avrasiya logistik sisteminin dayanıqlı inkişafı üçün mühüm amilə çevrilə bilər EKSPERT

29 May 2025 21:48see131

Kiyevdə məşhur amerikalının başına balkon düşdü Foto

29 May 2025 19:52see126

Ruslar bu yay uğursuz olsa, üsyan başlayacaq Xarebin

30 May 2025 09:01see122

Rusiya Serbiyanı Ukraynaya gizli sursat verməkdə ittiham edir...

29 May 2025 19:16see122

Çin Kiyevə Mavic dronlarının satışını dayandırır

29 May 2025 21:16see120

Çelsi Joao Feliksdən qurtulmağın yollarını axtarır

31 May 2025 01:21see116

Xaricdə Azərbaycan əleyhinə çıxışlar edən mühacirlərin ölkəyə ekstradisiyası yalnız bu yolla mümkündür VACİB AÇIQLAMA KONKRET

30 May 2025 18:04see116

Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının təşviqi” adlı layihə çərçivəsində ekspert görüşü FOTOLAR

29 May 2025 21:55see116

İran şahının sevimlisi olan Xalq artisti niyə yük maşınında qaçmışdı?

31 May 2025 09:00see116

Super Liqa klubunun yeni baş məşqçisi müəyyənləşib

29 May 2025 21:23see115

İspaniya təmsilçisi Fernando Torreslə müqavilə müddətini uzadıb

31 May 2025 02:02see115

Tramp Harvarda 30 gün vaxt verdi

29 May 2025 21:59see114

İrəvan separatçıları və qanuni hədəfimiz

31 May 2025 09:09see113

İsrail və HƏMAS arasında tarixi razılaşma...

29 May 2025 21:28see113

Serj Sarqsyan və kürəkəni 3 milyon dollar rüşvət almaqda ittiham olunur

29 May 2025 21:11see113

Sağlamlıq imkanları məhdud uşaqlara hədiyyələr verilib

30 May 2025 20:40see112

Fidan: Rusiya və Ukraynanın atəşkəslə bağlı tələbləri fərqlidir

29 May 2025 21:45see112

Milan Reyndersi rekord qiymətə sata bilər

30 May 2025 18:31see112

“Açığı, sualınız bir qədər qəribə səslənir” Arif Əsədov nəyə təəccübləndi?

29 May 2025 18:27see110

Maqnit qasırğası 24 saatdan çoxdur davam edir

30 May 2025 10:03see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri