“Qarabağ” kuboku qazanmasa belə, biz Konfrans Liqasındayıq” “Qartallar”dan cavab
Icma.az, Footbal-plus saytına istinadən bildirir.
Bu gün saat 19.00-da ölkə kubokunun finalında “Qarabağ”la “Sabah” üz-üzə gələcək.
“Turan Tovuz”dan başqa, “Zirə”də “Qarabağ”ın qalib gəlməsini istəyir. Belə ki, “Sabah” kubokun qalibi olarsa, Avropa Liqasına yollanacaq. “Qarabağ” qalib gələrsə, bu imkan “Zirə”nin əlinə keçəcək.
Kubok oyunun nəticəsində maraqlı olan tərəflərdən biri də “Zirə”di. Sumqayıta kollektiv şəkildə yollanmaq, “Qarabağ”ı dəstəkləmək fikriniz varmı?
Bu sualları “Qartallar”ın azarkeş qrupu Kənan Məmmədliyə ünvanladıq:
“Bir azarkeş qrupu başqa bir komandaya dəstək ola bilər? Bu necə mümkündü? “Qarabağ” kuboku qazanmasa belə, biz Konfrans Liqasındayıq. Bu sualı çox absurd hesab edirəm. Avropada iştirak etmək arzusu ola bilər, amma biz gümüş medalları və Konfrans Liqasını rəsmi şəkildə qazanmışıq. Bizim üçün böyük bir dəyişiklik yoxdu. Biz komandanın hər bir uğurunu sevinclə qarşılayırıq”.

