Startap” şəhadətnaməsi almış KOB subyektlərinin sayı 300 ü ötüb
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Bakı, 17 noyabr, AZƏRTAC
“Startap” şəhadətnaməsinin verilməsi məqsədilə yaradılmış Ekspertlər Şurasının növbəti iclaslarında təqdim olunan layihələrə baxılıb.
İqtisadiyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, nəticədə daha bir qrup KOB subyektinə “Startap” şəhadətnaməsi təqdim edilib.
“Startap” şəhadətnamələri fiziki və hüquqi şəxslərin informasiya texnologiyaları və süni intellekt, elektron ticarət və maliyyə texnologiyaları, təhsil, səhiyyə, kənd təsərrüfatı, logistika və nəqliyyat, turizm, reklam və marketinq, hüquq və biznes xidmətləri, tədbirlərin təşkili və digər xidmət sahələrində rəqəmsal platforma və innovativ həllərin hazırlanması üzrə layihələrinə təqdim edilib. Layihələrlə ətraflı https://6m1dfy.short.gy/D2pkHS linkinə daxil olmaqla tanış olmaq olar.
Bununla da “Startap” şəhadətnaməsi almış KOB subyektlərinin sayı 345-ə çatıb.
“Startap” şəhadətnaməsi almış KOB subyektləri sənədi aldıqları tarixdən etibarən 3 il müddətinə innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən azad olunurlar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 17 Noyabr 2026 22:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















