Icma.az
close
up
RU
Statistika sevgini ölçmür, o sadəcə sevirəm deyənlərin siyahısını tutur Sosioloq

Statistika sevgini ölçmür, o sadəcə sevirəm deyənlərin siyahısını tutur Sosioloq

Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycanda cari ilin birinci rübündə 11 206 nikah və 4765 boşanma halları qeydə alınıb. Nikahların sayı artıb, boşanmalar isə azalıb.

Əhalinin sosial və iqtisadi durumu evliliklərə və boşanmalara necə təsir edir? Boşanmaların azalıb, evliliklərin artmasının əsas səbəbləri nələrdir?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında sosioloq Yusif Nəbiyev bildirdi ki, əhalinin nikah və boşanma dinamikası, hər zaman yalnız şəxsi münasibətlərlə yox, həm də sosial-iqtisadi kontekstlə sıx bağlı olur:

"Cari ilin birinci rübündə nikahların artması və boşanmaların azalması bizə pozitiv dəyişiklik kimi görünə bilər, amma təəssüf ki, bu göstəricilərin arxasında fərqli struktural səbəblərin durması ehtimalı çox böyükdür. Əvvəla, iqtisadi qeyri-müəyyənlik və sosial təzyiqlər boşanma qərarlarını gecikdirə və ya qarşısını ala bilər. Məsələn, artan kirayə qiymətləri, müstəqil yaşamağın çətinliyi, aliment və övlad məsuliyyəti kimi faktorlar bəzi ailələri boşanma qərarını verməkdən çəkindirə bilir. Ailə də sosial bir sistemdir və bu sistemin də sabitliyi üçün digər sistemlərdə olduğu kimi iqtisadi vəziyyət mühüm rol oynayır".

Sosioloq bildirdi ki, nikahların artması isə bəzən rəsmi nikahı təbliğ edən dövlət siyasətləri və sosial kampaniyalarla əlaqəli ola bilir.

"Gənc cütlüklərə verilən subsidiyalar, sosial mənzillər və nikahdan sonrakı maddi dəstək modelləri nikah qərarını cazibədar edə bilir. Hətta nə qədər qəribə səslənsə də, işsizlik və sosial təcrid səbəbilə evlənmək bəziləri üçün sosial statusun və təhlükəsizliyin bərpası yolu kimi də görünə bilər. Xüsusən qadınlar üçün.  

Yəni, bu bir rüblük göstəricilərə baxaraq "nikahlarda artım" və ya "boşanmalarda azalma" siqnalları gözləmək tələskənlikdir. Hələlik bu rəqəmlər bizi sevindirə bilər, amma unutmamalıyıq ki, nikah və boşanma statistikaları sadəcə rəsmi rəqəmlərdir. Üstəlik, çox uzun vədəli dinamikaları ölçən rəqəmlərdir. Bu rəqəmlərdə mütəmadi dalğalanmaların olması labüddür. Ana trendin nikahların xeyrinə dəyişdiyini demək üçün əlimizdə bir neçə illik müsbət datanın olması mütləqdir. 
Həm də unudulmamalıdır ki, əsas məsələ evliliklərin sayı yox, bu evliliklərin keyfiyyətidir. Statistika sevgini ölçmür, o sadəcə "sevirəm" deyənlərin siyahısını tutur. Məncə sevinməyə tələsmək lazım deyil. Ailə institutundakı qlobal böhran rahat-rahat aradan qaldırılacaq bir problem deyil", - deyə müsahibimiz vurğuladı.

Aytəklin TOFİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:115
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 19 May 2025 17:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see268

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see229

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see221

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see206

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see199

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see175

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see168

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see155

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see150

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see149

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see148

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see145

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see145

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see144

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see136

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see128

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see128

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri