Sabirabadda “İZ” ailəvi restoranında monitorinq keçirilib
Icma.az, Azertag saytına istinadən bildirir.
Bakı, 6 oktyabr, AZƏRTAC
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən aparılan monitorinq çərçivəsində Sabirabad rayonunda fəaliyyət göstərən, fiziki şəxs Zöhrab Mehman oğlu Piriyevə məxsus “İZ” ailəvi restoranında 2 baş tovuzquşu, 3 baş qırqovul, 15 baş göyərçinin baytar nəzarəti olmadan qapalı məkanda saxlanıldığı aşkarlanıb.
AZƏRTAC xəbər verir ki, bu barədə AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsi məlumat yayıb.
Bildirilib ki, sahibkarlıq subyektinə quşların xüsusi mühafizə olunan təbiət ərazilərinə və ya heyvan rifahı tələblərinə cavab verən heyvan parklarına təhvil verilməsi, saxlandığı yerlərdə təmizlənmə, dezinfeksiya və digər baytarlıq-sanitariya tədbirlərinin görülməsi ilə bağlı tapşırıqlar verilib. Tapşırıqlara əməl olunmayacağı təqdirdə, qanunvericiliyə uyğun zəruri tədbirlərin görüləcəyi bildirilib.
Qeyd edək ki, vəhşi heyvan və quşların ictimai iaşə müəssisələrində və ailəvi istirahət məkanlarında saxlanılması və nümayiş etdirilməsi qanunla qadağandır. Belə hallarda heyvan və quşların insanlarla təması zoonoz xəstəliklərin ötürülməsi və bioloji təhlükəsizliyin pozulması kimi risklər yaradır.
Monitorinqlər mütəmadi olaraq davam etdiriləcək və qanunvericiliyin tələblərinin pozulması halları aşkarlanarsa, agentlik tərəfindən müvafiq inzibati tədbirlər görüləcək.
Baxış sayı:74
Bu xəbər 06 Oktyabr 2025 11:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















