Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Tənhalığın çox asan müalicəsi

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Statistika xidməti yeniləşir, müasirləşir

Statistika xidməti yeniləşir, müasirləşir

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ölkəmizdə rəsmi statistikanın yaradılmasından 105 il keçir. 1920-ci il avqust ayının 19-da Azərbaycan İnqilab Komitəsi tərəfindən dövlət statistikası haqqında ilk Əsasnamə təsdiq edilib. Statistika orqanları bütün dövrlərdə qarşıda duran vəzifələri zamanın tələblərinə uyğun yüksək işgüzarlıqla, uğurla həyata keçiriblər. Ölkənin sosial-iqtisadi inkişafına dair elmi cəhətdən əsaslandırılmış statistik məlumatlar vaxtında, operativ qaydada yığılaraq işlənib və müvafiq dövlət qurumlarına, cəmiyyətin digər təbəqələrinə çatdırılıb.

Ölkəmizdə milli statistika sisteminin inkişafı xalqımızın böyük oğlu, dünya şöhrətli görkəmli dövlət xadimi, ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin rəhbərliyi ilə aparılan uğurlu islahatlar sayəsində bazar iqtisadiyyatı prinsiplərinə uyğun milli statistika sisteminin formalaşdırılması prosesinə başlanılmış, rəsmi statistikanın inkişafı istiqamətində uğurlu addımlar atılmışdır. Bütün bunları yüksək dəyərləndirən Ümummilli lider demişdir: “Bizim Dövlət Statistika Komitəsi çox düzgün statistika aparır”.

Azərbaycan ərazi bütövlüyünü, suverenliyini tam bərpa etdikdən sonra statistik məlumatlar ölkənin bütün ərazilərini əhatə edir. Dövlətimizin və hökumətin yüksək qayğısı sahəsində statistik məlumatlar daha geniş informasiya məkanında paylaşılır. Ölkə Prezidenti cənab İlham Əliyevin dövrün tələblərinə, müasir çağırışlara uyğun davam etdirdiyi islahatlar statistikanın yeniləşməsinə və müasirləşməsinə güclü təkan verib, statistikanın inkişafına dair 6 Dövlət Proqramı uğurla icra edilib.

Bu proqramlar çərçivəsində milli statistik təsnifatların, müasir metodologiyaların hazırlanması və tətbiqi, Milli Hesablar Sisteminin qurulması, yeni statistika sahələrinin yaradılması və təkmilləşdirilməsi, istifadəçilərin statistik məlumatlara olan tələbatının ödənilməsi, elektron statistikanın inkişafı, keyfiyyəti idarəetmə sisteminin tətbiqi, statistika orqanlarının maddi-texniki bazasının gücləndirilməsi istiqamətində çoxsaylı tədbirlər həyata keçirilib. Görülmüş tədbirlərin nəticəsidir ki, ixtisaslaşmış beynəlxalq təşkilatlar tərəfindən aparılmış qlobal qiymətləndirmədə xarici ekspertlər Azərbaycanın milli statistika sistemində həyata keçirdiyi islahatların beynəlxalq standartlara uyğun olduğunu qeyd ediblər. Dövlət Statistika Komitəsi “Rəsmi statistika məlumatlarının istehsalı və yayılması” sahəsində nüfuzlu beynəlxalq audit şirkətləri tərəfindən beynəlxalq uyğunluq sertifikatına layiq görülüb.

Ölkəmizdə milli statistika sistemi ardıcıl şəkildə inkişaf etdirilir, rəsmi statistik məlumatların beynəlxalq standartlara uyğun, innovativ yanaşmalar əsasında istehsalına xüsusi diqqət yetirilir. Rəsmi statistika sahəsində müasir texnologiyalara, süni intellektə və rəqəmsal transformasiyaya əsaslanan islahatlara önəm verilir. Ölkəmiz aparıcı dövlətlərlə və beynəlxalq təşkilatlarla fəal əməkdaşlıq edərək qlobal inkişafa layiqli töhfələr verir.

Dövlətimiz tərəfindən statistik xidmətin inkişafına və bu xidmətin dünyanın ən inkişaf etmiş ölkələrinin xidmətləri səviyyəsinə qaldırılmasına daim qayğı göstərilir. Azərbaycanda beynəlxalq standartlara cavab verən yeniləşmiş, müasirləşmiş statistika fəaliyyət göstərir. Dövlət Statistika Komitəsi 50-dən çox beynəlxalq təşkilat və ölkənin statistika orqanları ilə əməkdaşlıq edir və məlumat mübadiləsi aparır.

Azərbaycan statistika sahəsində mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edir. Keçən ay Bakıda III Beynəlxalq Statistika Forumu keçirilib. Bu mötəbər tədbir milli statistika sistemlərinin inkişafı, qlobal statistik təşəbbüslərə inteqrasiya və beynəlxalq əməkdaşlığın dərinləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Forum çərçivəsində müxtəlif ölkələrin statistika qurumlarının, beynəlxalq təşkilatların, elmi dairələrin nümayəndələri bir araya gələrək statistika sahəsində müasir bilik və qabaqcıl təcrübələrini bölüşüblər.

Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 64/267 nömrəli qətnaməsinə əsasən 2010-cu il oktyabr ayının 20-si Ümumdünya Statistika Günü elan edilib. Bu qətnaməni qəbul etməklə Baş Assambleya etibarlı statistika məlumatlarının hazırlanmasında milli statistika təşkilatlarının fundamental əhəmiyyətini rəsmi şəkildə təsdiq edib. BMT-nin müvafiq qərarı ilə bu il oktyabrın 20-də Ümumdünya Statistika Günü “Hər kəs üçün keyfiyyətli statistika ilə inkişafa təkan verək” mövzusu üzrə qeyd ediləcək.

Ümumdünya Statistika Gününün 100-dən çöx ölkədə, habelə BMT və digər beynəlxalq təşkilatlar tərəfindən təntənəli şəkildə qeyd ediləcəyi nəzərdə tutulub. Ölkəmiz bu əlamətdar günün qeyd olunmasına xüsusi önəm verir. Dövlət Statistika Komitəsinin rəsmi internet səhifəsində Ümumdünya Statistika Günü ilə əlaqədar xüsusi bölmə yaradılıb və bu mövzuda ardıcıl şəkildə materiallar yerləşdirilir.

Paytaxt Bakı ilə yanaşı, yerli statistika orqanları tərəfindən regionlarda da tədbirlərə start verilib. Azərbaycan statistikasının tarixi, bu günü və inkişaf perspektivləri, sosial-iqtisadi siyasətin formalaşdırılmasında rolu, statistika elminin nailiyyətləri, iqtisadi-statistik təhlillərin, mühüm statistik göstəricilərin və onların hesablanma metodologiyaları, statistikaya dair beynəlxalq aləmdə baş verən yeniliklər geniş ictimaiyyətə çatdırılır.

Müasir dövrdə statistika cəmiyyətin tərəqqisini, dövlət siyasətinin effektivliyini və qlobal çağırışlara cavabvermə qabiliyyətini qiymətləndirmək üçün mühüm vasitələrdən birinə çevrilib. Etibarlı statistik məlumatlar dayanıqlı inkişafın təmin olunmasında, əsaslandırılmış qərarların qəbulunda və şəffaf idarəetmənin qurulmasında mühüm rol oynayır.

Ağaddin ŞAHVERDİYEV,
Lənkəran Şəhər Statistika İdarəsinin rəis müavini

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:430
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 18 Oktyabr 2025 15:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see585

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see495

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see448

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see319

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see305

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see298

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see290

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see277

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see261

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see253

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see243

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see229

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see226

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see204

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see199

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see199

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see197

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see183

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see182

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri