Icma.az
close
up
RU
Stokholmda “Impact Pioneers 26 EUROPE” proqramının İsveç həftəsi başa çatıb

Stokholmda “Impact Pioneers 26 EUROPE” proqramının İsveç həftəsi başa çatıb

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Stokholm, 5 oktyabr, AZƏRTAC

İsveç İnstitutunun təşkilatçılığı ilə həyata keçirilən “Impact Pioneers 26 EUROPE” proqramının sentyabrın 27-dən oktyabrın 3-dək davam edən İsveç həftəsi Stokholmda başa çatıb.

AZƏRTAC xəbər verir ki, “Dayanıqlı gələcək üçün sahibkarlıq və innovasiya” mövzusuna həsr olunan proqram Şərqi Avropa və Baltik regionundan, eləcə də İsveçdən 10 ölkəni təmsil edən 50-yə yaxın ekosistem liderini, dövlət və özəl sektor mütəxəssisini, innovasiya və vətəndaş cəmiyyəti nümayəndəsini bir araya gətirib.

Proqramın məqsədi sahibkarlıq və innovasiya ekosistemləri arasında əməkdaşlığı gücləndirmək, yaşıl keçidi sürətləndirən təşəbbüslərin inkişafına dəstək vermək və ölkələr arasında bilik mübadiləsi üçün yeni imkanlar yaratmaqdır. Təlim və müzakirələr bərpa olunan enerji, binalar və şəhər infrastrukturu, tullantıların idarə olunması və dövri iqtisadiyyat istiqamətlərini əhatə edib.

Azərbaycan proqramda yeddi nümayəndə ilə təmsil olunub. İştirakçılar “Bakı Metropoliteni” QSC, “Azərbaycan Dəmir Yolları” QSC, Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi, “Təmiz Şəhər” ASC, SABAH.HUB, “Müasir İnformasiya Cəmiyyəti və İnnovasiyalar” İctimai Birliyi və “Caucasian Research” təşkilatlarını təmsil ediblər.

İsveç həftəsi çərçivəsində iştirakçılar yaşıl innovasiyaların maliyyələşdirilməsi, yeni həllərin real mühitdə sınaqdan keçirilməsi, dövlət-özəl sektor əməkdaşlığı, innovativ satınalma, sosial təsirin ölçülməsi və uğurlu təşəbbüslərin genişləndirilməsi ilə bağlı təcrübə mübadiləsi aparıblar. Müxtəlif ölkələri təmsil edən iştirakçılar öz təşəbbüslərini təqdim edib, ortaq problemləri və mümkün əməkdaşlıq istiqamətlərini müzakirə ediblər.

Nümayəndələr Stokholmun innovasiya ekosisteminin aparıcı mərkəzlərindən olan “Norrsken House”, KTH və “KTH Innovation”da keçirilən görüşlərdə iştirak ediblər. “Epicenter Stockholm”da təşkil olunan “Ecosystem Exchange” tədbiri isə “Impact Pioneers” proqramının Avropa və MENA istiqamətləri üzrə iştirakçılarını İsveçin dövlət qurumlarının, innovasiya təşkilatlarının, universitetlərinin və özəl sektorunun nümayəndələri ilə bir araya gətirib.

Proqram çərçivəsində Stokholmun dayanıqlı şəhər inkişafı təcrübəsi də öyrənilib. İştirakçılar Norra Djurgårdsstaden şəhərsalma layihəsi, Hammarby Sjöstad ərazisində tətbiq olunan inteqrasiya olunmuş enerji, su və tullantıların idarə edilməsi sistemi, həmçinin aşağı karbonlu taxta tikinti konsepsiyası əsasında yaradılan “Sickla Wood City” layihəsi ilə tanış olublar.

Stokholm Şəhər Mədəniyyət Mərkəzində (Kulturhuset) keçirilən “Re:think Cities – International Forum” tədbirində dayanıqlı və inklüziv şəhərlərin inkişafı, ictimai nəqliyyat, rəqəmsal və innovativ həllər, şəhərlərin yeni texnologiyalar üçün sınaq mühiti kimi rolu və beynəlxalq tərəfdaşlıq imkanları müzakirə edilib. Forum İsveç təşkilatları ilə Şərqi Avropa və Baltik regionunun nümayəndələri arasında yeni əlaqələrin qurulmasına şərait yaradıb.

Azərbaycan nümayəndə heyəti Azərbaycanın İsveç Krallığındakı səfiri Elnur Sultanovla da görüşüb. Görüş zamanı Azərbaycanda həyata keçirilən yaşıl keçid və innovasiya təşəbbüsləri, İsveç təcrübəsindən istifadə imkanları və iki ölkənin aidiyyəti qurumları arasında əməkdaşlığın genişləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

İsveç həftəsi iştirakçılara müxtəlif ölkələrin təcrübəsini müqayisə etmək, yeni tərəfdaşlarla əlaqələr yaratmaq və yerli təşəbbüslərini beynəlxalq təcrübə əsasında təkmilləşdirmək imkanı verib. Proqram çərçivəsində formalaşan bilik və əlaqələrin gələcəkdə birgə layihələrə, pilot təşəbbüslərə və regionlararası əməkdaşlığa çevrilməsi nəzərdə tutulur.

Nərgiz Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Stokholm

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://azertag.az
archiveBu xəbər 05 Oktyabr 2026 00:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see336

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see270

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see257

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see257

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see253

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see243

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see242

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see240

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see240

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see233

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see226

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see225

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see216

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see215

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see215

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see212

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see193

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see191

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see182

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri