İsveç səfirinin Azərbaycanda diplomatik fəaliyyəti başa çatıb
Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.
18 iyun tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İsveç Krallığının Azərbaycan Respublikasındakı səfiri Tobias Lorentzsonu ölkəmizdə diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.
XİN-dən APA-ya verilən xəbərə görə, görüş zamanı Azərbaycan ilə İsveç arasında siyasi dialoq, iqtisadiyyat, ticarət, humanitar və təhsil sahələrində əməkdaşlıq məsələləri müzakirə olunub.
Tərəflər ikitərəfli münasibətlərin inkişaf etdirilməsi, qarşılıqlı səfərlərin və təmasların davam etdirilməsinin əhəmiyyətini vurğulayıblar.
Nazir Ceyhun Bayramov iki ölkə arasında mövcud münasibətlərin inkişafını məmnunluqla qeyd edərək, bu istiqamətdə göstərdiyi səylərə görə səfirə təşəkkürünü bildirib. O, səfir Tobias Lorentzsonun fəaliyyət müddəti ərzində Azərbaycan-İsveç əlaqələrinin inkişafına verdiyi töhfələri yüksək qiymətləndirib və gələcək fəaliyyətində ona uğurlar arzulayıb.
Görüşdə həmçinin regional vəziyyət, Azərbaycan-Ermənistan normallaşma prosesi, post-münaqişə dövründə bölgədə bərpa və yenidənqurma işləri, habelə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Səfir Tobias Lorentzson ölkəmizdə fəaliyyəti dövründə göstərilən dəstəyə görə təşəkkürünü ifadə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 18 İyun 2026 18:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















