Icma.az
close
up
RU
Stomatoloji klinikalarda yoxlama aparılıb: Lisenziyası ləğv edilən var?

Stomatoloji klinikalarda yoxlama aparılıb: Lisenziyası ləğv edilən var?

Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"2025-ci ilin ötən dövrü ərzində stomatoloji klinikalarda 21 planlı, yeddi plandankənar yoxlama keçirilib. Hələ ki, bu il lisenziyası ləğv edilən klinika olmayıb".

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən (AEM) məlumat verilib.

Bildirilib ki, "Özəl tibb fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, qanunvericiliklə müəyyən olunan qaydada hüquqi şəxs yaratmaqla özəl tibb fəaliyyəti, həmçinin, ali tibb təhsili olan (ixtisasca həkim-stomatoloq) şəxslər tərəfindən hüquqi şəxs yaratmadan, fiziki şəxs olaraq, qanunvericiliklə müəyyən olunan qaydada özəl tibbi praktika üzrə fəaliyyət həyata keçirilə bilər:

"Stomatoloji ixtisas üzrə terapevtik stomatoloji, ortopedik stomatoloji, ortodontik stomatoloji, cərrahi stomatoloji və diş texniki üzrə lisenziya tələb olunduğundan, uyğun işlər üzrə tibbi praktiki fəaliyyət dövlət sertifikasiya şəhadətnaməsi və lisenziya əsasında həyata keçirilə bilər. Cərrahi stomatoloji iş üzrə lisenziya icazəsi olmayan şəxslər dişlərin çəkilməsi, ağız boşluğuna uyğun implantların yeridilməsi kimi əməliyyatları icra edə bilməz.

Diplomsuz və ya diplomu təsdiq edilməyən stomatoloqların fəaliyyət göstərməsi ilə bağlı vətəndaş şikayətləri və yerli dövlət özünüidarəetmə orqanları tərəfindən daxil olan müraciətlər əsasında aidiyyəti sahibkar subyektlərində qanunvericiliklə müəyyən olunan qaydada xidməti yoxlamalar keçirilir. Keçirilən yoxlamalar zamanı sahibkar subyektlərində aşkar edilən qanunsuz tibbi praktiki fəaliyyət ilə məşğul olma faktı inzibati xəta məcəlləsinin müvafiq maddələri ilə inzibati qaydada tənbeh olunur".

"Mövcud stomatoloq fəaliyyəti ilə məşğul olan şəxslərin heç də hamısı, təəssüf ki, dövlət qeydiyyatından keçməyiblər, yaxud təhsilləri uyğun olmadığı üçün Dövlət Səhiyyə Sistemi tərəfindən qəbul olunmur, lakin buna baxmayaraq, qeyri-qanuni fəaliyyət göstərənlər var ki, xüsusi ilə də regionlarda, bunlara da yuxarıda qeyd etdiyimiz kimi vətəndaş şikayətləri və yerli dövlət özünüidarəetmə orqanları tərəfindən daxil olan müraciətlər əsasında, aidiyyəti sahibkar subyektlərində qanunvericiliklə müəyyən olunan qaydada xidməti yoxlamalar keçirilərək barələrində müvafiq tədbirlər görülür. Bu tip şəxslər ilkin olaraq hüquq-mühafizə orqanları tərəfindən aşkarlanır, daha sonra fəaliyyətlərinin tibbi olub-olmaması barədə bizə müraciət daxil olur. Daha sonra məsələ ətraflı araşdırılaraq, barələrində tədbir görülərək növbəti icraata göndərilir", - deyə məlumatda vurğulanıb.

Həmçinin qeyd edilib ki, ümumiyyətlə, hər bir vətəndaşın tibbi xidmət göstərən müəssisənin lisenziyası barədə, həmçinin də praktiki tibbi fəaliyyət ilə məşğul olan ixtisaslı həkim mütəxəssisin sertifikasiyası barədə müəssisə rəhbərindən məlumat əldə etmək hüququna malikdir:

"Sənəd tələb edilmədikdə aidiyyəti orqanlara - Səhiyyə Nazirliyinin müvafiq qurumlarına və hüquq-mühafizə orqanlarına rəsmi müraciət edə bilər. Zərər çəkən şəxslər barədə onu vurğulamaq istərdik ki, mütləq qaydada hüquq- mühafizə orqanlarına müraciət etsinlər və uyğun olaraq da məhkəmə tibbi ekspertizanın rəyini əldə etsinlər".

"Vətəndaşlara bir daha xatırladırıq ki, özəl tibb müəssisələrində və aptek təşkilatlarında üzləşdikləri hər hansı problemlə bağlı AEM-in "bir pəncərə" sistemi, "qaynar xətt"i (012 596 05 20), [email protected] elektron ünvanı və ya pharma.az saytının MÜRACİƏT bölməsi vasitəsi ilə bizə müraciət edə bilər. Bu halda araşdırılma aparılır və lazım gələrsə, plandankənar yoxlama aparılması barədə qərar qəbul edilir", - deyə qeyd edilib.

Aləmdə Nəsib

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:105
embedMənbə:https://oxu.az
archiveBu xəbər 18 Fevral 2025 14:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see267

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see220

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see218

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see202

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see154

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

16 Yanvar 2026 18:40see135

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see131

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see131

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see129

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see129

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see128

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri