Icma.az
close
up
RU

Stomatoloji klinikanın 70 min manatını mənimsəməkdə ittiham olunan əməkdaşın məhkəməsi başlayıb

Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Bəyaz Diş Gənclik" MMC-nin əmlakını mənimsəməkdə təqsirləndirilən Nigar Süleymanovanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib.

Zərərçəkmiş şəxsin vəkili Vüqar Əliyev təqsirləndirilən şəxsin barəsində seçilən qətimkan tədbirin dəyişdirilməsi ilə bağlı vəsatət verib.

O, bildirib ki, cinayət işinin istintaqı bir ildən çox davam edib. Bu müddət ərzində ziyanın çox cuzi hissəsi ödənilib. Eyni zamanda, təqsirləndirilən şəxsin məhkəmədən yayınmamasına, barəsində olan “polis nəzarəti altında” qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə dəyişdirilməsini xahiş edib.

Dövlət ittihamçısı vəsatəti əsassız sayaraq təmin olunmamasını istəyib.

Təqsirləndirilən şəxsin vəkili müvəkkilinin hər zaman istintaq zamanı polis çağırışlarına vaxtında getdiyini, bunun üçün də vəsastətin təmin olunmamasını istəyib.

Məhkəmə vəsatəti təmin etməyib.

Məhkəmə baxışa verilib.

Məhkəmənin baxış iclası yanvarın 27-nə təyin olunub.

Təqsirləndirilən Nigar Süleymanovaya Cinayət Məcəlləsininin 179.3.2-ci (Mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

İttihama görə, klinikanın qəbul şöbəsində işləyən Nigar Süleymanova 70 min manat mənimsəmədə ittiham olunur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://apa.az
archiveBu xəbər 13 Yanvar 2025 15:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see319

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see253

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see228

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see189

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see186

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see171

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see169

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see168

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see167

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see166

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see166

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see163

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see151

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see150

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see148

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see146

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see144

Bakı Sumqayıt qatarının 4, 15, 20 və 28 iyun üçün hərəkət qrafiki açıqlanıb CƏDVƏL

23 Yanvar 2026 05:36see143

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see143

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri