Icma.az
close
up
RU
Strateji baxış və yeni inkişaf mərhələsi

Strateji baxış və yeni inkişaf mərhələsi

Icma.az bildirir, Yeniazerbaycan saytına əsaslanaraq.

Prezident İlham Əliyevin “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə çıxışı ölkəmizin rəqəmsal transformasiya strategiyasının institusional və konseptual əsaslarını müəyyən edən mühüm proqram xarakterli bəyanat kimi qiymətləndirilir.

Dövlət başçısı çıxışında vurğulayıb ki, qlobal miqyasda dördüncü sənaye inqilabının sürətlənməsi, süni intellekt və böyük verilənlər texnologiyalarının geniş tətbiqi dövlətlərin rəqabət qabiliyyətini birbaşa müəyyən edən əsas amillərdəndir. Bu kontekstdə Azərbaycanın rəqəmsal transformasiyası yalnız texniki modernləşmə deyil, idarəetmə fəlsəfəsinin yenilənməsi və iqtisadi modelin daha innovativ əsaslara keçirilməsi deməkdir.

“Azərbaycanın yeni rəqəmsal arxitekturası” vahid fəaliyyət planı dövlət idarəçiliyinin optimallaşdırılması, xidmətlərin elektron müstəviyə tam keçidi və qərar qəbuletmə prosesində məlumat əsaslı yanaşmanın tətbiqini nəzərdə tutur. Bu isə şəffaflığın artırılması, resurslardan səmərəli istifadə və operativliyin yüksəldilməsi baxımından keyfiyyətcə yeni mərhələdir.

Prezident İlham Əliyev dövlət qurumları arasında məlumat mübadiləsinin vahid rəqəmsal platforma üzərindən həyata keçirilməsinin vacibliyini xüsusi qeyd edib. İnstitusional inteqrasiya nəticəsində təkrarlanan prosedurların aradan qaldırılması, bürokratik maneələrin azaldılması və vətəndaş məmnunluğunun yüksəldilməsi hədəflənir.

Bu model həmçinin dövlət xidmətlərinin əlçatanlığını artıraraq sosial inklüzivliyi gücləndirəcək və regionlararası rəqəmsal fərqlərin minimuma endirilməsinə xidmət edəcək.

Müşavirədə kibertəhlükəsizlik məsələləri ayrıca prioritet kimi müəyyən olunub. Rəqəmsal infrastrukturun inkişafı ilə paralel olaraq milli informasiya təhlükəsizliyi sisteminin gücləndirilməsi, kritik infrastrukturun qorunması və strateji məlumatların mühafizəsi əsas istiqamətlərdəndir.

Rəqəmsal suverenliyin təmin olunması dövlət müstəqilliyinin mühüm komponenti kimi dəyərləndirilir. Bu baxımdan yerli mütəxəssislərin hazırlanması, beynəlxalq təcrübənin tətbiqi və qabaqcıl texnologiyaların inteqrasiyası strateji əhəmiyyət daşıyır.

Prezident İlham Əliyev çıxışında insan kapitalının rəqəmsal transformasiyada həlledici rolunu önə çəkib. Təhsil sistemində İKT bacarıqlarının genişləndirilməsi, startap ekosisteminin dəstəklənməsi, innovasiya və texnologiya yönümlü təşəbbüslərin təşviqi ölkənin rəqəmsal gələcəyinin əsas dayaqları kimi təqdim olunub.

Bu yanaşma göstərir ki, rəqəmsal arxitektura yalnız infrastruktur layihəsi deyil, həm də cəmiyyətin intellektual potensialının səfərbər edilməsi və yeni iqtisadi imkanların yaradılması prosesidir.

“Azərbaycanın yeni rəqəmsal arxitekturası” vahid fəaliyyət planı dövlət idarəçiliyində səmərəliliyin artırılması, iqtisadiyyatın rəqabət qabiliyyətinin gücləndirilməsi və vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi baxımından kompleks və uzunmüddətli strateji sənəd kimi çıxış edir.

Prezident İlham Əliyevin müşavirədə səsləndirdiyi prioritetlər Azərbaycanın rəqəmsal inkişaf modelinin ardıcıl, sistemli və məqsədyönlü şəkildə həyata keçiriləcəyini nümayiş etdirir. Bu isə ölkəmizin qlobal rəqəmsal transformasiya prosesində layiqli yerini möhkəmləndirməsinə və regional liderliyini daha da gücləndirməsinə xidmət edəcək.

Lalə İskəndərova

YAP Qusar rayon təşkilatının məsləhətçisi

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 18 Fevral 2026 15:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see416

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see347

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see343

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see313

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see312

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see303

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see301

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see300

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see293

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see284

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see274

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see273

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see263

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see259

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see254

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see250

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see245

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see243

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see232

Sabahdan hava dəhşət soyuyacaq

24 Noyabr 2026 17:39see232
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri