Icma.az
close
up
RU
Yeni strateji inkişaf mərhələsi: Dayanıqlı inkişaf, təhlükəsizlik, qlobal tərəfdaşlıq ŞƏRH

Yeni strateji inkişaf mərhələsi: Dayanıqlı inkişaf, təhlükəsizlik, qlobal tərəfdaşlıq ŞƏRH

Olke.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Əsası 1994-cü ildə “Əsrin müqaviləsi” ilə başlanan neft-qaz strategiyası nəticəsində qarşıya qoyulan hədəflərə nail olunduğundan Azərbaycanın enerji strategiyası artıq yeni mərhələyə qədəm qoyub. Çünki son illərdə Azərbaycan ənənəvi qazıntı yanacağından yaşıl enerjiyə sürətlə transformasiya etməkdədir. Bu baxımdan da Bakı Enerji Həftəsi sadəcə sərgi və forum deyil, həm də ölkənin enerji strategiyasının yenilənmiş vizyonunun təqdim edilməsi kimi qiymətləndirilməlidir”.

Bunu Ölkə.az-a açıqlamasında enerji sahəsi üzrə mütəxəssis, VI çağırış Milli Məclisin deputatı İltizam Yusifov deyib. 

O bildirib ki, əsası 1994-cü ildə qoyulan neft strategiyasının nailiyyətlərinin aşağıdakı istiqamətlərdə reallaşdığını göstərmək olar:

“1. Azərbaycanın, neft-qaz layihələrinə beynəlxalq neft korporasiyalarının, bütövlükdə xarici işgüzar dairələrin, iri investisiyaların cəlb edilməsi hesabına dünyanın enerji daşıyıcıları bazarına sürətlə çıxışın təmin edilməsi;
2. Azərbaycan neftinin dünya bazarına sərbəst və sürətli çıxışını təmin etmək üçün ixrac boru kəmərləri sisteminin yaradılması;
3. Azərbaycanın milli sərvəti olan neftdən gələn gəlirlərin gələcək nəsillər üçün toplanaraq artırılması, bu gəlirlərdən ölkəmizin cari sosial ehtiyaclarını, iqtisadi tərəqqi və inkişaf tələblərini nəzərə almaqla, bugünkü nəsillər üçün istifadə edilməsi;
4. Azərbaycanın yeni inkiaşf modelinin formalaşdırılması;
5. Yeni neft strategiyasının həyata keçirilməsinin nailiyyətlərindən biri də Qərbin qabaqcıl texnika-texnologiyasının Azərbaycana gətirilməsi;
6. Azərbaycanın güclü və qüdrətli dövlətə çevrilməsi;
7.  Geosiyasi və geoiqtisadi şəraiti Azərbaycanın xeyrinə dəyişdirməsi;
8. Azərbaycanın Ermənistanın işğalına son verərək ərazi bütövlüyünü təmin edib ölkə ərazisində suverenliyinin tam bərpa edilməsi;
9. Azərbaycanın qalib dövlətə və xalqa çevrilməsi;
10. Azərbaycanın beynəlxalq aləmdə ciddi aktor rolunda çıxış etməsi;
11. Azərbaycanın Avrasiya coğrafiyasında logistik qovşağa çevrilməsi;
12. Azərbaycanın Avropanın enerji təhlükəsisliyi arxitekturasında müstəsna rola malik ölkə rolunda çıxış etməsi;
13. Azərbaycanın yaşıl gündəliyə keçidinə şərait yaratmasıdır.

Azərbaycanın enerji strategiyası yeni mərhələyə qədəm qoymaqla yaşıl enerjiyə sürətli keçidə nail olmaqla ölkənin dayanıqlı inkişafını, təhlükəsizliyini təmin etmək, qlobal əməkdaşlığa nail olmaq və “orta güc” kimi regional və qlobal proseslərdə aktiv oyunçu rolunda çıxış etməkdir. Azərbaycan yeni strateji mərhələdə qarşıya qoyduğu bu hədəflərə nail olmaq üçün yetərincə resursa və potensiala malikdir”.

İ.Yusifov əlavə edib ki, bunu hazırda Bakıda keçirilən 30-cu yubiley Bakı Enerji Həftəsi bunu deməyə əsas verir:

“Azərbaycan ötən 30 il ərzində bu istiqamətdə yürtüdüyü uğurlu siyasət nəticəsində regional enerji təhlükəsizliyinin formalaşmasında da həlledici rol oynamaqdadır. Son illərdə “Azəri-Çıraq-Günəşli”, “Şahdəniz” və Cənub Qaz Dəhlizi layihələri sayəsində Azərbaycan təkcə Avrasiyanın enerji xəritəsində deyil, Avropanın neft-qaz təminatında da sabitləşdirici bir aktora çevrilib. Azərbaycan bu siyasətini daha uğurlu modelə transformasiya etməklə müasir dövrün tələbinə uyğun addım atmağı hədəfləyir. O baxımdan da Azərbaycan daha ambisiyalı layihələrlə çıxış etməkdədir.

Azərbaycan Prezidenti İlham Əliyev Bakı Enerji Həftəsi çərçivəsində keçirilən rəsmi açılış mərasimində çıxışında bəyan edib ki, Azərbaycan açıq dənizə çıxışı olmayan ölkə olsa da, yürüdülən siyasət nəticəsində Avrasiyanın vacib nəqliyyat qovşaqlarının birinə çevrilməklə Avrasiyanın enerji xəritəsi yenidən tərtib edib.

Ölkə başçısı bildirdi ki, Azərbaycan tərəfdaşları ilə Xəzər dənizini Qara dəniz və Aralıq dənizi ilə birləşdirən strateji Cənub Qaz Dəhlizi layihəsini reallaşdırıb. Cənub Qaz Dəhlizi layihəsinin reallaşması isə Azərbaycanın geosiyasi əhəmiyyətini artırıb və qarşıdakı müddətdə qaz ixrac coğrafiyası genişləndikcə ölkəmizin geosiyasi mövqeyi daha da möhkəmlənərək qaz bazarında qlobal oyunçu rolunda çıxış etməsinə imkan verəcək. Görülən məqsədyönlü işlər nəticəsində Azərbaycanın təbii qaz ixracı 25 milyard kubmetrə çatıb və 2030-cu ilədək ixracın həcmi 8 milyard kubmetrə qədər artırılacağı nəzərdə tutulur. 

Bununla yanaşı, imzalanmış müqavilələrə və sərmayə öhdəliklərinə əsasən, Azərbaycan 2030-cu ilədək 6,5 giqavat həcmində istehsal edilə biləcək bərpaolunan enerji gücünə malik olacağıq.

Bunun qarşıdakı dönəmdə daha da artırlacağı nəzərdə tutulur. Yaşıl enerji gündəliyində olduqca iddialı olan Azərbaycanın əsas hədəfi Qlobal Cənub və Qlobal Şimal arasında körpünün qurulması idi və Prezident İlham Əliyevin yürütdüyü düzgün siyasət nəticəsində buna nail olunub. Hədəf ətraf mühiti ən çox çirkləndirən inkişaf etmiş ölkələrlə bundan əziyyət çəkən, hətta bəzilərinin mövcudluğuna təhlükə olan inkişafda olan ölkələr arasında etimadın artırılması idi ki, COP29-da bu istiqamətdə ciddi addımlar atılıb. Əminəm ki,  Azərbaycan bu məqsədlərə nail olacaq və yeni uğurlara imza atılacaq”.

Mürtəza
Ölkə.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:64
embedMənbə:https://olke.az
archiveBu xəbər 04 İyun 2025 19:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see256

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see175

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see137

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see132

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri