Icma.az
close
up
RU
Tarixi əhəmiyyətli Kəlbəcər, Şəhər Günün mübarək!

Tarixi əhəmiyyətli Kəlbəcər, Şəhər Günün mübarək!

Ses qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ən qədim insan məskənlərindən biri olan qədim Kəlbəcərin yerləşdiyi bölgədə Tərtərçay çayı boyunca cərgə ilə düzülmüş qədim süni mağaralar mövcuddur. Həmin ərazilərdə ibtidai insanın təşəkkül tapması və formalaşması dördüncü geoloji dövrlə bağlıdır. Bu isə 4 milyon ildən artıq bir tarix deməkdir.

Kəlbəcər ərazisində 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri aşkarlanmışdır. Buradakı daş abidələr Şimali Azərbaycanda erkən dövr türklüyün, atəşpərəstliyin, xristianlığın, VII əsrdən isə İslamın yayıldığı dövrlərdə yaradılmışdır.

Kəlbəcərdə “Türk qəbiristanlığı” adı ilə tanınan bir neçə qədim məzarlıq var. Bunların ən böyüyü Alıbəyli, Kəlbəcər, Zar və b. kəndlərin ərazisindədir. Qəbirstanlıqlar müxtəlif əsrlərdə yaradılmış, forma və ölçüləri ilə bir-birindən fərqlənən at, qoç, sandıq qəbirüstü fiqurlar, başdaşı və günbəzlərlə zəngindir.
Kəlbəcərdə Zar açıq düşərgəsində aparılan arxeoloji tədqiqatlarda sübut olunub ki, ibtidai insan sürü icmasının ilk əmək alətləri daşdan hazırlanmışdır.

Kəlbəcər qalalarını tədqiq edənlərin fikrincə, onlar yollara nəzarət olunması əsasən karvan yollarının üstündə tikilirmiş. Rayonun ərazisindəki ən məşhur qalalardan biri “Löh” qalasıdır. Qalanın içərisində qayadan yonulmuş, dərinliyi 3-5 metrə çatan quyuların içərisində, hər birinin diametri bir metrə qədər olan nəhəng palıd ağacları bitmişdi. Qalanın Lev çayı istiqamətində aşkar olunan iki mağara ən qədim insan məskənlərindən hesab edilir. Yay aylarında sərin, qışda isə isti olan bu mağarada istənilən ərzaq məhsulunu bir ay saxlamaq mümkün imiş.

Tarixin yaddaşı olan bu abidələr bəzən özü-özünü hifz etmiş və əsrimizə qədər bir neçə minillik ömür yaşamışlar. Kəlbəcər qalalarının içərisində ən yüksəklikdə yerləşəni “Comərd”dir. Məşhur Tutquçay ərazisinin “giriş qapısı” hesab edilən, ötən əsrin 50-ci illərində açılan tuneldən keçdikdən sonra, Comərd kəndindən xeyli yuxarıda, meşənin içərisində, qayalıqda tikildiyi üçün belə adlanıb. “Qaraçanlı” və ya “Uluxan” qalası isə Qaraçanlı kəndinin yaxınlığında, Kəlbəcərdən İstisuya gedən yolun solunda, Tərtər çayının sahilindədir.

Daha çox dağıdılmış və məhv edilmiş qalalardan biri də “Qalaboynu” adlanır. Qalanın içərisində 200-dən çox binanın xarabalıqları-kalafa yerləri mövcud olmuşdur.

Kəlbəcər ərazisində qədim alban memarlığına aid nümunələrdə mövcuddur. Onlara misal olaraq “Xudavəng” məbəd kompleksini göstərmək olar. Ağdərə-Kəlbəcər magistral yolunun üstündəki Bağlıpəyə kəndindən aşağı, Kəlbəcər şəhərinin 29 kilometrliyində yerləşən bu qədim Alban məbədi VI-VII əsrlərdə inşa olunub. Məbədin ilkin tikintisinin məhz həmin dövrə aid olması buradakı qazıntılar zamanı tapılan saxsı məmulatların öyrənilməsi nəticəsində aşkarlanıb. Sonrakı dönəmlərdə məbəd bir neçə dəfə təmir edilərək ona əlavələr olunmuş, nəhayət, Xaçın knyazı Həsən Cəlal (1215-1261-cı illər) tərəfindən məbəddə əsaslı bərpa işləri həyata keçirilmişdir. Bəzi məlumatlara görə, Həsən Cəlalın həyat yoldaşı Minə Xatun burada dəfn olunub.

Ümumilikdə, kompleksə bu tikililər daxildir: Qədim kilsə, kiçik birnefli Müqəddəs Məryəm ana bazilikası, Arzu Xatun, Həsən Cəlal məbədləri, Arzu Xatun məbədinə əlavə edilmiş zal, Zəng qülləsi, məktəb binası, qalereya. Bu tikililərdən beşi əsas, digərləri köməkçi xarakteri daşıyır. Məbəd kompleksinə daxil olan bu abidələrin heç də hamısı dövrümüzədək yaxşı vəziyyətdə çatmamış, daha qədim olanları nisbətən uçub-dağıdılmış haldadır.

Torpaqlarımız işğal edildikdən sonra “Xudavəng” məbədi də dəfələrlə ermənilərin təcavüzünə məruz qalmışdı. Alban kilsəsinə aid xaç və yazılar balta ilə çapılaraq yox edilmiş, tarixi saxtalaşdırılmışdır. Ermənilər öz təbliğatlarında məbədi erməni kilsəsi kimi təqdim edir, xalqımızın maddi-mədəni irsini özününküləşdirirdilər. Bərpa adı altında saxtakarlaşdırma işləri Erməni Apostol Kilsəsinin nəzarəti altında 1997-2011-ci illərdə - 14 il davam etdirilib. Lakin bu saxtakarlıq uzunömürlü ola bilməzdi. Bütün dünya artıq erməni vandallığının şahidinə çevrilmişdir. Beynəlxalq KİV-in nümayəndələri də 44 günlük Vətən müharibəsi ilə işğaldan azad edilən ərazilərə səfərlərində bunu gözləri ilə görüblər.

Bir daha əmin oluruq ki, Kəlbəcər Azərbaycanın tarixində həm qədim dövrlərdən başlayan mədəni irsi, həm də strateji-coğrafi mövqeyi ilə xüsusi əhəmiyyət daşıyan bölgələrdən biridir. Qafqaz Albaniyasının mühüm dini-mədəni mərkəzi olması, orta əsrlərdə Qarabağ xanlığının təbii istehkam zonası kimi çıxış etməsi, zəngin türk etnoqrafiyası və yaylaq mədəniyyəti regionun tarixi kimliyini formalaşdırmışdır. Kəlbəcərin təbii sərvətləri, memarlıq abidələri onu Azərbaycanın həm maddi, həm də mənəvi xəzinəsinin ayrılmaz hissəsinə çevirir. 2020-ci ildə ərazi üzərində suverenliyimizin bərpa olunması isə Kəlbəcərin tarixi əhəmiyyətini yenidən gündəmə gətirərək bölgənin bərpası və mədəni irsinin qorunması üçün geniş imkanlar açmışdır. Təkcə təbiətimizin deyil, tariximizin daşlaşmış yadigarlarından səmərəli istifadə və onların gələcək nəsillərə çatdırılması isə bizim vətəndaşlıq borcumuzdur.

İlahə Əsədzadə,
AMEA Gəncə Bölməsi Diyarşünaslıq İnstitutu Tarix şöbəsinin əməkdaşı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:197
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 25 Noyabr 2025 12:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see280

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see278

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see260

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see240

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see240

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see230

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see230

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see218

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

13 Oktyabr 2026 10:58see215

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see200

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see197

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

13 Oktyabr 2026 14:42see196

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see193

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see192

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see188

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

13 Oktyabr 2026 16:45see184

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see180

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see176

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see175

Forma problemi “Xankəndi”yə baha başa gəldi

13 Oktyabr 2026 11:50see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri