Icma.az
close
up
RU
Strateji əməkdaşlıq müstəvisi

Strateji əməkdaşlıq müstəvisi

Yeniazerbaycan portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İntiqam Quliyev

YAP Ağdam rayon təşkilatının sədr müavini 

Azərbaycan ilə Türkmənistan arasında münasibətlərin son illərdə yüksələn xətt üzrə inkişaf etməsi də məhz belə möhkəm hüquqi-siyasi təməllərə əsaslanır.

2026-cı il iyunun 22-də Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana dövlət səfəri çərçivəsində keçirilən görüşlər və aparılan müzakirələr iki ölkə arasında əməkdaşlığın yeni istiqamətlərini müəyyənləşdirməklə yanaşı, mövcud tərəfdaşlığın daha da dərinləşdirilməsi üçün mühüm zəmin yaratdı. Türkmənistan Prezidentinin Azərbaycana dövlət səfəri və Prezident İlham Əliyevin mətbuata verdiyi bəyanat Azərbaycan-Türkmənistan münasibətlərinin yüksələn xətt üzrə inkişaf etdiyini bir daha nümayiş etdirdi. Bəyanatda iqtisadi əməkdaşlığın genişləndirilməsi xüsusi yer tutub. Prezident İlham Əliyev mətbuata bəyanatında qeyd etdi ki, səfər çərçivəsində imzalanmış sənədlər Azərbaycan–Türkmənistan əlaqələrinin gələcək inkişafına xidmət edəcək və əməkdaşlığın yeni istiqamətlərini müəyyənləşdirəcək. Bu sənədlər siyasi dialoqun genişləndirilməsi, iqtisadi əlaqələrin inkişafı, nəqliyyat-kommunikasiya sahəsində əməkdaşlığın gücləndirilməsi və humanitar münasibətlərin dərinləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyev enerji, nəqliyyat, logistika və ticarət sahələrində qarşılıqlı fəaliyyətin böyük perspektivlərə malik olduğunu bildirib. Xəzər dənizi vasitəsilə həyata keçirilən yükdaşımaların həcminin artması, Şərq-Qərb və Orta Dəhliz marşrutlarının inkişafı fonunda Azərbaycan və Türkmənistanın əməkdaşlığı regionun geoiqtisadi əhəmiyyətini daha da artırır.

Dövlət başçısı çıxışında nəqliyyat sahəsini qarşılıqlı fəaliyyətin əsas istiqamətlərindən biri kimi qiymətləndirib. Azərbaycanın yaratdığı müasir nəqliyyat infrastrukturu, beynəlxalq limanlar və logistika imkanları Türkmənistan üçün də geniş əməkdaşlıq perspektivləri açır. Bu baxımdan iki ölkə arasında koordinasiyanın gücləndirilməsi həm region dövlətləri, həm də Avrasiya məkanında iqtisadi əlaqələrin inkişafına mühüm töhfə verəcəkdir. Qeyd edək ki, Bəyanatda nəqliyyat və logistika sahəsində əməkdaşlığın strateji əhəmiyyəti xüsusi vurğulanmışdır. Prezident İlham Əliyev bildirmişdir ki, Azərbaycan və Türkmənistanın birgə səyləri nəticəsində formalaşan etibarlı nəqliyyat marşrutları yalnız iki ölkə üçün deyil, bütövlükdə region və geniş coğrafiya üçün mühüm əhəmiyyət daşıyır. Tərəflər yükdaşımaların artırılması və yeni tranzit imkanlarının yaradılması istiqamətində fəaliyyətlərini daha da əlaqələndirmək barədə razılığa gəlmişlər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:140
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 25 İyun 2026 11:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see462

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see300

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see299

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see293

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see271

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see239

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see236

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see223

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see223

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see216

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see215

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see213

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see211

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see206

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see203

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see202

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see195

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see190

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see185

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri