Icma.az
close
up
RU
Strateji inkişaf hədəflərinin reallaşması: ADU da 100% qəbul nəticəsi

Strateji inkişaf hədəflərinin reallaşması: ADU da 100% qəbul nəticəsi

Icma.az, Gununsesi portalına istinadən məlumat yayır.

Azərbaycan Dillər Universitetinin Elektron qeydiyyat şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Aygün Rüstəmzadənin “Strateji inkişaf hədəflərinin reallaşması: ADU-da 100 % qəbul nəticəsi” yazısını təqdim edirik.  

Azərbaycan Dillər Universiteti ölkəmizin aparıcı ali təhsil müəssisələrindən biri olaraq, hər il minlərlə abituriyentin seçim mərkəzinə çevrilir. Azərbaycan Dillər Universitetində 2025-2026-cı tədris ili üzrə qəbul imtahanlarının nəticələrinə əsasən plan yerləri 100% dolub.

Belə ki, ilkin verdiyimiz məlumata görə, birinci turda ADU-ya bakalavriat səviyyəsi üzrə nəzərdə tutulmuş 1810 plan yerindən 1799 nəfər tələbə  qəbul olmuşdur. İkinci mərhələdə universitetin plan yerləri tam dolub.  

Rektor akademik Kamal Abdullanın rəhbərliyi ilə ADU regional konfrasların təşkili, məzunların nailiyyətlərinə göstərilən diqqət, “Quacquarelli Symonds” (QS) beynəlxalq reytinq cədvəlində  uğurları ilə təhsil sahəsində yeniliklərə imza atmaqdadır.

Qəbul planının bu şəkildə statistik nümunəsi universitetimizin strateji inkişaf planında qarşıya qoyduğumuz hədəflərin böyük hissəsinin artıq reallaşdırıldığının əsas göstəricisidir.

Abituriyentlərdə universitetə olan marağın əsas səbəbi bu gün tədqiqat, beynəlxalq əməkdaşlıq və ən əsası tədris istiqamətində Universitetin rektoru, akademik Kamal Abdullanın müvafiq tapşırıqlarına əsasən aparılan çoxşaxəli fəaliyyətin nəticəsidir.Dünyanın bir çox nüfuzlu universitetləri ilə olan əməkdaşlıq müqavilələrimiz, ikili diplom layihələrimiz, ADU-da və ölkə xaricində fəaliyyət göstərən dil və mədəniyyət mərkəzlərimiz, keçirilən beynəlxalq forum və konfranslar, məzunlarımızın karyera planlamasında atdığımız kompleks tədbirlər və bu istiqamətdə aparılan aktiv işlər sayəsində ADU brendinin yaradılması və təbliğində geniş işlər görülmüşdür ki, bu da qəbul nəticəsində öz əksini tapmaqdadır.

Xüsusilə, ADU-nun beynəlxalq reytinqlər cədvəlində əldə etdiyi mühüm nailiyyətlərdən sonra bir çox ölkə xaricindəki ciddi nüfuza malik olan aparıcı təhsil müəssisələri Azərbaycan Dillər Universitetilə birgə layihələr həyata keçirmək arzusunda olduqlarını bildirdilər.

Ötən il bu istiqamətdə artıq mühüm addımlar atılmış və beynəlxalq əməkdaşlıq çərçivəsində müqavilələr imzalanmışdır. Xüsusilə, Türkiyənin Ankara Universiteti və İtaliyanın Peruçi Universiteti ilə dil imtahanlarının təşkili və keçirilməsi barədə razılıqlar əldə olunmuşdur.Yeni tədris ilindən etibarən Azərbaycan Dillər Universitetinə qəbul olunan tələbələr ADU tərəfindən təşkil ediləcək dil imtahanlarında uğurlu nəticə əldə etdikləri təqdirdə, öz təhsillərini xarici universitetlərdə davam etdirmək imkanı qazanacaqlar. Bu təşəbbüs tələbələrimizin beynəlxalq təhsil mühitinə inteqrasiyası üçün mühüm zəmin yaradacaqdır. Bu hadisə abituriyentlərimizdə ciddi marağa səbəb olmuşdur.

Azərbaycan Dillər Universitetinin bütün kollektivini səmimi-qəlbdən təbrik edirik və abituriyentlər tərəfindən zəhmətimizin yüksək qiymətləndirilməsinə görə böyük qürur hissi duyuruq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 11 Sentyabr 2025 17:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see361

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see264

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see250

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see238

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see231

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see228

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see224

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see222

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see216

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see214

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see200

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see190

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see189

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see189

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see187

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see184

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see183

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see172

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see172

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri