Icma.az
close
up
RU
Strateji məqsədlər reallığa çevrilib

Strateji məqsədlər reallığa çevrilib

Icma.az, Ses qazeti saytına istinadən bildirir.

Prezident İlham Əliyevin İtaliya Prezidenti Sercio Mattarella ilə görüşü və sentyabrın 30-da mətbuata verilən bəyanatlar təsdiq edir ki, Azərbaycan-İtaliya münasibətləri yalnız ikitərəfli formatla məhdudlaşmır, həm də regional və qlobal əhəmiyyət kəsb edən strateji tərəfdaşlığa çevrilib.

Artıq Azərbaycanla İtaliya arasında 2 strateji tərəfdaşlıq sənədi imzalanıb. Bu fakt diplomatik əlaqələrin uzunmüddətli və dayanıqlı tərəfdaşlıq modelinə keçdiyini göstərir. İtaliya Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır və burada enerji üzrə layihələr əsas yer tutur
Enerji sektoru Azərbaycan-İtaliya münasibətlərinin əsas sütunlarından biridir. İtaliya Azərbaycanın neft və qazının əsas ixrac istiqamətlərindən biridir. Cənub Qaz Dəhlizi çərçivəsində həyata keçirilən TAP (Trans Adriatik Boru Kəməri) vasitəsilə Azərbaycan qazı İtaliyaya çatdırılır və bu, Azərbaycanın Avropa enerji təhlükəsizliyindəki rolunu artırır. TAP layihəsi 2020-ci ildə tam istismara verildikdən sonra Azərbaycan qazının Avropa bazarına çıxışı mümkün oldu və İtaliya bu qazın əsas alıcısına çevrildi.
Azərbaycanın sıx siyasi və iqtisadi əlaqələrə malik olduğu Avropa ölkələrindən biri də İtaliyadır. Azərbaycan-İtaliya əlaqələri bir sıra özünəməxsus cəhətlərinə görə seçilir. İtaliya Respublikasının Prezidenti Sercio Mattarella Azərbaycana səfəri iki dost ölkə arasında gələcək inkişaf mexanizminin daha da surətlənməsinə öz töhfələrini verəcəkdir. İtaliya Azərbaycanın Avropadakı əsas tərəfdaşlarından biri olmaqla yanaşı Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən ölkələrdən biridir.
İtaliya Azərbaycanın xarici siyasətində xüsusi yer tutur və Avropa İttifaqı ölkələri arasında onun əsas tərəfdaşıdır. Azərbaycan və İtaliya prezidentlərinin təkbətək və geniş tərkibdə görüşlərində, eyni zamanda, mətbuata bəyanatlarında iki ölkə arasında əlaqələrin ayrı-ayrı sahələrdə inkişafı istiqamətində atılan addımlara, onların uğurlu nəticələrinə bir daha diqqət yönəldildi. Prezident İlham Əliyev bildirdi ki, bizim aramızda iki strateji tərəfdaşlıq sənədi var. Birinci sənəd 2015-ci ildə imzalanıb. İkinci sənəd, Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə isə 5 il bundan əvvəl imzalanıb. Bu illər ərzində münasibətlərimiz çox sürətlə və müxtəlif istiqamətlər üzrə inkişaf edir.
İtaliya-Azərbaycan Universitetinin yaradılması təşəbbüsü 2020-ci ildə Prezident İlham Əliyev tərəfindən İtaliyaya dövlət səfəri zamanı irəli sürülüb. Layihəni həyata keçirmək üçün ADA Universiteti ilə İtaliyanın beş aparıcı ali təhsil müəssisəsi - Luiss Guido Carli Universiteti, Sapienza Universiteti, Turin Politexnik Universiteti, Bolonya Universiteti və Milan Politexnik Universiteti arasında 2022-ci ildə akademik əməkdaşlıq sazişləri imzalanıb. İtaliya-Azərbaycan Universiteti binalarının təməli 2022-ci ildə hər iki ölkənin xarici işlər nazirlərinin iştirakı ilə Bakıda qoyulub. Bu layihənin icrası ölkələrimiz arasında humanitar sahədə əməkdaşlığın yüksək səviyyəsinin göstəricisi olmaqla səmimi münasibətlərimizdən xəbər verir.
Bu, həmçinin İtaliya təcrübəsindən istifadə etməklə Azərbaycan təhsilinin inkişafına töhfədir. Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və İtaliya Prezidenti Sercio Mattarella tədris binalarında yaradılan şəraitlə tanış olduqdan sonra ölkəmizdə səfərdə olan İtaliya universitetlərinin rəhbərləri, İtaliya-Azərbaycan Universitetinin professorları və tələbələri ilə görüşdülər. Dövlətimizin başçısı İlham Əliyev çıxışında bir daha bildirdi ki, biz, sözün əsl mənasında, strateji tərəfdaşıq.
Dövlət başçıları arasında keçirilən yüksək səviyyəli görüşlər həm siyasi, həm iqtisadi, həm də humanitar sahələrdə əməkdaşlığın genişlənməsi üçün mühüm imkanlar açdı.
Azərbaycan–İtaliya münasibətləri artıq uzun illərdir ki, qarşılıqlı etimad, hörmət və strateji maraqlara əsaslanır. 2015-ci ildə imzalanmış Strateji Tərəfdaşlıq haqqında Saziş və daha sonrakı illərdə qəbul edilən sənədlər bu münasibətlərin hüquqi bazasını formalaşdıraraq əməkdaşlığın çoxşaxəli inkişafına zəmin yaradıb. Prezident Mattarellanın səfəri isə həmin tərəfdaşlığın praktiki nəticələrini daha da gücləndirən addım kimi tarixə düşdü.

Eldar Əsədov
YAP Tərtər rayon təşkilatının sədri

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:207
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 07 Oktyabr 2025 15:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri