Su borclarının silinməsi ilə bağlı vədlər əsassızdır Rəsmi
Icma.az bildirir, Yeniavaz portalına istinadən.
Əgər su sərfiyyatı ilə bağlı borcunuzun birdəfəlik ödənilməsi maddi imkanınız xaricindədirsə, o zaman borcların hissəli ödənişinə də şərait yaradılır.
Yeniavaz.com xəbər verir ki, bu barədə ADSEA məlumat yayıb.
Bildirilib ki, bu zaman abonent İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin yerli sukanal idarələrinə yaxınlaşaraq şəxsiyyət vəsiqəsini və abonent kodunu təqdim etməlidir:
1. Bu zaman borcun müəyyən hissəsini ödəməklə razılaşma protokolu imzalanır.
2. Protokola əsasən borcun aylar üzrə bölünmüş ödəniş qrafiki abonentə təqdim olunur və bu təqdirdə su təchizatı dayandırılmır.
Bundan başqa, xüsusilə diqqətə çatdırılıb ki, yığılmış debitor borcların silinməsi və ya müəyyən hissəsinin azaldılması ilə bağlı ayrı-ayrı şəxslər tərəfindən verilən vədlər əsassızdır.
Məlumatda bildirilib ki, borcla bağlı məlumatlar abonent bazasında əks olunur, borcun azaldılması və silinməsi hər hansı bir şəxsin iradəsi və imkanı xaricindədir. Borcun azaldılması yalnız qanuni və əsaslandırıldığı halda həyata keçirilə bilər.
Bu mövzuda digər xəbərlər:“İstisu” ilə bağlı iddialar əsassızdır Su daim axır VİDEO
05 Sentyabr 2026 17:52
Azərbaycanla bağlı iddialar əsassızdır İordaniya
10 Aprel 2026 23:58
Bəqai: “Nüvə silahı ilə bağlı iddialar əsassızdır”
23 Aprel 2026 22:16
Xuan Laporta: “Messi ilə bağlı iddialar əsassızdır”
12 Noyabr 2025 13:50
Baxış sayı:115
Bu xəbər 07 May 2025 15:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















