Icma.az
close
up
RU
Su çərşənbəsi yaradılışın əsasında duran vacib bir ünsürlə bağlıdır

Su çərşənbəsi yaradılışın əsasında duran vacib bir ünsürlə bağlıdır

Xalqcebhesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İlaxır çərşənbələr xalqımızın bayram mədəniyyətinin rəngarəngliyini göstərən mədəni irsimizin nümunəsidir, tarixi qədimdir, yaradılışla bağlı dörd sakral ünsür haqqındakı qədim təsəvvürlərdən, xalq inanclarından, arxaik ritualdan, təqvim mifindən və yazla bağlı mövsüm mərasimlərindən qaynaqlanır. Hazırda çərşənbələr yaz mövsümü ilə bağlı keçirilən “Novruz” bayramı mədəni kompleksinə daxildir və bir ay öncədən xalqı böyük bayrama “Novruz”a hazırlayır, cəmiyyətdə nikbin ehtiyatları səfərbər edərək ictimai əhvali-ruhiyyəni yüksəldir və sosial harmoniyanın təmin edilməsində ciddi rol oynayır.

Bu fikirlər Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun Mərasim folkloru şöbəsinin müdiri, filologiya elmləri doktoru, dosent Ağaverdi Xəlilin AZƏRTAC-a təqdim etdiyi “Su çərşənbəsi yaradılışın əsasında duran vacib bir ünsürlə bağlıdır” sərlövhəli məqalədə yer alıb. Yazını təqdim edirik.

Bölgələrimizdə çərşənbələrin keçirilməsində və adlandırılmasında müəyyən rəngarənglik nəzərə çarpır

İlaxır çərşənbələr ilin son çərşənbələridir. Bunların sayı da müxtəlif dövrlərdə və bölgələrdə müxtəlif olub. Yeddi, beş və dörd ilaxır çərşənbə haqqında məlumatlar vardır. Fevral ayının 20-də Kiçik çilə bitdikdən sonra Novruza qədər olan Boz ayda dörd ilaxır çərşənbə keçirilir. Hər həftənin çərşənbə axşamı mövsüm mərasimi kimi qeyd olunur. Çərşənbə mövsüm mərasimi kimi qışın yola salınması və yazın qarşılanması ilə bağlıdır.

Fevralın doqquzu və onu keçirilən Xıdır Nəbi mərasimindən sonra dörd ilaxır çərşənbədən əvvəlki çərşənbəyə “Yalançı” çərşənbə deyilib. Çərşənbə mərasimləri qədim dövrlərdən başlayaraq Azərbaycanda keçirilib. Keçən əsrin əvvəllərinə aid olan qaynaqlarda dörd ilaxır çərşənbənin mövcudluğu təsdiqlənir. Sovet dövründə bəzi bölgələrimizdə çərşənbə mərasimləri tamamilə arxaikləşmişdi. Azərbaycanın qərb rayonlarında, Qarabağda, Qərbi Azərbaycanda və Cənubi Azərbaycanda ilaxır çərşənbələrin sonuncusu qeyd olunub. Müstəqillik dövründə çərşənbə mərasimləri keçmiş ənənəyə uyğun şəkildə bərpa olunub.

Bölgələrimizdə çərşənbələrin keçirilməsində və adlandırılmasında müəyyən rəngarənglik nəzərə çarpır. Məsələn, Şuşada birinci çərşənbədən öncəki çərşənbəyə yalançı çərşənbə, digər dörd ilaxır çərşənbələrə isə “birinci tək”, “ikinci tək”, “üçüncü tək”, “dördüncü tək” və “axırıncı tək” deyilib. Novruza bir ay qalmış qeyd olunan 4 ilaxır çərşənbədən birincinə “birinci çərşənbə”, “əzəl çərşənbə”, “su çərşən-bəsi” deyilib.

Bu çərşənbənin adət və ənənələri olduğu göstərilir. Qışın mümkün qədər tez çıxması üçün vaxtilə icra edilən sehr və əfsunlar indi unu¬dul-ub. Bu çərşənbənin bölgələrimizdə qorunmuş adətlərindən biri su üzərinə getməkdir. Yaşayış məskənin yerləşdiyi yerə uyğun olaraq bu su bulaq və çay olub. Axar su üstünə getmək, sudan keçmək, su gətirib həyət bacaya su səpmək adətləri qismən bu günə qədər qorunub. Suyun müqəddəsliyinə inanc bu adətin yaranmasına və yaşamasına səbəb olub.

İnanclarımız “suyu aydınlıq” sayıb

Su çərşənbəsi yaradılışın əsasında duran vacib bir ünsürlə bağlıdır. Xalqımızın mifologiyası da suyun ilkin yaradılış olduğu təsdiqləməkdədir. Bu səbəbdən də ilk yaradılış ünsürü olan suyun yaranması Su çərşənbəsi ilə qeyd olunur. Dünya, təbiət və insan sudan başlayaraq yaradılmışdır. İlkin yaradılmış olan su xalqımızın dünyagörüşündə müqəddəsi bir yer tutur və Su çərşənbəsi ilə bir yaradılış bayramı kimi qeyd olunur.

Xalqımızın inanc sistemində suyun xüsusi bir yeri vardır. İnanclarımız “suyu aydınlıq” sayıb. Buna görə də “su aydınlıqdır”, “su içənə toxunmazlar” , “lal axan sudan keçməzlər”, “səfərə çıxan adamın arxasınca su atarlar”, “odu su ilə söndürməzlər”, “yuxuda su görmək aydınlıqdır” deyilib.

Su ilə bağlı inanclar - “yalan yuma”

İlaxır çərşənbələrdə su ilə bağlı ayin və adətlər xüsusi yer tutur. Dörd çərşənbədən ilki su ünsürü ilə bağlıdır. Şəkidə əzəl çərşənbədə sübh tezdən bulaq başına gedirlər:

Ağırlığım-uğurluğum suya,

Azarım-bezarım suya, –

deyib su üstündən atlanırlar. Sonra əl-üzlərini yuyur, bir-birlərinin üstünə su atır, sifətlərinə su çiləyirlər. Xəstəliyə tutulanları da su üstündən hoppandırırdılar. Adamlar günah işlətməyəcəklərinə, ancaq yaxşılıq edəcəklərinə and içib:

Su haqqı, pis əməl sahibi olmayacağam, – deyirlər.

Axırda suyun ətrafında əl-ələ tutub oxuyurlar:

Sel çapar,

Su çapar,

Bir günah işlətmişəm,

Gəl onu,

Yu apar...

Günahlardan təmizlənmə ilə bağlı Naxçıvan bölgəsində toplanmış bir adət-mərasim mətni xüsusilə əlamətdardır. Bu “ilin on üçü” adlanan maraqlı bir mərasimdir. Maraqlısı budur ki, mərasimin mahiyyətində “yalan yuma” ayini durur. Adətə görə, bayramdan iki gün sonra arvadlı-kişili, oğullu-uşaqlı yığışarlar bir çayın qırağına. Buna da deyərlər “ilin on üçü”. Yeyib-içərlər. Kim də nə qədər istəyər – o qədər yalan danışar. Gün çönənə yaxın yuyarlar əllərini çayın suyunda, deyərlər: Bu yalanların hamısını axıtdıq suya. Bununla da yalan qurtarır.

Novruz mərasimlərində insanların bir-birinin üstünə su atması da diqqəti cəlb edir. Təbii ki, bu, su ilə əylənmə deyildir. İnanc mətnlərinin nəzərdən keçirilməsi göstərir ki, su atmaq təmizlənmə, paklanma ayinin tərkib hissəsidir. Ağbaba bölgəsində ilin təhvil olunduğu gecə “sulaşma” deyilən hadisə də olardı. Bu vaxt evdə yatanda yatanların üzünə su çilənərdi. Bu qaramatın, yəni tənbəlliyin aradan qalxması, adamların da ayıq olmasını arzulamaq idi.

Bir Göyçə inancında da olduğu kimi, su aydınlıqdır – deyiblər. Ona görə də ilin axır çərşənbəsində hamı bir-birinin üstünə su çiləyir ki, təzə il onlar üçün uğurlu olsun.

Yazda birinci sel gələndə kim onun suyundan içsə, bütün xəstəlikləri sağalar

Su inancı Şəki-Zaqatala bölgəsindən toplanmış mətnlə də təsdiq olunur. Mətndə deyilir ki, yazda birinci sel gələndə kim onun suyundan içsə, bütün xəstəlikləri sağalar.

Novruz inanclarında axar su ilə axmaz su bir-birindən fərqləndirilir. Qaraqoyunlu bölgəsi inanclarında göstərilir ki, axır çərşənbə axşamının səhərisi evdə uşaqdan böyüyə nə qədər adam varsa, gedib hamısı axar su üstündən üç dəfə atılar, sonra da həmin axar suyun əl-ayaqdan uzaq bir səmtində saxsıdan bir qab sındırıb deyərlər: “Nə ki ağrı-acımız, qada-balamız varsa, hamısı bax bu suynan getsin”.

Qaraqoyunlu bölgəsi inancında deyilir ki, ilin axır çərşənbəsində gecə yarısı yuyunub paklanandan sonra axar suyun qırağında oturub niyyətini ona danışsan, öz niyyətinə çatarsan. Dərdini, azarını, ağrını suya söyləsən, su gecə vaxtı hamısını özü ilə aparar .

Quba-Şabran bölgəsinə məxsus bir inanc mətnində deyilir ki, ilin-ayın axırında (Novruz bayramından iki gün əvvəl) bulaqdan, yaxud çaydan – axar sudan “lal su” gətirilir. Su gətirməyə gedən qabı əlinə götürəndən ta suyu gətirib evdə iynə salınacaq qaba tökənəcən dinməməlidir (Həmin su şər qarışandan sonra gətirilir və bu suyu gətirən şəxs bir neçə nəfər tərəfindən müşayiət oluna bilər). Suyu qaba tökəndən sonra iki iynənin ulduzlu tərəfinə pambıq dolayır və hərəsini bir tərəfdən suya salırlar. Sonra iynələrin hərəkəti ilə müəyyən mülahizələr söyləyirlər.

Gəncəbasar bölgəsindən toplanmış inanc mətni bir qədər fərqli olsa da, demək olar ki, eyni mənzərəni təqdim edir. Mətndə deyilir ki, axır çərşənbə gecəsində iki dolça götürüb xəlvətcə birini manşırlayırsan . Dolçaların ikisini də bir uşağa verib suya göndərirsən. Ürəyində tutduğun – manşırladığın qab dolu gələrsə, niyyətinə çatarsan – deyərlər.

Məsələn, Naxçıvandan toplanmış folklor mətnləri göstərir ki, əvvəllər həftənin hər gününün indikindən fərqli adları var imiş:

I gün – yel günü (bazar ertəsi);

II gün – süd günü (çərşənbə axşamı);

III gün – duz günü (çərşənbə);

IV gün – torpaq, ara günü (cümə axşamı);

V gün – od günü (cümə);

VI gün – su günü (şənbə);

VII gün – arınc (arınmaq və ayrılmaq) günü (bazar) .

Qazax bölgəsi adətlərinə görə, bir camda qoyulmuş səmənini ailə üzvlərinin üz-gözünə, sinəsinə toxundururlar ki, gözü işıqlı, üzü təravətli, ürəyi möhkəm, sağlam, ömürləri uzun olsun.

Su çərşənbəsində qorxan adama qorxduğu yerdə su içirdərlər

Zəngəzur bölgəsinə məxsus mətndə deyilir: Axır çərşənbənin səhəri o başdan durub, səhəngi götürüb, bulağa gedirik. Üç dəfə bulağın üstündən atılırıq. Orda da deyilir ki, “ağır-uğuruğun bu suda qalsın”. Bulaqdan beş daş götürüb səhəngə atırıq. Çöldən qırılmalı otlardan beşini də atırıq yenə səhəngə. Özü də kim tez gəlir o bulağa, ora konfetdən, buğdadan bir şey qoyar ki, bilsin ki, biz sizdən tez gəlmişik. Bala, bu daşı ona görə səhəngin dibinə atırıq ki, ağırrığımız-uğurruğumuz bu daşla qalsın səhəngin içində. Ot da ona işarədir ki, evimizə ruzi-bərəkət gətirsin. Sonra səhəngi evə aparırıq, suyun içirik. Səhəngin suyu qurtarınca, bala, bir on beş gün o daş içində qalır. Sonra daşı evin künclərinə atırıq. Üzümüzə gələn Novruza qədər qalır, sonra yenisini gətiririk. Ot isə daim səhəngin içində qalır”.

Göyçədə Novruz bayramında evlərin tavanına un vururmuşlar ki, ev həmişə ruzili olsun. Ağbaba bölgəsində ikinci çərşənbə axşamı günü evin tavanını unla naxışlar, otaqları silib-süpürərdilər.

Su bir sıra atalar sözlərimizdə işlənməkdədir: “Su gələn arxa bir də gələr”, “Su murdarlıq götürməz” və s.

Su ilə bağlı türkəçarələri: Su çərşənbəsində qorxan adamın başından üç dəfə sağdan, üç dəfə soldan su töksən qorxusu keçər. Su çərşənbəsində qorxan adama qorxduğu yerdə su içirdərlər.

“Kitabi- Dədə Qorqud”da su ilə bağlı alqışlar işlənmişdir:

“Qamən axan görglü suyun qurumasın!

Qara başım qurban olsun ,suyum, sana!”.

Su ilə bağlı tapmacalar:

“Ay gedər ha il gedər

gecə gündüz yol gedər (su)”.

İlaxır çərşənbənin müxtəlif bölgələrdə fərqli adları vardır. Bu çərşənbələr heç Şərq dörd ünsür sistemi olan “ab-atəş-xak-bad” sxeminə uyğun sıralanmır.

İlaxır çərşənbənin el arasındakı adları içərisində qarışıq şəkildə “Su çərşənbəsi”, “Od çərşənbəsi” ,“Torpaq çərşənbəsi”, “Yel çərşənbəsi” adlarına da rast gəlinir. Bu, Novruz bayramının xalq təsəvvüründəki fəlsəfəsi ilə əlaqəlidir. Bu fəlsəfənin kökləri birbaşa qədim türk mifologiyası ilə bağlıdır.

Mövsüm mərasiminin mifik fəlsəfəsinə görə, təbiət qışda ölür, yazda dirilir. Dirilmə oyanma şəklində olur. Hər çərşənbədə bir ünsür oyanır və bunların oyanması ilə bütün təbiət dirilir və Yeni il başlanır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:113
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 25 Fevral 2025 13:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see272

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see215

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see195

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see168

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see162

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see159

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see153

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see152

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see148

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see144

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see143

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see140

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see139

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see138

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see135

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see133

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see133

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see129

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see127

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri