Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

Atəşkəs təklifimizi rədd etdi

Çörəklərin içində narkotik gizlətdilər

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Su çərşənbəsi yetişdi Əzəl və gözəl bayram barədə BİLMƏDİKLƏRİMİZ

Su çərşənbəsi yetişdi Əzəl və gözəl bayram barədə BİLMƏDİKLƏRİMİZ

Icma.az, Lent az portalına istinadən məlumat verir.

Bir neçə gündür paytaxtımızı ağ örpəyə bürüyən qar bizə sözün əsl mənasında qışı hiss etdirsə də, artıq baharın gəlişini müjdələyə bilərik. Təbiətin oyanışını, yurdumuza yazın gəlişinin müjdəçisindən biri Novruz bayramının ilk çərşənbəsidir. Bəli, ilin ən maraqlı dönəmlərindən ilki – su çərşənbəsi gəldi yetişdi. Bəs bu qədim tarixə malik gün haqqında nələr bilirik?

Lent.az su çərşənbəsi ilə bağlı unudulmuş bəzi tarixi detal və inancları təqdim edir:

Novruz bayramının, həmçinin, çərşənbələrin tarixi təbii ki, İslam dininin Azərbaycanda yayılmasından da əvvələ aiddir.

Rəvayətə görə, Tanrı ilk insanı - Adəmi yaradarkən torpağa su qatıb, palçıqdan insan düzəldib, sonra ona isti nəfəs verib, baharda çiçəkləri, otları, ağacları oyadan yellərə əmr edib ki, onu canlandırsın. İnsan da bu dörd ünsürdən yarandığı üçün tarix boyu onları müqəddəsləşdirərək, hərəsinə bir gün ayırıb. Beləcə, yazın - Novruzun müjdəçiləri olan Su, Od, Yel, Torpaq çərşənbələri yaranıb.

İslamın bu coğrafiyada yayılmasından əvvəl də su çərşənbəsi xalqın, etnosun xatırladığı, hər ildə bir dəfə həyata keçirdiyi bir ənənə olub. Xalq arasında o, “əvvəl çərşənbə”, “gözəl çərşənbə”, “sular Novruzu”, “gül çərşənbə” kimi də tanınır. Su çərşənbəsi suya tapınma inamı ilə bağlıdır.

Babalarımız su çərşənbəsində pak suyun olduğu yerlərə-çay, bulaq başına gedər və həmçinin çaylardakı, bulaqlardakı suların İslam dinindəki məşhur Zəmzəm bulağından gəlməsinə inanarmışlar.
(Qeyd edək ki, Zəmzəm suyu İbrahim peyğəmbərin arvadı Həcər və oğlu İsmayılla bağlıdır. Səhrada susuz olan Həcər və İsmayılın imdadına Allahın əmri ilə Cəbrayıl mələk yetişir və qanadını quru səhrada yerə vurduqdan sonra həmin yerdən su fışqırır. Bu gün də müqəddəs Həcc ziyarətinə gedənlər Zəmzəm bulağını ziyarət edirlər).

Qədim türk düşüncəsində isə su hər şeyin başlanğıcı hesab olunub.

İnanca görə, Novruzun ilk çərşənbəsində su təzələnir. Həmin gün sübh tezdən bulaqdan götürülən su şəfalı hesab edilir. İnanırlar ki, Su çərşənbəsi günü “təzə su” üstündən keçənlər, azarını, bezarını ona verənlər ilboyu xəstəliklərdən uzaq olarlar. Bu inamla həmin gün Günəş doğmamışdan hamı su üstünə gedir, əl-üzünü yuyur, bir-birinin üzərinə su çiləyir, su üstündən atlanır, yaralıların yarasına su səpirlər.

Su çərşənbəsinda qadınlar, qızlar su fallarına baxırlar. Həmin gecə subay qızlar bir evə yığışırlar. Bu mərasimi icra etmək üçün axar sudan - bulaqdan, yaxud çaydan əvvəlcədən su götürülür. Su şər qarışandan sonra gətirilir. Falda istifadə olunan suya “lal su” deyirlər. Bu suyu gətirməyə bir və ya bir neçə nəfər gedir. Suyu gətirən qabı əlinə götürəndən sonra suyu gətirib evdə su falına baxılacaq qaba tökənədək danışmaq olmaz. Əks halda, həmin su ilə fal açmaq doğru sayılmır. Buna görə də həmin suya “lal su” deyirlər.

Başqa bir fal - üzüklə su falını icra etmək üçün bir fincan, nişan üzüyü və bir saç teli götürülür. Fincanın yarısınadək “lal su” tökülür. Nişanlı qızlardan birinin qızıl üzüyünü falına baxılacaq subay qızlardan biri saçından ayırdığı telə keçirir, içi su ilə dolu qaba salır. Ürəyində niyyət tutub üzüyü fincana yaxınlaşdırır. Üzük fırlanmağa başlayır və fincanın divarlarına dəyir. Üzük hər dəfə fincanın kənarlarına dəydikcə, sayırlar. Say neçə olursa, niyyət tutan subay qıza o yaşda gəlin gedəcəyini bildirirlər.

Su çərşənbəsində icra olunan başqa bir fal isə bəzək əşyaları ilə su falıdır. Bu fal üçün müxtəlif bəzək əşyaları və bir böyük kasa gərəkdir. “Lal su” kasaya tökülür. Falına baxılacaq hər bir subay qız özünün bir bəzək əşyasını - üzüyünü, sırğasını, sancağını və ya qolbağını kasanın içinə atır. Kasanın üstünü kəlağayı və ya bir parça ilə örtürlər. Hamıdan böyük olan bir xanım bayatı söyləyə-söyləyə hər dəfə bəzək əşyalarından birini sudan çıxarır. Beləliklə də, bu il gəlin köçəcək qızın kimliyini “müəyyən edirlər”.

Su çərşənbəsində hamının həyətində tonqal qalanır. İlk tonqalın su çərşənbəsində yandırılması buzların əriməsinin, qışın sonunun yaxınlaşmasının, sərt soyuqların arxada qalmasının əlamətidir.

Su çərşənbəsi ilə bağlı  unudulmuş inanclar

- Su çərşənbəsində evin damına buğda atırlar ki, bərəkət artıq olsun;

- Un çuvalının ağzını açıq qoyurlar ki, bərəkət paylananda bağlı qalmasın;

- Axar suyun qabağını kəsmək olmaz. Kəssən, sənə xətər toxunar. Bu da qədim azərbaycanlı atamızın suyu müqəddəs görməsinə dəlalət edir;

- Çərşənbə  tonqalı yanıb qurtarandan sonra onun dövrəsinə üç cızıq çəkərlər. Deyirmişlər ki, əgər belə etməsən, sənə xətər toxuna bilər. Evin də bərəkəti dağılar. Bu da qədim babamızın torpaq və suya olduğu kimi, oda da müqəddəs baxmasına bir işarədir;

- Bayram axşamı baltanı götürüb bir-bir ağacların kötüyünə vurarlar. “Hə, yatmısan, oyan, bərəkət payını götür deyərlər”;

- Əvvəllər su üstündən atılma adəti də olub. Təbii ki, axar, saf su nəzərdə tutulur. Üç dəfə atılandan sonra həmin axar suyun uzaq yerində bir saxsı qab sındırıb “Nə dərd-bəlamız varsa, bu saxsıynan getsin” deyərdilər.

Deyilənə görə, ilk çərşənbəni necə keçirsən, həmin il axıra qədər elə davam edər. Ömrümüz su qədər saf, təmiz və aydınlıq içində keçsin!

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:238
embedMənbə:https://lent.az
archiveBu xəbər 25 Fevral 2025 00:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see344

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see280

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see272

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see270

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see253

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see251

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see245

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see239

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see237

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see235

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see223

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see220

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see214

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see206

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see201

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see198

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see192

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see190

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see189

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri