Icma.az
close
up
RU
Su hər damlası həyat cövhəri olan misilsiz nemət

Su hər damlası həyat cövhəri olan misilsiz nemət

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Onun hər yerə və hamıya çatmasının etibarlı yolu səmərəli istifadə və qənaətdir

Hazırda dünya ölkələri iqlim dəyişikliklərinin kəskinləşməsi, su ehtiyatlarının azalması və onun ekoloji sistemə mənfi təsirlərinin getdikcə artması kimi ciddi problemlərlə üzləşib. Son 50 ildə davamlı qlobal iqlim dəyişikliyi, əhalinin sürətli artması, urbanizasiya və sənayeləşmə kimi amillər su ehtiyatlarının səviyyəsinə və keyfiyyətinə güclü təsir göstərib.
BMT-nin və digər aparıcı beynəlxalq təşkilatların su ehtiyatlarının vəziyyətinə dair 2024-cü ildə dərc etdiyi hesabata əsasən, dünyada su çatışmazlığı davamlı artır. Qurumun məlumatında bildirilir ki, hazırda dünyada, təxminən, 2,2 milyard nəfərin təmiz içməli suya, 3,5 milyard nəfərin isə təhlükəsiz idarə olunan sanitariya xidmətlərinə çıxışı yoxdur. 2050-ci ilədək suya tələbatın, təxminən, 40 faizdən çox artacağı gözlənilir ki, bu da su qıtlığı probleminin daha da kəskinləşməsi deməkdir.
Cənubi Asiya, Yaxın Şərq və Böyük Səhradan cənubdakı Afrika da daxil olmaqla, əhalinin sürətli artımı və iqtisadi inkişaf nəzərə çarpan regionlarda su sahəsində problem daha kəskindir. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti Elşən Əhmədovla söhbətimiz də ölkəmizdə bu sahədə yaranmış vəziyyət barədədir:

– Prezident İlham Əliyevin sosial-iqtisadi inkişaf prioritetlərində Azərbaycan xalqının rifahının yüksəldilməsi qarşıya mühüm hədəflərdən biri kimi qoyulur. Bu hədəflər sırasında, ilk növbədə, ölkəmizin hərtərəfli inkişafını şərtləndirən davamlı inkişafın siyasi, sosial-iqtisadi və ekoloji komponentləri dayanır. Bu sıralamada su resurslarının davamlı idarə edilməsi isə xüsusi yer tutur. Dövlətimizin başçısı çıxışlarının birində bütün dövrlərdə daim su qıtlığı yaşandığını və insanların bir növ buna alışdıqlarını bildirib. Belə bir şəraiti qeyri-normal vəziyyət kimi dəyərləndirən ölkə rəhbəri içməli suyun daim olmasının zəruriliyini vurğulayaraq dövlətimizin bu problemi köklü şəkildə həll etmək əzmində olduğunu diqqətə çatdırıb.

Su resurslarının davamlı idarə edilməsi vacib amillər sırasında yer almaqdadır. Dövlətimizin siyasi, sosial-iqtisadi və ekoloji davamlılığının gerçəkləşdirilməsi məqsədilə su resurslarının davamlı idarə edilməsi əsas hədəflərdən biri kimi diqqətdə saxlanılır. Burada əsas istiqamət su resurslarının inkluziv idarə edilməsi, təkmilləşdirilməsi, su idarəetmə sistemlərinin rəqəmsallaşdırılmasıdır. Bunun bariz nümunəsi “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”nın təsdiq edilməsi haqqında Azərbaycan Prezidentinin 10 oktyabr 2024-cü il tarixli sərəncamıdır.

– Qeyd edilən strategiyanın əhəmiyyəti barədə nə deyə bilərsiniz?

– Prezident İlham Əliyevin göstərişi ilə bu gün Azərbaycan Respublikasının illik su təsərrüfatı balansının elektronlaşdırılması, ölkənin əsas su və su təsərrüfatı obyektlərində su ehtiyatlarının qiymətləndirilməsi, subartezian və artezian quyularının istismarına elektron qaydada, o cümlədən real vaxt rejimində nəzarətin həyata keçirilməsi kimi məsələlər xüsusi önəm daşıyır. Bununla yanaşı, su ehtiyatlarından istifadədə səmərəliliyin artırılması, uçotun və idarəetmənin təkmilləşdirilməsi, habelə bu sahədə operativ əlaqələndirmənin reallaşdırılması məqsədilə məlumatların toplanılması, işlənilməsi, saxlanılması və axtarışı işlərinin avtomatlaşdırılmasını təmin edəcək “Elektron su təsərrüfatı” informasiya sisteminin yaradılması, adı çəkilən sistemin əsasnaməsinin tədbiq olunması da qarşıda mühüm vəzifələr kimi durur.

Yeri gəlmişkən, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyindəki “Elektron Hökumətin İnkişafı Mərkəzi” publik hüquqi şəxs “Elektron su təsərrüfatı” informasiya sisteminin operatoru müəyyənləşdirilib. Bundan əsas məqsəd isə adı çəkilən qurumun “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Prezidentinin müvafiq fərmanına uyğun olaraq “Elektron su təsərrüfatı” informasiya sisteminin dövlət informasiya ehtiyatları və sistemləri ilə əlaqələndirilməsini reallaşdırmaqdır.

– Ölkəmizin mövcud su ehtiyatlarının indiki vəziyyəti necədir?

– Sualla bağlı əvvəlcə onu qeyd edim ki, Azərbaycanın bərpaolunan şirin su ehtiyatları 26,2 milyard kubmetr təşkil edir. Bunun 8,4 milyard kubmetri yeraltı sulardan, 4,6 milyard kubmetri yerli çay axınlarından, 13,2 milyard kubmetri isə transsərhəd yerüstü sulardan yaranır. Bərpaolunan şirin su ehtiyatının 17,8 milyard kubmetri (67,9 faizi) yerüstü şirin su ehtiyatlarından formalaşır. Azərbaycanın su ehtiyatları Cənubi Qafqazın digər ölkələri ilə müqayisədə məhduddur və bütün regiondakı su ehtiyatının, təxminən, 15 faizini təşkil edir. Azərbaycanda adambaşına düşən su ehtiyatı da qonşu ölkələrlə müqayisədə ən aşağı səviyyədədir. Yerüstü su ehtiyatları, əsasən, çaylarda cəmlənmişdir. Ölkəmizdə, ümumilikdə, 8 min 359 çay var. Bunların isə əksəriyyəti kiçik (uzunluğu 5 kilometrdən az) və azsuludur.

Yeri gəlmişkən, Azərbaycan ərazisinin, təxminən, 75 faizi Kür çayı hövzəsinə daxildir. Çay suları ehtiyatlarının, təqribən, 70 faizi qonşu ölkələrin ərazisindən, qalanı isə (yerli axım) daxili çaylardan formalaşır. Quraqlıq illərində transsərhəd su ehtiyatlarının həcmində kəskin azalma müşahidə edilir. Eyni zamanda, Kür və Araz çaylarının su ehtiyatları qonşu ölkələrin ərazisində sugötürücü qurğularla mənimsənilmə nəticəsində xeyli səviyyədə azalır. Bu isə ölkədə suya tələbatın ödənilməsində ciddi çətinliklər yaradır.

Hazırda ölkəmizin ərazisində 140-dan çox su anbarı var. Bunların ən böyükləri Kür çayı üzərindəki Mingəçevir (həcmi 15,7 milyard kubmetr), Şəmkir (həcmi 2,7 milyard kubmetr), Araz çayı üzərindəki Xudafərin (həcmi 1,6 milyard kubmetr) və Araz (həcmi 1,3 milyard kubmetr), habelə Tərtər çayı üzərindəki Sərsəng (həcmi 0,56 milyard kubmetr) su anbarlarıdır. Su anbarlarının ümumi həcmi isə 24 milyard kubmetrə yaxındır.

Ölkə ərazisindəki mövcud 700-ə yaxın gölün əksəriyyəti yay aylarında quruyur. Qurumayan təbii göllərin sayı, təxminən, 250-dir. Sahəsi 1 kvadratkilometrdən çox olan və böyük təsərrüfat əhəmiyyəti kəsb edən göllərin sayı 25-dir. Göllərin ümumi su ehtiyatı 0,9 milyard kubmetrə, şirinsulu göllərin ehtiyatı isə 0,03–0,05 milyard kubmetrə yaxındır.

– Bəs su ehtiyatlarından istifadəni necə qiymətləndirirsiniz?

– Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2010-2023-cü illərdə təbii mənbələrdən götürülən suyun həcmi 10,7 faiz, su istehlakı isə 26,7 faiz artıb. İllik su təsərrüfatı balansının göstəricilərinə görə, ölkə üzrə su mənbələrindən əkin sahələrini suvarma məqsədilə götürülən suyun 50 faizi, əhalinin içməli su təchizatı məqsədilə götürülən suyun isə 37 faizi son istehlakçıya çatmır. Su itkilərinin orta illik həcmi, təxminən, ölkə ərazisində formalaşan yerüstü su ehtiyatları (4,6 milyard kubmetr) qədərdir.

Qiymətləndirmələrə görə, su itkilərinin yaranmasının səbəblərinə əksər suvarma kanallarının torpaq məcralı olması (75 faiz), müasir suvarma sistemlərinin məhdud tətbiqi (5 faiz), içməli su infrastrukturunun köhnəlməsi, fiziki itkiləri və suların dövlət uçotunun mükəmməl olmaması (sayğaclaşmanın başa çatmaması), suların dövlət uçotundan yayınma, nəzarətdənkənar qoşulmalar nəticəsində yaranan kommersiya itkiləri daxildir.

– Sonda “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”nın məqsədi və prioritet istiqamətləri barədə qısa məlumat verməyinizi istərdik.

– Əvvəlcə qeyd edim ki, Milli Strategiyanın hazırlanmasında əsas məqsəd ölkədə su təhlükəsizliyinin qorunması, onun dayanıqlığının artırılması və bu sahədə müasir idarəetmə sisteminin qurulmasıdır. Bununla əlaqədar bir sıra layihələrin gerçəkləşdirilməsi nəzərdə tutulur. Məsələn, ilk növbədə, su ehtiyatlarının qiymətləndirilməsi və proqnozlaşdırılması sisteminin təkmilləşdirilməsi, su ehtiyatlarının hidroloji və hidrogeoloji tədqiqatlarla yenidən qiymətləndirilməsi, monitorinq stansiyalarının rəqəmsallaşdırılması, məlumatların real vaxt rejimində emalı, habelə risklərin simulyasiyası və rəqəmsallaşmasının təmin ediləcəyi planlaşdırılır.

Bununla da ölkənin su ehtiyatları barədə real təsəvvür formalaşacaq, iqlim dəyişmələrinin təsirləri nəzərə alınaraq dayanıqlı su mənbələrindən istifadəyə zəmin yaradılacaq. Eyni zamanda, su təhlükəsizliyi sahəsində risklər müəyyənləşdiriləcək və onların aradan qaldırılması ilə bağlı qabaqlayıcı tədbirlər görüləcək, sərhədlərarası razılaşdırılmış fəaliyyətlər vasitəsilə su hövzələri boyunca su ehtiyatlarının inteqrasiyalı idarə olunması inkişaf etdiriləcək. Su ehtiyatlarının çirklənməsinin qarşısının alınması, sudan səmərəli istifadə, tullantı sularının idarə olunması sahəsində mövcud problemlərin həll məqsədilə qarşılıqlı əməkdaşlıq gücləndiriləcək, formalaşan tullantı sularının effektiv idarə olunması sayəsində ekoloji tarazlıq qorunacaq, iqlim dəyişikliyinə mitiqasiya və adaptasiya yolu ilə cavab verməklə hidroekoloji böhranlar nəzarətdə saxlanılacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:239
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 04 May 2025 04:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see361

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see348

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see339

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see332

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see322

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see311

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see297

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see269

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see254

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see246

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see234

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see230

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see214

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see213

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see206

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see204

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see199

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see184

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see182

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri