Icma.az
close
up
RU
“Raqasa” tayfunu Tayvanda 14 nəfərin ölümünə səbəb olub, 124 nəfər itkin düşüb

“Raqasa” tayfunu Tayvanda 14 nəfərin ölümünə səbəb olub, 124 nəfər itkin düşüb

Icma.az bildirir, Azertag portalına istinadən.

Pekin, 24 sentyabr, AZƏRTAC

Sakit okeanda ilin ən güclü tayfunu olan “Raqasa” Çinin Tayvan adasında insan tələfatı və dağıntılara səbəb olub.

AZƏRTAC xəbər verir ki, tayfunun gətirdiyi güclü külək və yağış səbəbindən adada 14 nəfərin ölüb, 124 nəfər itkin düşüb, 34 nəfər xəsarət alıb. Mərkəzi Fövqəladə Hallar Mərkəzinin məlumatına görə, insan tələfatı Hualien rayonunun Quanfu qəsəbəsində qeydə alınıb. Ərazidə yağıntının miqdarı 800 millimetrə çatıb. Nəticədə çaylar və göllər daşıb. Güclü külək, daşqın, torpaq sürüşmələri tikililərə, yollara, körpülərə, kommunikasiya xətlərinə, infrastruktura, avtomobillərə ziyan vurub. Qəsəbədən 8300 nəfər təxliyə edilib, 15 min evin elektrik təchizatı dayanıb. Təbii fəlakətlə mübarizə və onun nəticələrinin aradan qaldırılmasına qonşu yaşayış məntəqələrindən əlavə qüvvələr cəlb olunub.

Qeyd edək ki, super güclü tayfun kateqoriyasına aid edilən “Raqasa” sentyabrın 23-də Filippinin şimalında Kaqayan əyalətinə çatıb. Qasırğanın yaxın saatlarda Çinin materik hissəsinə çatacağı gözlənilir. Qabaqlayıcı tədbir kimi Quandon əyalətində 1,04 milyon nəfər təxliyə edilib, 80 mindən çox balıqçı qayığı limanlara toplanıb, açıq dənizdən 12 mindən çox işçi sahilə çağırılıb. Əyalətin 11 şəhərində tədris, istehsal, tikinti, digər iş fəaliyyətləri, ictimai nəqliyyatın hərəkəti dayandırılıb. Honkonq və Makau xüsusi inzibati əraziləri də daxil olmaqla Çində 700-dən çox uçuş ləğv edilib, qatarların hərəkəti dayandırılıb. Cuhay şəhərində fərdi avtomobillərin hərəkətinə qadağa qoyulub, əhaliyə evdə çıxmamaq barədə xəbərdarlıq edilib.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://azertag.az
archiveBu xəbər 24 Sentyabr 2025 09:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri