Icma.az
close
up
RU
Su nə zaman içilməməlidir?

Su nə zaman içilməməlidir?

Icma.az bildirir, Pravda.az saytına əsaslanaraq.

Suyun düzgün istehlakı sağlam həyat tərzinin vacib hissəsidir. Günlük su ehtiyacımızı ödəməklə yanaşı, bəzi hallarda su içməkdən çəkinmək də lazımdır. Çünki bəzi vaxtlarda içilən su sağlamlığa mənfi təsir göstərə bilər. Bundan əlavə su içmə vərdişlərini düzgün idarə etməklə arıqlamaq da mümkündür.

Pravda.az xəbər verir ki, insan orqanizminin həzm sistemindən immun sisteminə qədər normal fəaliyyət göstərməsi üçün su əsas amillərdən biridir. Günlük su ehtiyacını ödəməmək müxtəlif xəstəliklərə yol açır. Lakin suyun istehlak zamanı da böyük əhəmiyyət kəsb edir. Bəzi hallarda su içmək faydadan çox zərər verə bilər.

Su içilməməli olan vaxtlar:

1. Yuxu arasında

Gecə yuxu zamanı bütün orqanlar,jə o cümlədən böyrəklər də dincəlir. Yuxu arasında su içmək böyrəklərin daha çox işləməsinə səbəb olaraq onların ömrünü qısalda bilər.

2. Meyvə yedikdən sonra

Meyvələrin tərkibində təbii şəkər və maya olduğuna görə, onlardan sonra su içmək mədə turşusunun artmasına səbəb olur. Bu, həzmin yavaşlamasına və qaz yığılmasına gətirib çıxarır, nəticədə şişkinlik yaranır.

3. Qusduqdan sonra

Qusduqdan dərhal sonra su içmək mədəni yenidən qıcıqlandıra bilər. Həmçinin bəzi hallarda bu, infeksiyalara səbəb ola bilər. Buna görə mədəni bir müddət dincə qoymaq daha sağlam seçimdir.

4. Yemək zamanı

Yemək əsnasında su içmək həzmi çətinləşdirir, çünki bu, mədə turşusunun təsirini azaldır. Yeməkdən dərhal əvvəl su içmək isə mədəni genişləndirir və uzun müddətdə çəki artımına səbəb ola bilər.

5. Şirniyyat yedikdən sonra

Şirniyyat yedikdən sonra su içmək şəkərin daha sürətli qana qarışmasına səbəb olur. Bu, qanda şəkərin ani yüksəlməsinə, başgicəllənmə, yorğunluq və yuxululuq kimi hallara gətirib çıxara bilər.

6. Hamamdan sonra

Duş qəbul etdikdən dərhal sonra su içmək orqanizmin yorulmasına və qocalma prosesinin sürətlənməsinə səbəb ola bilər. Həmçinin sinir ağrılarına və sümük iliyi problemlərinə yol aça bilər. Su içmək üçün duşdan sonra ən azı 30 dəqiqə gözləmək tövsiyə olunur.

7. Qaçışdan sonra

İdmandan və ya ağır fiziki fəaliyyətdən dərhal sonra su içmək qaraciyər və dalağın böyüməsinə səbəb ola bilər. Bu da ciddi sağlamlıq problemlərinə yol aça bilər.

8. Acı qidalar yedikdən sonra

Acı qidalardan sonra su içmək onların təsirini artıraraq mədə qıcıqlanmasına, reflü, qastrit və bağırsaq problemlərinə səbəb ola bilər.

9. Yeməkdən əvvəl

Yeməkdən dərhal əvvəl su içmək mədə turşusunun miqdarını azaldır və həzmi çətinləşdirir. Bu da bağırsaqlarda qaz və şişkinlik problemlərinə gətirib çıxara bilər. Buna görə yeməkdən yarım saat əvvəl su içmək tövsiyə edilmir.

10. Yeməkdən sonra

Yeməkdən dərhal sonra su içmək həzmi ləngidir və mədə problemlərinə səbəb ola bilər. İslam alimləri də yeməkdən sonra dərhal su içməyin düzgün olmadığını bildirirlər.

Xatırlatma: Su içmə vərdişlərinə diqqət edərək sağlam həyat tərzi sürmək mümkündür. Doğru zamanda və düzgün miqdarda su içmək bədənə müsbət təsir göstərir.

Əminə Bayramova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://pravda.az
archiveBu xəbər 06 Mart 2025 08:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail İran a saldırdı üst düzey komutanlar ve bilim insanları öldürüldü tesisler vuruldu

13 İyun 2025 08:45see141

Bu 6 peşədə işləyənlər diqqətli olsun Xərçəng riskini artırır

11 İyun 2025 22:00see138

İsrail İrana zərbələr endirib: generallar həlak olub Tehran qisas vəd etdi

13 İyun 2025 08:31see129

Azərbaycan Respublikasının Prezidenti Fərman imzalayıb

11 İyun 2025 16:03see126

Sənədsiz evlərin bir çoxu kənd təsərrüfatı torpaqlarında tikilib Komitə sədri

12 İyun 2025 13:24see126

Rusiya Ukraynanın itkilərini yenilədi KONKRET

11 İyun 2025 15:44see124

İrana “önləyici zərbə” endirilib

13 İyun 2025 07:52see120

Bu qurumda İşçi qrupunun sayı artırılıb Fərman

11 İyun 2025 15:52see119

“Qarabağ”da üç vida Əsas futbolçular getdi+Rəsmi

11 İyun 2025 22:13see118

Tahir Mirkişili: Ailə dəyərlərinin güclü olduğu ölkələrdə iqtisadi üstünlük formalaşır

11 İyun 2025 16:59see118

Azərbaycan şahmatçısının Münhendə dördüncü qələbəsi

12 İyun 2025 10:25see118

Dəniz xiyarlarında aşkar olunan şəkər xərçəngə qarşı perspektivli vasitə kimi qiymətləndirilib

12 İyun 2025 08:17see118

Putin: Rusiya həqiqəti və ədaləti müdafiə edir

12 İyun 2025 14:35see117

Çindən olan 92 yaşlı nənə hər gün 200 təkan edir...

12 İyun 2025 23:07see116

Bu kadrlar Bakıdakı uşaq bağçasında çəkilib Video

13 İyun 2025 02:40see116

Beynəlxalq Əmək Təşkilatı: dünyada 137 milyon uşaq əməyə cəlb olunub

12 İyun 2025 08:41see116

Fikrət Sadığın anadan olmasının 95 ci ildönümü qeyd olundu Fotolar

11 İyun 2025 20:40see113

G7 liderləri fikir ayrılığı səbəbindən sammitdən sonra ayrı ayrı bəyanatlar verəcəklər

13 İyun 2025 01:28see113

Uşaq düşərgələri bahalaşdı, biletlər yoxa çıxır Ailələr çıxılmaz vəziyyətdə

11 İyun 2025 18:41see113

Fransa şirkəti ilə alüminium sənayesi üzrə əməkdaşlıq müzakirə olunub

12 İyun 2025 22:19see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri