Icma.az
close
up
RU
İnsan nə qədər su içməlidir?

İnsan nə qədər su içməlidir?

Icma.az, Saglamolun portalına istinadən məlumatı açıqlayır.

Insan orqanizminin 2/3 hissəsini su təşkil edir. Bunu biz məktəb vaxtından bilirik.  Reallıqda isə insan orqanizmində olan suyun həcmi daim dəyişilir və 45%-dan 60%-a qədər çata bilər.

Bu suyun böyük hissəsi hüceyrələrin içərisində, daha az hissəsi - hüceyrələr arasında olan boşluqlarda və damarlarda olur. Məhz suyun köməyilə orqanizmimizdə gedən, demək olar, bütün proseslər (hüceyrələr arası mübadilələrdən başlayaraq, sinir impulsların ötürülməsinə kimi) mümkün olur. Bu səbəbdən su insan üçün həyat deməkdir. Susuzlaşma zamanı insanın orqanizmində çox ciddi pozulmalar baş verir. Kəskin susuzlaşma hətta insanın az bir müddət ərzində həlak olmasına səbəb ola bilər.

Orqanizmimizin bütün ehtiyaclarını ödəmək üçün bizə nə qədər su lazımdır? Belə bir formul mövcuddur - insan çəkisinin hər 1 kiloqramı üçün 30-40 ml su. Digər formula görə - 1500 ml + insan çəkisinin hər 1 kq-na 20 ml su (bədən çəkisi 20 kq-dan artıq olduqda). Orta hesabla 70 kq bədən çəkisi olan insan gün ərzində 2,5 l və daha artıq su qəbul etməlidir. Təbii ki, bu heç də o demək deyil ki, insan hər gün mütləq düz 3 l su içməlidir. Axı biz suyu digər mənbələrdən də alırıq - suplar, şirələr, meyvə və tərəvəzlərdə olan su və s.

Hər gün insan orqanizmindən orta hesabla 2 l (isti yay günlərində bundan da artıq) maye ifraz olunur. Yalnız böyrəklər gün ərzində təxminən 1-1,3 l qədər maye ifraz edir. Bundan əlavə dərimiz, bağırsaqlarımız və ağ ciyərlərimiz vasitəsilə də ətraf mühitə maye ifraz olunur.

İnsanların bir hissəsi az su içir. Bu səbəbdən bu insanların sağlamlığında müxtəlif pozulmalar baş verir - böyrək xəstəlikləri, qəbizlik və s. Belə insanların dərisi daha tez qocalaraq öz təravətini itirir. Bir sıra həkimlərin fikirinə görə, insanın immun sistemində olan pozulmalar məhz orqanizmin susuzlaşması ilə bağlıdır.

Digər qrup insanlar gün ərzində hətta 3 l-dən artıq su içirlər. İnsan sağlamdırsa, bu ona heç bir mənfi təsir etməz. Lakin ağır xroniki ürək (ürək çatışmazlığı, bəzi ürək qüsurları formalarında və s. ) və böyrək (böyrək çatışmazlığı, kəskin qlomerulonefrit və s.) xəstəlikləri zamanı mayenin qəbulu məhdudlaşdırılmalıdır (bunu müalicə həkimi təyin edir).

Su qida qəbulundan əvvəl, qida qəbulu zamanı və ya qida qəbulundan sonra içilməlidir?  Bu sual hər zaman mübahisə yaradır. Deyirlər ki, acqarına su içmək ziyandır ki, bu zaman mədə şirəsi mədədən yuyulub aparılır. Digər tərəfdən qida qəbulu zamanı içilən su həzm proseslərini ləngidir. Bütün bunlar dəqiq sübut olunmayıb. Əksinə bəzi tədqiqatçıların fikirinə görə, suyun qida qəbulundan əvvəl, sonra və ya qida zamanı qəbul edilməsi həzm prosesində heç bir ciddi dəyişiklik etmir. Lakin bir mübahisəsiz məsələ də vardır ki, heç bir mayesiz qəbul edilən quru qidalar həqiqətən gec və çətin həzm olunur. Beləliklə bizə hər zaman "quru yemə" deyən ana və nənələrimiz tam haqlı idilər.

Qida qəbulundan sonra (xüsusən yağlı qidalardan sonra) içilən soyuq maye qarında ağırlıq və ağrılara səbəb ola bilər. Diareya (ishal) zamanı ilıq su, qəbizlik zamanı isə əksinə daha soyuq su içmək lazımdır. Ümumiyyətlə isə qəbizlik zamanı su ən yaxşı "dərmandır".  Hər gün səhər tezdən içilən 1-2 stəkan təmiz su bağırsaqları "hərəkətə gətirir". Lakin bu o demək deyil ki, gün ərzində bu su ilə kifayyətlənmək lazımdır. Qəbizlikdən əziyyət çəkən insan mümkün qədər çox su içməlidir (buna əks göstərişlər yoxdursa).

Arıqlamaq istəyən insanlara qida qəbulundan 1/2 saat əvvəl 250-350 ml su qəbul etmək tövsiyyə olunur ki, bu halda onlar daha az miqdarda qida qəbul edəcəklər.

Hər gün kifayyət miqdarda içilən su bizi ürək və damar, böyrək, oynaqlar, allergik  və s. xəstəliklərdən qoruyur. Kifayyət miqdarda qəbul etdikdə su orqanizmimizi şlaklar, zəhərlər, toksinlərdən, mikroblar və s-dan. təmizləyir ki, nəticədə bu immun sistemimizi möhkəmləndirir.

Əgər siz əsəbləşmisinizsə, xırda qurtumlarla 1 stəkan adi su için. Bu sizi sakitləşdirəcək.

Su dərinin daha cavan və sağlam qalmasına kömək edir.

Mayelərin qəbulunun əsas hissəsi günün birinci yarısında olmalıdır. Digər orqanlar kimi, bizim sidik ifrazı sistemimiz də gecə ərzində "dincəlməlidir". Bundan əlavə əgər siz axşam vaxtı çoxlu maye içsəniz, səhər üzünüz şişkin və yorğun görünəcək.

Hansı su daha xeyirlidir? Plastik butulkalarda satılan su krandan gələn su ilə müqayisədə daha təmiz və ziyansızdır. Lakin belə su tanınmış istehsalçılar tərəfindən buraxılmış olmalıdır. Suyun iyinə və dadına da fikir verin. Su şəffaf olmalıdır. Əgər butulkanın dibində çöküntü varsa, belə suyu almayın.

Müalicəvi suları adi sular kimi qəbul etmək olmaz. Bu suları yalnız həkimlə məsləhətləşdikdən sonra istifadə etmək olar. Əks halda (xüsusən belə sular uzun müddət qəbul etdikdə) bu sizin səhhətinizə mənfi təsir edə bilər.

Qazlı sular insanın həzm sistemi üçün xeyirli sayılmır. Belə sular gəyirmə və qıcqırmaya səbəb olur, mədə xəstəliklərinin kəskinləşməsi zamanı xəstənin vəziyyətini daha da ağırlaşdırır, qidalı maddələrin mənimsənilməsinə mane olur və s.

Mənbə vginekolog.ru

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:211
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 19:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Salam və bəli deyil telefon zənginə necə cavab vermək olar

20 Avqust 2026 14:26see319

Sabah la Bakıdakı matçda yaxşı oyun göstərmək istəyirik

20 Avqust 2026 01:46see307

MİDA komplekslərdən çəkilir? Sakinlərdən NARAZILIQ

20 Avqust 2026 15:48see290

ABŞ nin dövlət borcu rekord həddə çatıb

20 Avqust 2026 03:24see269

UEFA Konfrans Liqası pley off mərhələsi: Qarabağ səfərdə Tvente ni məğlub edib

20 Avqust 2026 23:59see257

92 yaşlı Hollivud əfsanəsi illər sonra kameralar qarşısına keçdi

20 Avqust 2026 02:24see250

Uşağınız bu sözləri tez tez deyirsə, DİQQƏTLİ OLUN

20 Avqust 2026 06:52see199

Valdas Dambrauskas: “Biz oyunu itirdik, rəqib yüksək səviyyəli komandadır” VİDEO

20 Avqust 2026 05:29see195

İsveçrənin Alp dağlarında milyarderlərin pullarını qorumaq üçün gizli saxlanc yerləri tikilir

21 Avqust 2026 07:56see182

Bu ölkədə üz gizlətmək qadağan edildi cəriməsi 3000 avrodur...

20 Avqust 2026 00:39see181

2027 ci ildə ikon statusu qazanacağı gözlənilən 8 vintaj çanta (FOTO)

20 Avqust 2026 19:04see173

Qarabağ Niderlandda Tvente ni məğlub etdi

20 Avqust 2026 23:55see172

“TikTok” şəxsi mesajlar vasitəsilə pul köçürmələrinə başlaya bilər

20 Avqust 2026 07:42see171

Xətai rayonunda baş verən yanğın söndürülüb

20 Avqust 2026 01:21see169

Robotlar artıq insan kimi işləməyə başlayır

20 Avqust 2026 03:32see169

Məmməd Musayevin qardaşı oğlunun şirkəti fəaliyyətini dayandırdı KONKRET

21 Avqust 2026 11:00see169

Yair Rodriges “Noche UFC”nin əsas döyüşündən çıxarıldı

20 Avqust 2026 01:29see166

OpenAI 2027 ci ildə birjaya çıxmağı planlaşdırır

20 Avqust 2026 03:04see163

Sibel Canın son halı diqqət çəkdi (Video)

20 Avqust 2026 06:06see158

Bu tarixlərdə insanlar avtoqəzalarda daha çox ölür?

20 Avqust 2026 00:45see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri