Icma.az
close
up
RU
Laçında su anbarı istifadəyə verildi Fotolar

Laçında su anbarı istifadəyə verildi Fotolar

Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bu gün Laçında Zabuxçay su anbarı istifadəyə verilib. 

“Qafqazinfo” xəbər verir ki, bununla əlaqədar olaraq Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) Laçına mediatur təşkil edib. 

Mediaturda çıxış edən qurum rəsmisi İlham Quliyev bildirib ki, Azərbaycan Respublikası Prezidentinin 1 mart 2022-ci il tarixli Sərəncamına əsasən, işğaldan azad olunan ərazilərin bərpası çərçivəsində həyata keçirilən “Həkəri çayının sağ və sol sahilində yerləşən əkin sahələrinin suvarma suyu ilə təmin edilməsi məqsədilə Zabuxçay su anbarının və magistral boru kəmərinin layihələndirilməsi və tikintisi” layihəsi çərçivəsində bir sıra işlər görülüb: “Qubadlı və Zəngilan rayonlarının ərazisində yerləşən yeni yaradılan aqroparklar və digər istifadəçilərə məxsus ümumilikdə 12 100 hektar əkin sahəsinin suvarma suyu ilə təmin edilməsi məqsədilə ümumi tutumu 27 milyon m³ olan Zabuxçay su anbarı və ondan qidalanan 51,6 km uzunluğunda təzyiqli magistral boru xətti inşa edilib. Zabuxçay su anbarının texniki göstəricilərinə nəzər saldıqda, bəndin hündürlüyü 61 metr, uzunluğu 502 metr, bəndin üstdən eni isə 10 metr təşkil edir”.

O, əlavə olaraq bildirib ki, su anbarının tikintisi zamanı bir sıra mühüm işlər həyata keçirilib: “Belə ki, Güləbird SES-ə aid 1,2 km-likderivasiya boru xətti, su anbarı bəndi və qəza sutullayıcısı tikilib, xidməti bina və ətraf infrastrukturlar tam şəkildəqurulub.

Magistral boru kəməri də bu layihənin mühüm tərkib hissəsidir. Boru xəttinin ümumi uzunluğu 51 600 metrdir vəbu xətt Zabuxçay su anbarından çıxaraq Həkəri çayının sağ və sol sahillərində yerləşən Qubadlı və Zəngilan rayonlarının ümumilikdə 12 100 hektar əkin sahəsinə su çatdırır. Suötürmə qabiliyyəti başlanğıcda saniyədə 6,2 m³ təşkil edir. Kəmər yüksəktəzyiqli çiləyici və damcılı suvarma sistemləri üçün nəzərdə tutulub və qapalı suvarma boru sisteminə əsaslanır”.

Onun sözlərinə görə, layihənin praktiki nəticələri artıq özünü göstərməkdədir: “Bu il Zəngilan və Qubadlı rayonlarının ərazisində yerləşən aqroparkların ümumilikdə 2900 hektar əkin sahəsi Zabuxçay su anbarından suvarma suyu ilə təmin edilib.

Bu layihə regionun aqrar inkişafında mühüm rol oynamaqla yanaşı, əhalinin rifahının yüksəldilməsi və kənd təsərrüfatında məhsuldarlığın artırılması baxımından da əhəmiyyətli töhfə verir”. 

Qeyd edək ki, Zabuxçay su anbarının tikintisinə 2023-cü ildə başlanılıb. 

Lamiyə Məmmədova






Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:192
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 19 İyun 2025 13:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see613

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see324

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see315

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see315

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see307

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see286

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see284

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see280

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see271

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see268

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see250

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see250

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see248

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see243

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see240

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see231

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see230

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see211

Tarixi Zəfərin yol açdığı möhtəşəm Qayıdış

07 Noyabr 2026 13:35see210

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri