Icma.az
close
up
RU
Su orucu nədir, faydaları və zərərləri nədən ibarətdir?

Su orucu nədir, faydaları və zərərləri nədən ibarətdir?

Saglamolun saytına istinadən Icma.az xəbər verir.

Su orucu son illərin ən populyar pəhrizidir. Su orucu ilə bağlı aparılan son araşdırmalar onun sağlamlıq üçün faydalı olduğunu göstərsə də, bu barədə elmi işlər yetərli səviyyədə deyil.

Publika.az bu yazıda oxucuları su orucunun faydalı və zərərli tərəfləri ilə tanış edib.

Bir qrup alimlər hesab edir ki, su orucu daxili orqanların, dərinin təmizlənməsinə və yağların yandırılmasına təsir edir. Digər qrup isə orqanizmə ciddi zərər verdiyi qənaətindədir.

Su orucu necə tətbiq edilir?

Gün ərzində sudan başqa heç nə yemək və içmək olmaz. Oruc 24 saat ilə 72 saat davam edə bilər. Orucu 3 gündən artıq tutmaq istəyirsinizsə, bu, mütləq həkim nəzarətində aparılmalıdır. Su orucu hər kəsin orqanizmi üçün əlverişli olmaya bilər.

Su orucunun faydaları nələrdir?

Bədən ac qalanda enerji mənbəyi kimi yağlardan istifadə edir. Bu səbəbdən orqanizmdə toplanan yağlar yandırılmağa başlanır və artıq çəki sürətlə azalmağa doğru gedir.

Bununla belə pəhriz mütəxəssisləri su orucu ilə sürətlə arıqlamaq əvəzinə sağlam qidalanmaqla, düzgün yollarla tədricən və daimi məşqlər sayəsində arıqlamağı məsləhət görür.

Digər araşdırmalarda suyun bir çox xroniki xəstəlik riskini azaltdığı iddia edilir. Orta əsrlər dövrünün ən böyük təbiblərindən olan İbn Sinanın da xəstələrinə 3 günlük şəfa orucunu tövsiyə etdiyi barədə fikirlər mövcuddur. Bundan başqa, bəzi cəmiyyətlərdə su orucunun nəinki fizioloji təmizlənmə, psixoloji təmizlənmə funksiyasını yerinə yetirdiyinə dair inanclar var.

Kanserogen maddələr və s. qeyri-sağlam qidalar sayəsində orqanizmə daxil olan toksik maddələrin su orucu vasitəsiylə təmizləndiyi qulağa xoş gəlsə də, bu məsələlərdə kifayət qədər elmi işlər yoxdur. Odur ki, dəqiq nəticələrə gəlmək üçün elmi araşdırmalar hələ davam etdirilməlidir.

Kimlər su orucu tutmalı deyil?

Su orucu hər kəs üçün deyil. Xüsusilə yaşlılar və 18 yaşından aşağı yaş kateqoriyasına aid olan insanlar su orucu tutmamalıdır. Həmçinin hamilə və ya uşağa süd verən qadınlara, ürək xəstəlikləri olanlara, 1-ci tip diabet və miqreni xəstələrinə tövsiyə edilmir. Müntəzəm olaraq dərman istifadə edənlər mütləq həkimə məsləhətləşməlidir.

Su orucunun mümkün zərərləri:

Tədqiqatlar göstərib ki, su orucu həddən artıq arıqlamağa gətirib çıxara bilər. Lakin itirilən çəkinin çoxunu su, karbohidrat və əzələlər təşkil edir. Bu səbəbdən su orucu bitdikdən sonra əzələ kütləsində xeyli azalma yarana bilər. Digər zərərləri aşağıdakılardır:

İnsulin müqaviməti və diabet riskini artır.

Mineral və vitamin çatışmazlığına səbəb olur.

Halsızlıq, yorğunluq və əsəbilik yaradır.

Su orucu qısa müddətli tutulmasına baxmayaraq, bəzi xəstəliklərə pis təsir edə bilər.

Podaqra xəstəliyi: Su orucu podaqra hücumları üçün risk faktoru olan ürik turşu istehsalını artıra bilər.

Diabet: Uzun müddətli aclıq tip 1 və tip 2-ci diabetdə mənfi fəsadlara səbəb olur.

Xroniki böyrək xəstəliyi: Su orucu xroniki böyrək çatışmazlığı olan xəstələrə daha çox zərər verə bilər.

Mədə qıcqırması: Gün ərzində heç nə yemədikdə mədə turşu ifraz etməyə başlayır və bu halda mədə qıcqırması baş verir.

Saglamolun.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:375
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 18:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see296

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see274

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see271

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see258

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see250

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see248

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see239

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see239

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see236

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see221

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see220

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see215

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see213

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see212

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see211

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see206

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see203

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see202

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see199

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri