Icma.az
close
up
RU
Su Tao: Viza tələbinin ləğvi Çin və Azərbaycan xalqları arasında daha dərin mübadiləyə səbəb olacaq

Su Tao: Viza tələbinin ləğvi Çin və Azərbaycan xalqları arasında daha dərin mübadiləyə səbəb olacaq

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Pekin, 15 iyul, AZƏRTAC

Bu ilin apreldə Azərbaycan Prezidenti İlham Əliyevin Çinə dövlət səfəri zamanı Çin ilə Azərbaycan arasında bir çox mühüm sənədlər imzalandı. Onlar arasında iki ölkənin vətəndaşlarının qarşılıqlı olaraq vizadan azad edilməsi ilə bağlı çox mühüm saziş var. Bu, Çin və Azərbaycan xalqları arasında daha dərin mübadiləyə səbəb olacaq.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Çin Dövlət Şurası yanında İnkişaf Mərkəzinin Avrasiya Cəmiyyətinin İnkişafı üzrə Tədqiqat İnstitutunun direktor müavini Su Tao iyulun 16-da iki ölkə arasında vizasız səyahət rejiminin qüvvəyə minməsini şərh edərkən deyib.

“Hər kəsə məlum olduğu kimi, Azərbaycan Cənubi Qafqazda zəngin tarixə və mədəni irsə malik ölkədir. Bir çox çinli alimin və ictimaiyyət nümayəndələrinin artıq Azərbaycanın tarixi haqqında müəyyən qədər anlayışı var. Mən özüm də Azərbaycan tarixi, Bakı haqqında maraqlanıram. Hesab edirəm ki, turizm sahəsində əməkdaşlığın gücləndirilməsi xüsusilə vacibdir”, - deyən ekspert əlavə edib ki, son illərdə qlobal turizm sənayesi sürətlə inkişaf edir və pandemiyadan sonra Çinin turizm sektorunda da sürətli artım müşahidə olunur.

Çinin dünyanın ən böyük turist mənbəyi olduğunu vurğulayan Su Tao deyib ki, Çin vətəndaşları üçün Azərbaycana səfər etmək, orada insanların necə yaşadığını görmək, onun tarixi abidələrinə heyran olmaq və mətbəxindən dadmaq həqiqətən dəyərli olacaq.

“Mən də daxil olmaqla, bir çox çinli bunu etməyə hazırdır. Mən Mərkəzi Asiya üzrə tədqiqaqtlar aparıram. Azərbaycana çoxdan səfər etməyi düşünürdüm. Elə bu viza siyasətindən faydalanmağı çox səbirsizliklə gözləyirəm və imkanım olanda Azərbaycana səfər etməyi və Bakını kəşf etməyi planlaşdırıram”, - deyə çinli ekspert bildirib.

Qeyd edək ki, Prezident İlham Əliyevin Çinə dövlət səfəri çərçivəsində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında ümumvətəndaş pasportlarına malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş” müvafiq ölkədaxili prosesi keçdikdən sonra iyulun 16-da qüvvəyə minir. Sazişə əsasən, iki ölkənin etibarlı ümumvətəndaş pasportlarına malik vətəndaşları 30 gün müddətinə viza tələbindən azad edilir.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://azertag.az
archiveBu xəbər 15 İyul 2025 14:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see270

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see186

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see165

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see158

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see157

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see155

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see149

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see149

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see144

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see141

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see137

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see137

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see136

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see134

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see130

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see128

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see126

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri