Icma.az
close
up
RU
Ziyafət Əsgərov: Azərbaycan ilə Çin arasında viza rejiminin ləğvi böyük turist axınına səbəb olacaq

Ziyafət Əsgərov: Azərbaycan ilə Çin arasında viza rejiminin ləğvi böyük turist axınına səbəb olacaq

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 16 iyul, AZƏRTAC

Azərbaycan ilə Çin arasında viza rejiminin qarşılıqlı olaraq ləğvi iki ölkənin turizm əlaqələrində canlanma yaradacaq.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov bildirib.

Son illər Çindən Azərbaycana səfər edənlərin sayında ciddi artım müşahidə olunduğunu deyən Z. Əsgərov vurğulayıb ki, 2024-cü ildə ölkəmizə gələn çinli turislərin sayı 2023-cü illə müqayisədə 70 faiz artıb. Bu isə çox böyük göstəricidir.

“Viza rejiminin qarşılıqlı olaraq ləğvi istər Çindən Azərbaycana, istərsə də Azərbaycandan Çinə böyük turist axınına səbəb olacaq. Amma Çin əhalisinin, o cümlədən xaricə səfər edən çinli turistlərin sayını nəzərə alsaq, deyə bilərik ki, Çindən ölkəmizə turist axını daha böyük olacaq. Bu da öz növbəsində Azərbaycan iqtisadiyyatına töhfə verəcək”, - deyən Z. Əsgərov əlavə edib ki, vizasız rejim həm də işgüzar əlaqələrin genişlənməsinə və xalqlar arasında dostluğun möhkəmlənməsinə, yəni xalq diplomatiyasına təkan verəcək.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin Çinə dövlət səfəri zamanı aprelin 23-də Pekində “Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında ümumvətəndaş pasportlarına malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş” imzalanıb. Sənədin qüvvəyə minməsi üçün hər iki ölkədə zəruri olan dövlətdaxili proseduralar tamamlanıb. İyulun 16-da qüvvəyə minən Sazişə əsasən, Azərbaycan və Çinin etibarlı ümumvətəndaş pasportlarına malik vətəndaşları digər ölkə ərazisinə daxil olmaq, oranı tərk etmək və yaxın tranzit keçmək üçün hər səfər ərzində 30 gündən çox olmamaqla və hər 180 günlük dövr ərzində ümumilikdə 90 gün müddətini aşmamaqla viza tələbindən azad edilirlər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:54
embedMənbə:https://azertag.az
archiveBu xəbər 16 İyul 2025 17:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri