Su və Meliorasiya Elmi Tədqiqat İnstitutunun illik fəaliyyəti müzakirə olunub
Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakı, 14 noyabr, AZƏRTAC
Noyabrın 14-də Su və Meliorasiya Elmi-Tədqiqat İnstitutunun illik fəaliyyətinə həsr olunmuş tədbir təşkil edilib. Tədbirdə institutun elmi və inzibati fəaliyyəti təqdim olunub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbir çərçivəsində “Elmi işlərin illik hesabatı”, “Milli Su Strategiyasının icrası ilə bağlı fəaliyyət”, “Kəhriz sistemlərinin bərpası və yenidən qurulması”, “Böyükşor gölünün bərpası üzrə aparılan monitorinqlər”, “Təlim və İnnovasiyalar Mərkəzinin fəaliyyəti”, eləcə də “İnsan resurslarının idarə olunması, kommersiya və sosial layihələr” mövzularında məruzələr dinlənilib.
Görülmüş işlər müzakirə olunub, yeni təkliflər səsləndirilib və növbəti dövr üçün prioritet fəaliyyət istiqamətləri müəyyən edilib.
Tədbir institutun elmi və innovativ potensialının inkişafı, strateji planların hazırlanması və prioritetlərin müəyyən edilməsi baxımından böyük əhəmiyyət kəsb edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:33
Bu xəbər 14 Noyabr 2025 19:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















