Icma.az
close
up
RU
“Sual olunur, həmin şəxslər indiyə qədər niyə həbs edilmirdi?”

“Sual olunur, həmin şəxslər indiyə qədər niyə həbs edilmirdi?”

Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Hamıya gün kimi aydındır ki, Azərbaycanda baş verən son həbslərdə əsas motiv Qərbin gah ayrı-ayrı QHT-lər, gah da hansısa media orqanları əməkdaşlarının vasitəsilə həyata keçirmək istədiyi çirkin planların üzə çıxmasıdır.

Bu baxımdan həbslərin baş verməsində elə Qərbin özü birbaşa günahkardır. Başqa sözlə desək, Qərbin istəyi budur ki, bəslədiyi ayrı-ayrı şəxslərin əli ilə, yaxud, qaçaqmalçılıq yolu ilə Azərbaycana qanunsuz pul vəsaitləri ötürsün, istədiyi ssenarini burada reallaşdırsın. Yəni, bu maliyyə vasitəsilə müxtəlif layihələr işə salınsın, ölkədə qarışıqlıq yaradılsın, cəmiyyətdə narazılıq toxumları səpilsin, bu proseslər davamlı güclənən Azərbaycanın yürütdüyü müstəqil siyasəti alt-üst edəcək qədər uzansın.  

Hadisələrin arxasındakı reallıq bundan ibarətdir.

Bütün bu çirkin cəhdlər baş verən həbslərlə ifşa olundu. Hüquq-mühafizə orqanları bu cür situasiyalarda hansı işi görməlidirsə, gördü. Amma Qərb dairələrinin hər vəziyyətə reaksiyası var və bu reaksiya heç zaman ədaləti əks etdirməyib, indi də belədir. Qərbin planlarında yer alan şəxslərin həbsindən başqa yol qalmadıqda bu çevrələr dərhal ikinci varianta əl atır. Həbslərə başqa don geyindirilir. Xarici mərkəzlər tərəfindən xarici mediada iyrənc təbliğat başlayır.  

Guya kimlərsə sırf jurnalist fəaliyyətinə görə həbs olunub və s. Bu jurnalistlər illərdir, Azərbaycanda sərbəst çalışır, istədiyini yazır. Sual olunur, həmin şəxslər indiyə qədər niyə həbs edilmirdi? Və ya dünən Gürcüstandan dönərkən Daxili İşlər Nazirliyi tərəfindən saxlanılan Ramin Deko (Cəbrayılzadə), ardınca həbs olunan başqaları jurnalist kimi hansı dəhşətli faktları ortaya qoyub ki, hakimiyyət onları həbs etmək barədə düşünsün? Bütün bu iddialar, sadəcə məsələnin əsl mahiyyətindən diqqəti yayındırmaqdan başqa bir şey deyil və iddia olunduğu kimi, baş verənlərin peşə fəaliyyəti ilə heç bir bağlılığı yoxdur.  

Bu, yalnız və yalnız yenə də həmin dalğa və həmin koordinatdır; ölkəyə qeyri-qanuni xarici valyuta keçirilməsinə nail olmaq! Necə ki, bunu öncə “Toplum TV”, “Demokratik Təşəbbüslər İnstitutu”, “III Respublika” Platforması vasitəsilə gerçəkləşdirmək istəmişdilər. Bu planlar suya düşdükdən sonra isə “Meydan TV”nin əməkdaşlarının əli ilə bunu etmək planı işə salınıb və göründüyü kimi, həmin iyrənc niyyət hüquq-mühafizə orqanları tərəfindən aşkarlanıb.

Qərbin bundan öncə ifşa olunan və yuxarıda adıçəkilən şəbəkəsinin ABŞ-nin “İnternews”, USAİD, Çexiyanın “Praqa Vətəndaş Cəmiyyəti Mərkəzi”, NESEHNUTİ,  “People in Need” təşkilatları, həmçinin,  “Beynəlxalq Fakt Yoxla Platforması”,  “OCCRP”  layihələri ilə əməkdaşlıq edərək, qarşılığında “qrant” vəsaitləri almaları, bu qrantları qeydiyyatdan yayındırmaları, maliyyə vəsaitlərini xarici banklarda açdıqları hesablar üzərindən götürmələri barədə faktlar artıq ictimaiyyətə bəllidir. O da məlumdur ki, “Deutsche Bank and Commerzbank”,  “US Citibank”,  “Raiffeisen Bank International”, “UniCredit Bank Czech”,  “TBK Group” kimi xarici banklarda açılmış hesablara müxtəlif xarici dairələr tərəfindən köçürülən vəsaitlər Gürcüstanda bankomatlarda nəğdləşdirilib və şübhə doğurmamaq üçün hissə-hissə Azərbaycana ötürülməsi prosesi həyata keçirilib. Şəbəkənin iz azdırmaq üçün üçün xarici ölkələrə məxsuz “adsız bank kartları”ndan istifadə etməsi, həmin kartların hansı banklara məxsus olması və s. faktlar ən xırda detallarına kimi aşkara çıxıb.

Öz dövlətinin maraqlarını maddi maraqlardan üstün tutanların qanunsuz əməlləri gizlin qaldıqda hansı xoşagəlməz proseslərin baş verdiyini ayrı-ayrı ölkələrin, elə qonşu Gürcüstanın nümunəsində də görmək mümkündür. Qərb mərkəzlərinin əsas niyyəti belə dövlətləri öz istəklərinə uyğun idarə etmək, bu alınmadıqda isə istənilən anda dövlət  çevrilişi variantını işə salmaq kimi mexanizmlərə  sahib olmaqdır. Azərbaycanda da belə imkanlara sahiblənmək üçün müxtəlif adlar altında media orqanları, QHT-lər qurulur və onlara qeyri-leqal yolla maliyyə ötürmək planları zaman-zaman işə salınır.

Görünən odur ki, bu dairələrin sonuncu istinadgahı “Meydan TV” olub. Qərb mərkəzləri bu dəfə öz şeytanlığını “Meydan TV” üzərindən qurub. “Meydan TV” üzərinə götürdüyü missiyanı, xarici dairələrlə çirkin əməkdaşlığını ancaq və ancaq hakimiyyəti sərt tənqid etmək maskasına bürünməklə ört-basdır etməyə çalışıb. Belə rəy yaradılıb və hələ də gündəmdə saxlanılmaqdadır ki, guya bu kimi media quruluşlarının fəaliyyətləri məhz hakimiyyəti tənqid etdikləri üçün hansısa formada məhdudlaşdırılır. İndi əsl gerçəklər gün işığı görməkdə, xarici dairələrin aləti olanların əməlləri üzə çıxmaqdadır.

Sözsüz ki, anti-Azərbaycan dairələri durmayacaq və “Meydan TV”-nin ardınca, hansısa “Şeytan TV” vasitəsilə Azərbaycana maliyyə ötürüb, ara qarışdırmaq planları üzərində baş sındıracaqlar. Bu planların qarşısını müvafiq dövlət strukturları bundan öncə də alıb və almaqdadır. Əsas olan cəmiyyətin baş verənlərin arxasından hansı hiylə və çirkin niyyətlərin boylanmasını anlaması, yalan təbliğata uymaması, öz sayıqlığını qoruyub saxlaması, ən önəmlisi tarixdən və ətrafımızda baş verənlərdən düzgün nəticə çıxarmasıdır...

Elman Babayev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 07 Dekabr 2024 17:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see494

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see222

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see207

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see203

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see202

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see196

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see193

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see186

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see186

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see182

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see179

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see176

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see170

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see168

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see152

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see150

İlhan Omar canlı yayımda hücuma məruz qaldı

28 Yanvar 2026 15:33see148

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see148

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see148

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri