Icma.az
close
up
RU
Sualların ikisi yanlış olub, ikisində isə iki doğru cavab qeyd edilib

Sualların ikisi yanlış olub, ikisində isə iki doğru cavab qeyd edilib

Icma.az xəbər verir, Olke.az saytına əsaslanaraq.

Riyaziyyat fənni üzrə Respublika Fənn Olimpiadalarının Respublika mərhələsinin suallarından narazılıq yaranıb. 

Ölkə.az xəbər verir ki, Azərbaycan Respublikası Təhsil İnstitutu yuxarı yaş qrupu üzrə yarımfinal turu zamanı olimpiada iştirakçılarına təqdim olunan suallarda aşkarlanan yanlışlıq iddiaları ilə bağlı daha bir açıqlama yayıb. 

Məlumatda fevralın 23-ü keçirilmiş Respublika Fənn Olimpiadalarında riyaziyyat fənnindən yuxarı yaş qrupu üzrə şagirdlərə təqdim edilmiş 30 tapşırıqdan ikisində yanlışlıq aşkarlanıb, ikisində isə iki doğru cavab qeyd edildiyi bildirilib: “Bu tapşırıqların hər biri imtahanda iştirak etmiş bütün şagirdlərin lehinə hesablanıb. Həmçinin 4 tapşırıqda baş vermiş yanlışlığın yarada biləcəyi mənfi təsiri kompensasiya etmək üçün əvvəlki illərdən fərqli olaraq, 60 nəfər deyil, 90 nəfər şagirdə finalda iştirak hüququ verilib. 

İmtahanda 9 sualda yanlışlığın olduğunu iddia edən şəxs həm informatika, həm də riyaziyyat fənni üzrə yarımfinal turdan finala vəsiqə qazanmayan iştirakçı şagirdlə bağlı müraciət edib.  O, bununla bağlı Təhsil İnstitutunda bir neçə dəfə məsul şəxslərin qəbulunda olub və Münsiflər Heyətinin üzvləri ilə görüşüb. Onun rəsmi müraciətinə Münsiflər Heyəti tərəfindən rəsmi cavablar verilib, eləcə də, digər 5 sualla bağlı qaldırdığı iddialara qarşı elmi əsaslandırmalarla sübut edilmiş izahlar təqdim olunub.

Şagirdin finalda iştirakı ilə bağlı iddiaçının çoxsaylı müraciətlərinə və digər şagirdlərə tətbiq edilməyən güzəştlərin həmin şagirdə tətbiq olunması ilə bağlı xahişlərinə müsbət cavab verilmədiyi üçün və bu qərar ona rəsmi şəkildə bildirildikdən dərhal sonra ictimaiyyətə yanlış informasiya ötürməyə başlayıb. Baş vermiş texniki xətanı mənfi cavab aldıqdan sonra ictimailəşdirməsi onun qərəzli olduğunu göstərir və təəssüf doğurur. Respublika Fənn Olimpiadalarında 70 minə yaxın şagird iştirak edir, prosesin şəffaf və obyektiv təşkilində həssaslıq göstərilir və bu cür xətaların təkrarlanmaması üçün tədbirlər görülür”. 

Təhsil İnstitutundan bildirilib ki, 9 sualın yanlış olması ilə bağlı yayılan məlumatlar əsassızdır.

Xatırladaq ki, riyaziyyat elmləri doktoru, professor Rəşid Əliyevin iddialarına görə, fevralın 23-də Təhsil İnstitutu tərəfindən təşkil olunan riyaziyyat fənni üzrə Respublika Fənn Olimpiadalarının Respublika mərhələsinin yuxarı yaş qrupu üzrə yarımfinal turu zamanı olimpiada iştirakçılarına təqdim olunan 30 tapşırıqdan 7-si səhv, 2-si isə 2024-2025-ci tədris ili üçün Riyaziyyat fənni üzrə Respublika Fənn Olimpiadalarının proqramına daxil edilməyən mövzulardan tərtib olunub. Bununla da 30 tapşırıqdan 9-u səhv olub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://olke.az
archiveBu xəbər 11 Aprel 2025 15:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see372

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see347

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see341

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see333

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see304

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see300

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see279

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see261

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see249

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see241

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see231

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see222

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see209

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see204

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see202

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see201

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see191

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see190

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see189

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri