Icma.az
close
up
RU
Yeni strateji mərhələ ŞƏRH

Yeni strateji mərhələ ŞƏRH

Ses qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Məlumdur ki, ölkəmizin xarici siyasət kursu regional sabitlik, qlobal təhlükəsizlik və iqtisadi əməkdaşlıq baxımından yeni reallıqlar formalaşdıran strateji xətt üzərində inkişaf edir. Milli maraqları qətiyyətlə müdafiə edən bu siyasət həm regional güc balansında, həm də beynəlxalq platformalarda ölkəmizin nüfuzunun möhkəmlənməsini təmin edən əsas amillərdən biri kimi çıxış edir.

Yeri gəlmişkən, qeyd edək ki, Birləşmiş Ştatlarla Azərbaycan arasında əməkdaşlıq gündəliyinin genişlənməsi həm də regional sabitlik və beynəlxalq təhlükəsizlik müstəvisində dönüş nöqtəsi kimi qiymətləndirilir. ABŞ Prezidenti Donald Trampın təşəbbüsləri prosesə tarixi çalar verir və Cənubi Qafqaz üçün yeni geosiyasi düzən perspektivlərini gündəmə gətirir. Gələcək danışıqlarda bir neçə strateji xətt üzrə irəliləyiş gözlənilir: ikitərəfli siyasi əlaqələrin dərinləşdirilməsi, enerji və nəqliyyat əməkdaşlığının genişləndirilməsi, təhlükəsizlik məsələlərində ortaq mexanizmlərin formalaşdırılması, həmçinin Azərbaycan-Ermənistan münasibətlərində davam edən sülh gündəliyinin müzakirəsi. Bu, həm regional sabitlik, həm də Azərbaycanın beynəlxalq nüfuzunun möhkəmlənməsi baxımından mühüm diplomatik mərhələyə çevrilə bilər.

Onu da qeyd edək ki, son illər Vaşinqton-Bakı münasibətləri ənənəvi əməkdaşlıq çərçivəsindən çıxaraq strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Xüsusilə, Donald Trampın ikinci prezidentliyi dövründə Cənubi Qafqazda Azərbaycanın rolu ön plana çıxıb. Bu, ilk növbədə üç əsas sahədə - enerji təhlükəsizliyi, regional sabitlik və antiterror əməkdaşlığında özünü göstərir. Strateji tərəfdaşlığın qurulmasında liderlərin şəxsi dialoqu xüsusi önəm daşıyır və bu gün məhz həmin etimad mühitinin daha da möhkəmlənməsi müşahidə olunur. Prezident İlham Əliyevin ötən il iyulun 20-də Şuşada keçirilən II Qlobal Media Forumunda Tramp haqqında verdiyi müsbət qiymət bu münasibətlərin mahiyyətini açıq şəkildə göstərirdi. Ölkə başçısı Trampın prezidentliyi dövründə ABŞ-ın yeni müharibələrə qoşulmamasını, ailə və milli dəyərlərə verdiyi önəmi xüsusi vurğulayaraq, onu siyasi sabitlik nümunəsi kimi təqdim etmişdi: "Onun hakimiyyəti dövründə Amerika müharibələrə başlamadı, Vyetnam, Koreya, Yuqoslaviya, Əfqanıstan, Liviya, İraq, Suriya və necə deyərlər, onların davamı olmadı. Bax, bu müddət ərzində onların heç biri baş vermədi. Ancaq buna, yəqin ki, böyük hörmətlə yanaşmağa dəyər". Bu, Azərbaycanın ABŞ-da baş verən siyasi proseslərə praqmatik və obyektiv baxışını nümayiş etdirdi. Trampın prezidentliyə qayıdışından sonra iki lider arasında baş tutan telefon danışıqları və məktub mübadiləsi münasibətlərin təkcə rəsmi deyil, şəxsi etimada söykəndiyini təsdiqləyir. Vaşinqtonda keçiriləcək görüş isə bu dialoqun konkret nəticələr verə biləcək diplomatik mərhələyə keçdiyini göstərir. ABŞ-ın əvvəlki administrasiyası dövründə münasibətlərdə soyuqluq yaranmışdı. Bayden-Blinken komandası tərəfindən "907-ci düzəliş"in yenidən aktivləşdirilməsi və Azərbaycanın regional siyasətinə qarşı əsassız ittihamlar bu xətti dərinləşdirdi. Prezident İlham Əliyev bu il martın 13-də XII Qlobal Bakı Forumu çərçivəsində "Euronews" telekanalına verdiyi müsahibə də bu narahatlığı dilə gətirdi. Dövlət başçısı bildirdi ki, ABŞ-ın əvvəlki administrasiyası dövründə Azərbaycanla münasibətlərin pisləşməsi məyusluq doğurmuşdu. Lakin Prezident İlham Əliyevin ardıcıl və qətiyyətli diplomatik siyasəti nəticəsində bu cəhdlər real nəticə vermədi. Trampın hakimiyyətə qayıdışı ilə Vaşinqton-Bakı münasibətləri yüksələn dinamika ilə inkişaf etdi.

Donald Trampın vasitəçilik təşəbbüsü 1978-ci il Kemp-Devid sülh razılaşmasını xatırladır. Həmin vaxt Misir və İsrail arasında uzunmüddətli münaqişəyə son qoyulmuşdu. Bu gün isə Tramp Cənubi Qafqazda analoji tarixi uğura imza ata bilər. Əgər Vaşinqtonda gözlənilən danışıqlar razılaşma ilə yekunlaşsa, bu, həm ABŞ diplomatiyasının, həm də Azərbaycanın siyasi iradəsinin gücünü göstərən nümunə olacaq.

Xüsusilə qeyd etmək lazımdır ki, Bakı sülh sazişinin imzalanması üçün iki əsas şərt irəli sürür: Ermənistan konstitusiyasında dəyişiklik edilməsi və ATƏT-in Minsk qrupunun ləğvi. Ermənistan konstitusiyasında hələ də Qarabağa dair ərazi iddiaları mövcuddur. Lakin sənəddə qısa müddət ərzində dəyişikliklərin edilməsi real görünmür. Bu məsələ olduqca mürəkkəbdir və dəyişikliklərin növbəti ilin yayına qədər baş tutması belə sual altındadır. Bunun siyasi nəticələrini isə əvvəlcədən proqnozlaşdırmaq çətindir. Digər tərəfdən, 2026-cı il iyulun 7-də Ermənistanda parlament seçkiləri keçiriləcək. Bu səbəbdən rəsmi Bakı mart ayında sülh sənədinin paraflanması təklifini gündəmə gətirib. Müzakirə olunan digər mühüm məsələ isə Zəngəzur dəhlizidir. Vaşinqtonun təşəbbüsü ilə Zəngəzur dəhlizi məsələsi da danışıqların gündəliyinə daxil edilib və Ermənistan tərəfinin bu təklifi qəbul etməyə hazır olduğu bildirilir. Buna görə də Ağ Evdə keçiriləcək görüş zamanı Zəngəzur dəhlizi ilə bağlı razılaşmanın elan edilməsi ehtimal olunur. Erməni politoloq Qagik Ambaryan Vaşinqtonda Zəngəzur dəhlizinə nəzarətin Azərbaycan və Türkiyəyə keçəcəyini istisna etməyib. Azərbaycanın bu məsələdə mövqeyi qətidir: ölkə ərazisində heç bir xarici operator, ticarətçi və ya icarədar fəaliyyət göstərə bilməz. Ermənistanın isə son dövrlər sərhəd boyunca xarici müşahidəçiləri dəvət etməsi diqqətdən qaçmır. "Peşəkar casuslar" İranla sərhədə kəşfiyyat fəaliyyəti həyata keçirirlər. Xüsusilə də son İran-İsrail gərginliyi fonunda bu fəaliyyət daha da güclənib. Azərbaycanın əsas tələbi dəyişməzdir. Ölkənin bir bölgəsindən digər bölgəsinə maneəsiz və təhlükəsiz keçid təmin olunmalıdır. Keçid Azərbaycanın daxili yoludur və orada erməni sərhədçisinin olması yolverilməzdir. Bu, tamamilə legitim və ədalətli tələbdir. Ölkə başçısı öz çıxışlarında dəfələrlə vurğulayıb ki, Zəngəzur dəhlizi açılmalıdır və açılacaqdır.

Vaşinqton görüşünə dair xəbərlərin yayıldığı gün, yəni avqustun 4-də Türkiyə və Azərbaycan xarici işlər nazirləri arasında telefon danışığı baş tutub. Hakan Fidan və Ceyhun Bayramov regional məsələləri müzakirə ediblər. Ümumiyyətlə, Vaşinqton görüşü dünya mətbuatının diqqət mərkəzindədir. Çünki bu günlərdə Donald Trampın Ukraynada atəşkəslə bağlı Rusiyaya verdiyi müddət bitir. Tramp bəyan etmişdi ki, "dedlayn"a qədər Ukraynada atəşkəs əldə olunmasa, ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək. Bu baxımdan, eyni gün Qafqazın iki liderinin Vaşinqtonda görüşü Kremlə ünvanlanmış diplomatik mesaj kimi dəyərləndirilir. Bundan başqa, görüşdən əvvəl Trampın xüsusi nümayəndəsi Stiv Uitkoffun Moskvaya səfəri baş tutub. Uitkoff iyulun 10-da Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyanın Əbu-Dabidə keçirilən görüşündən əvvəl də Putinlə danışıqlar aparmışdı. Görüşdə Putinə bildirmişdi ki, Moskva Cənubi Qafqazda güzəşt tələb edirsə, bu halda Ukrayna məsələsində də müəyyən güzəştlərə razı olmalıdır. Lakin Putin bu şərtlə razılaşmamışdı. İndi isə ikinci görüş ərəfəsində Uitkoffun yenidən Moskvaya getməsi onu göstərir ki, Vaşinqton yaranan fürsətdən öz maraqları üçün istifadə etməyə çalışır.

Təsadüfi deyil ki, Donald Tramp son bir ayda iki dəfə Azərbaycan-Ermənistan məsələsinə toxunub. İlk dəfə, iyulun 14-də NATO-nun Baş katibi Mark Rutte ilə Ağ Evdə keçirilən görüş zamanı Tramp Ermənistan və Azərbaycan məsələsinə toxunaraq, bu dəfə prosesin nəticə verəcəyinə işarə edib. Dörd gün sonra, iyulun 18-də amerikalı senatorlarla şam yeməyində çıxışı zamanı "Ermənistan-Azərbaycan məsələsində biz orada möcüzə yaratdıq və artıq məqsədə yaxınıq" ifadəsini işlədib. Trampın bu açıqlamaları Vaşinqtonun sülh prosesində fəallığını təsdiqləyir. Ağ evin rəhbəri bununla bildirmək istəyir ki, sülh sazişinin hazırlanmasında və tərəflərin bir-birinə yaxınlaşmasında administrasiyanın mühüm rolu var. Bu, Prezident İlham Əliyevin çıxışlarında da öz təsdiqini tapıb. Dövlət başçısı Şuşada keçirilən III Qlobal Media Forumunda qeyd etmişdi ki, Tramp Cənubi Qafqazdakı proseslərdə fəal iştirak edir: "Biz Vaşinqtondan çox müsbət mesajlar almışıq və Azərbaycandan gedən mesajlar da çox müsbətdir. Bizim enerji təhlükəsizliyi və bütövlükdə, təhlükəsizlik və daşımalara aid sahələrdə güclü tərəfdaşlıq tariximiz var. Artıq dediyim kimi, biz ABŞ-la İraqda və Əfqanıstanda onlara lazım olduğumuz zaman olmuşuq və hərbi qulluqçularımız onlarla çiyin-çiyinə xidmət edib. Gözləntimiz böyükdür və ümid edirik ki, yaxın gələcəkdə ABŞ-Azərbaycan münasibətlərini yüksək səviyyəyə qaldıracaq mühüm hadisələr olacaq. Düşünürəm ki, bu, tamamilə təbiidir, çünki bir çox məsələlər bizi, xüsusən də cənab Trampın Administrasiyası ilə birləşdirir. Yeri gəlmişkən, onun ilk prezidentliyi dövründə ABŞ-Azərbaycan münasibətləri çox müsbət olmuşdur. Fikrimcə, artıq gördüyünüz və söylədiyim həmin müsbət tendensiyaların davamı olacaq. Hazırda o, bütöv qlobal məsələlərlə və müharibələrin dayandırılması ilə çox məşğuldur. Lakin eyni zamanda o, Cənubi Qafqaz prosesində fəal iştirak edir və uzunmüddətli münaqişənin həllinin tapılması üçün Azərbaycana və Ermənistana yardım etməkdə əla iş görür. Beləliklə, düşünürəm ki, gələcəkdə daha çox yaxşı xəbərlərimiz olacaq". Donald Tramp Prezident İlham Əliyevin bu çıxışını yüksək qiymətləndirərək iyulun 22-də "Truth" hesabında paylaşmışdı, ölkə başçımız da Trampa öz təşəkkürünü bildirmişdi. Bu məqam iki lider arasında qarşılıqlı etimada əsaslanan siyasi münasibətlərin daha da möhkəmləndiyini göstərir.

44 günlük Vətən müharibəsi Donald Trampın birinci prezidentlik dövrünə təsadüf etmişdi. O zaman Tramp Azərbaycanın əleyhinə heç bir açıqlama verməmiş, müharibəni sükutla izləməklə kifayətlənmişdi. İndi isə ikinci prezidentliyi dövründə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasını istəyir. Bu təşəbbüs Azərbaycan tərəfindən dəfələrlə təqdir olunub. Prezident İlham Əliyev 2024-cü il noyabrın 11-də ABŞ Prezidenti seçilmiş Donald Trampa təbrik məktubu ünvanlayaraq Azərbaycan-ABŞ münasibətlərinin hərtərəfli inkişafına verdiyi önəmi vurğulayıb və iki ölkə əlaqələrinin yeni mərhələyə qədəm qoyacağına əminliyini ifadə edib. Dövlət başçısı ikitərəfli tərəfdaşlığın siyasi, iqtisadi-ticari, təhlükəsizlik, enerji, "yaşıl" və rəqəmsal keçid kimi istiqamətlər üzrə genişləndiriləcəyini bildirib: "İnanırıq ki, Sizin yeni prezidentlik dövrünüzdə Azərbaycan ilə Birləşmiş Ştatlar arasında münasibətlər daha da möhkəmlənəcək, yeni əməkdaşlıq sahələri müəyyən olunacaqdır", - deyə Prezident İlham Əliyev bildirmişdi. Bu, Prezidentin ABŞ-la strateji münasibətlərə xüsusi yanaşmasının, regional və qlobal sabitlik üçün əməkdaşlığın əhəmiyyətinə verdiyi önəmin göstəricisidir. Cənab İlham Əliyev həmçinin noyabrın 25-də Donald Trampı telefonla təbrik edərək onun ikinci prezidentlik dövrünün beynəlxalq təhlükəsizliyin təmin edilməsində mühüm rol oynayacağına əminliyini ifadə edib. Tramp isə səmimi təbriklərə görə təşəkkür edərək iki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini qeyd edib. Prezident İlham Əliyevin bu il yanvarın 21-də ABŞ-ın 47-ci Prezidenti kimi fəaliyyətə başlaması münasibətilə Donald Trampa məktubunda deyilir: "Biz həm ənənəvi, həm də yeni əməkdaşlıq sahələri üzrə Birləşmiş Ştatlar ilə fəal və səmərəli birgə işimizi, qarşılıqlı inam və etimada əsaslanan tərəfdaşlığımızı bundan sonra da qətiyyətlə davam etdirmək və Sizinlə bu istiqamətlərdə sıx işləmək niyyətindəyik". Bu fikirlər Azərbaycanın ABŞ-la münasibətləri yalnız mövcud sahələrdə deyil, həm də yeni istiqamətlərdə genişləndirmək əzmini ortaya qoyur.

Amerika-Azərbaycan münasibətlərində qarşılıqlı etimadın növbəti nümunəsi kimi Prezident İlham Əliyevin Vaşinqton yaxınlığında baş verən faciə ilə əlaqədar yanvarın 30-da Prezident Donald Trampa ünvanladığı başsağlığı göstərilə bilər. Hərbi helikopterin sərnişin təyyarəsi ilə toqquşması nəticəsində çoxsaylı insanın həlak olduğu hadisə ilə bağlı dövlət başçısı öz adından və Azərbaycan xalqı adından ABŞ Prezidentinə, həyatını itirənlərin ailələrinə və Amerika xalqına dərin hüznlə başsağlığı verib. Prezidentin yanvarın 20-də Davosda CGTN telekanalına verdiyi müsahibədə səsləndirdiyi fikirlər xüsusi diqqət çəkir. Dövlət başçısı ABŞ-da administrasiya dəyişikliyi ilə bağlı mövqeyini belə ifadə edib: "Mənim müşahidələrimə görə, əsas qeyri-müəyyənlik Avropa liderləri arasındadır. Azərbaycana gəlincə, bizdə heç bir qeyri-müəyyənlik yoxdur. Biz Prezident Trampın ABŞ-a rəhbərlik etdiyi zamanı xatırlayırıq və son 4 ildə Bayden administrasiyasının Azərbaycana ədalətsiz yanaşması səbəbindən əlaqələrimizin tamamilə korlanmasından fərqli olaraq, bizim əlaqələrimiz çox uğurla inkişaf edirdi. Beləliklə, Prezident Trampla birgə işləməklə bağlı əvvəlki təcrübəmiz çox müsbət idi. Biz gözləyirik ki, ABŞ-Azərbaycan münasibətlərində itirilmiş illər hesab etdiyimiz bu 4 il artıq tarixə qovuşacaq və biz yenidən başlayacağıq". Prezident İlham Əliyevin ABŞ-ın Müstəqillik Günü münasibətilə iyulun 4-də Prezident Donald Trampa ünvanladığı təbrik məktubunda bir sıra strateji mesajlar yer alıb. Dövlət başçısı vurğulayıb ki, Azərbaycan və ABŞ arasında dostluq münasibətləri və tərəfdaşlıq xüsusi əhəmiyyət kəsb edir. "Məmnunluqla qeyd etmək istərdim ki, Amerika Birləşmiş Ştatları Azərbaycanın uzun illərdən bəri enerji sahəsində sadiq tərəfdaşıdır. Bu sahədə xoş ənənələrə əsaslanan və sağlam təməllər üzərində qurulmuş əməkdaşlığımız hazırda da uğurla davam edir. Azərbaycanın enerji strategiyası, eləcə də regionda sabitliyə və inkişafa xidmət edən nəhəng infrastruktur layihələrinin həyata keçməsinə ABŞ-nin göstərdiyi davamlı dəstəyini yüksək qiymətləndiririk", - deyə Prezident İlham Əliyev məktubunda qeyd edib.

Ən əsası, Azərbaycan-ABŞ münasibətlərində irəliləyiş Cənubi Qafqazda sülhün və əməkdaşlığın hüquqi çərçivədə rəsmiləşdirilməsi üçün həlledici addım ola bilər. Bununla Azərbaycanın beynəlxalq mövqeyi daha da güclənəcək və milli maraqlarının təmin olunması baxımından yeni strateji mərhələ açılacaq.

Mətləb Hüseynov,

YAP Göygöl rayon təşkilatı üzrə Kərəmli kənd ərazi partiya təşkilatının sədri

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:87
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 08 Avqust 2025 12:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib

22 Sentyabr 2025 11:31see257

Rəsmi Moskva Avropanın İrana qarşı sanksiyalarını təxribat ADLANDIRDI

21 Sentyabr 2025 01:29see168

Fransa çempionartı: Meydan sahiblərinin üstünlüyü

21 Sentyabr 2025 01:53see164

Azərbaycan və Ermənistan münsiflərinin bu addımı gündəm oldu İlk dəfə

21 Sentyabr 2025 23:08see161

Brabus ultra güclü Geländewagen i təqdim etdi…

21 Sentyabr 2025 00:47see147

“Rusiyanın Ermənistanda xüsusi qrupu fəaliyyət göstərir...” “Qurumların 70 faizdən çoxu Kremlin nəzarətindədir ”

21 Sentyabr 2025 13:04see144

Maduro: Venesuela xalqı ABŞ ın təhdidləri qarşısında birləşib

21 Sentyabr 2025 07:38see142

Filippində iğtişaşlar: 40 a yaxın polis əməkdaşı yaralanıb

22 Sentyabr 2025 02:49see135

Tanınmış müğənnidən ŞOK AÇIQLAMA: Ayda 30 manata şərh yazırlar

21 Sentyabr 2025 13:54see135

Real Espanyol u üstələdi, Atletik dən məğlubiyyət

21 Sentyabr 2025 01:51see135

Polşanın Çinlə sazişi Avropa İttifaqında narazılıq yaradıb

21 Sentyabr 2025 03:39see134

Gənc oğlan və qızlar arasında UÇURUM Niyə biri biriləri ilə YOLA GETMİRLƏR?

21 Sentyabr 2025 14:02see133

Həndbol üzrə Azərbaycan Kubokunun yarımfinalçıları müəyyənləşib

21 Sentyabr 2025 02:57see132

Sürücülərin NƏZƏRİNƏ: Bakının əsas yollarından birində sürət həddi aşağı salınıb

21 Sentyabr 2025 01:07see132

Səhər bu qidanı yemək zərəlidir Xəbərdarlıq

21 Sentyabr 2025 04:04see132

Dövlət Suverenliyi Günü münasibətilə Xankəndi şəhərinə mediatur təşkil olunub FOTOLAR

21 Sentyabr 2025 10:09see129

“Dəbdə” olan xəstəlik: Gecə başlayıb gündüzü “zəhər” edir

21 Sentyabr 2025 16:00see128

Xaos deyil, sərt tədbirlər olacaq Zaxarova

22 Sentyabr 2025 02:24see126

HƏMAS dan Fələstinin tanınmasına reaksiya...

21 Sentyabr 2025 23:00see125

Atlantik okeanında tropik qasırğa yarandı

22 Sentyabr 2025 06:45see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri