Icma.az
close
up
RU
“Şübhəsiz, münasibətlər inkişaf edib dərinləşməsəydi...”

“Şübhəsiz, münasibətlər inkişaf edib dərinləşməsəydi...”

Icma.az xəbər verir, Adelet.az saytına əsaslanaraq.

“2026-cı il noyabrın 12-də Dublin şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Endi Börnhemin “Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə”ni imzalamaları ilə ikitərəfli münasibətlərdə tarixi hadisə baş verdi və yeni bir tarix yaradıldı. Məlumdur ki, hər hansı bir ikitərəfli və ya beynəlxalq sənədin imzalanması mərasimi bir gündə baş versə də, hazırlanması bir gündə olmur, bəlli zaman aparır. Ortaq maraqlar olmasa sənədlər hazırlanmır və imzalanmır”. 

Adalet.az xəbər verir ki, bunu Milli Məclisin sədr müavini Musa Qasımlı deyib. 

M.Qasımlı bildirib ki, ona görə də dövlət rəhbəri tərəfindən müəyyənləşdirilən vahid xarici siyasət xəttini həyata keçirən diplomatiya danışıqlar zamanı ortaq maraqları və onların reallaşdırılması yollarını müəyyənləşdirir:

“Bunda əsas rolu dövlət və hökumət başçılarının siyasi iradəsi oynayır. Bəs strateji tərəfdaşlıq özündə nəyi ehtiva edir?Strateji tərəfdaşlıq nə deməkdir? Dövlətlər arasında adi əməkdaşlıqdan fərqlənən strateji tərəfdaşlıq iki ölkə arasında qısamüddətli deyil, uzunmüddətli qarşılıqlı maraqlara və ortaq niyyətlərə əsaslanan əməkdaşlıq münasibətlərinin yaradılmasıdır. Bu tərəfdaşlıq qarşılıqlı maraq və faydaya, etimad və qarşılıqlı hörmətə, ortaq strateji məqsədlərə, siyasi, iqtisadi, təhlükəsizlik, hərbi, elmi və digər sahələrdə ümumi hədəflərə, vacib məsələlərdə qarşılıqlı yardıma, bütövlükdə müxtəlif sahələrdə geniş əməkdaşlığa əsaslanır.İki dövlətin prinsiplərini, məqsədlərini və niyyətlərini elan edən hüquqi-siyasi əhəmiyyət daşıyan bəyannamənin hazırlanmasını və imzalanmasını hansı amillər zəruri edib? Nə üçün Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə? Dərin tarixi köklərə dayanan qarşılıqlı münasibətlərə bir növ yekun vuran və yeni keyfiyyət mərhələsinin başlanğıcını qoyan bu sənədin imzalanmasını bir sıra amillər zəruri edib.İlk növbədə, sənəd iki ölkə arasında təməlləri möhkəm olan uzunmüddətli münasibətlərə, 1994-cü il fevralın 23-də imzalanmış Dostluq və əməkdaşlıq, 1998-ci il 21 iyul tarixli Dostluq münasibətləri və tərəfdaşlıq haqqında birgə bəyannamələrə əsaslanır. Bu, xronologiya münasibətlərin davamlı inkişafının göstəricilərindən biridir. Şübhəsiz, münasibətlər inkişaf edib dərinləşməsəydi, tərəflərin maraqlarına cavab verməsəydi və üst-üstə düşməsəydi belə bir sənəd də imzalanmazdı. Deməli, bu sənəd məntiqi olaraq qarşılıqlı maraqlardan, zərurətdən meydana çıxıb. İkincisi, sürətlə dəyişən, mürəkkəb və ziddiyyətli proseslərin baş verdiyi, Avropada gedən müharibənin və Yaxın Şərqdə münaqişənin nə zaman, necə bitəcəyi və nəticələrinin necə olacağının bilinmədiyi bir zamanda bir sıra dövlətlər, o cümlədən Böyük Britaniya dünyanın ürəyi hesab edilən Avrasiyaya gedən yol zəncirində təkcə əsas həlqə deyil, eyni zamanda qeyri-adi ustalıqla yürüdülən xarici siyasəti və yüksək mədəniyyəti ilə birləşdirici güc, nümunə olan Azərbaycanla əməkdaşlığa ehtiyac duyur. Azərbaycanla bərabərhüquqlu münasibətlər qurmadan dünyanın ürəyinə getmək çətindir. Üçüncüsü, sənəddə 2025-ci il 8 avqust tarixli Vaşinqton Sülh Zirvəsi Bəyannaməsinin əhəmiyyətinin vurğulanması, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində atılan sonrakı sülh addımlarının bəyənilməsi rəsmi Bakı və Londonun Cənubi Qafqaz siyasətlərinin üst-üstə düşdüyünü göstərir. Qarşılıqlı ehtiyac və maraqlardan irəli gələn bu bəyannamə üçüncü dövlətə qarşı yönəlməyib.Münasibətlərin təməllərini nə təşkil edir?İmzalanan sənədin təməlində ilk növbədə beynəlxalq hüquq və bərabərhüquqluluq dayanır. Tərəflərin BMT Nizamnaməsinə, xüsusən beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığına, suverenliyə, müstəqilliyə və ərazi bütövlüyünə hörmət edəcəklərini bəyan etmələri beynəlxalq münasibətlərdə ümumi qəbul olunmuş norma və prinsiplərə sədaqətini göstərir.Hansı sahələrdə əməkdaşlıq ediləcəkdir? Bəyannamədə əməkdaşlığın sahələri də müəyyənləşdilirib. Bilindiyi kimi, müasir qarmaqarışıq dünyada ən vacib məsələlərdən biri dövlətlərin müdafiəsinin və təhlükəsizliyinin etibarlı təmin edilməsidir. Bu sənədlə Azərbaycan və Böyük Britaniya regional sülh və sabitliyi dəstəkləməkdən ötrü müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirmək, ümumi təhdidləri yayındırmaq, qarşısını almaq və onlara cavab vermək qabiliyyətlərini artırmaq üçün uzunmüddətli öhdəlikləri qəbul edirlər. Bu o deməkdir ki, bir dövlətə qarşı olan hər hansı təhdidə və onlara cavab vermək üçün qabiliyyətlərini birgə artıracaqlar. Həmin məqsədi həyata keçirməkdən ötrü tərəflərin yüksək səviyyəli fəaliyyətinin davam etdirilməsi, qarşılıqlı maraq doğuran ikitərəfli, regional və beynəlxalq məsələlərə dair müzakirələrin əlaqələndirilməsi, təlimin, potensialın artırılması, qarşılıqlı fəaliyyətə yönəlmiş müdafiə əməkdaşlığının inkişaf etdirilməsi, qarşılıqlı maraq doğuracaq sahələrdə birgə təşəbbüslər də daxil olmaqla, müdafiə sənayesi əməkdaşlığını gücləndirmək imkanlarının araşdırılması, təhdidlərinə cavab olaraq müxtəlif istiqamətlərdə təhlükəsizlik prioritetləri üzrə əməkdaşlığın gücləndirilməsi, hüquq-mühafizə orqanları arasında tərəfdaşlığın və sərhəd idarəçiliyinin, eləcə də məhkəmə və hüquqi əməkdaşlığın formalaşdırılması başlıca istiqamətlər olaraq bəyan edilir. Göstərilənlərin həyata keçirilməsinin müdafiə və təhlükəsizlik sahələrində böyük faydalar verəcəyini indidən təxmin etmək olar.Müasir dünyanı qarşılıqlı faydalı ticarət-iqtisadi əməkdaşlıqsız təsəvvür etmək çətindir. Bəyannamədə ikitərəfli ticarət və investisiya əlaqələrini genişləndirmək və dərinləşdirmək bəyan edilir. Amma etibarlı bağlantılar olmadan ticarət-iqtisadi əlaqələri davamlı həyata keçirmək mümkün deyildir. Ona görə də sənəddə regional və beynəlxalq bağlantıların vacibliyinin vurğulanması, Orta Dəhlizin inkişafının dəstəklənməsi Böyük Britaniya və Azərbaycanın ortaq mövqedən çıxış etdiyini göstərir. Bu, Azərbaycanın müvafiq məsələdə beynəlxalq mövqelərinin gücləndirilməsi deməkdir.Bəyannamədə təhsilin, elmin, tədqiqatların və innovasiyaların uzunmüddətli rifahın, məhsuldarlığın və sosial dayanıqlığın vacib amilləri, müasir, rəqabətə davamlı və inklüziv iqtisadiyyatların təməli olduğunun qəbul edilməsi o deməkdir ki, təhsil, elm və tədqiqatlar nəzəri biliklər kimi qalmamalı, bilavasitə cəmiyyətin rifah halının daha da yaxşılaşdırılmasına, dövlətin qüdrətinin daha da gücləndirilməsinə xidmət etməlidir. Bəyannamənin həyata keçirilməsinin nə kimi faydaları olacaqdır? Bəyannamənin həyata keçirilməsinin böyük əhəmiyyəti olacağı şəksizdir. Bu sənəd ilk növbədə, ölkələrimizin arasında qurulmuş və tərəflərə qarşılıqlı fayda verən sıx münasibətləri daha da möhkəmləndirəcək, bütün sahələrdə əməkdaşlığı genişləndirəcək, xarici təhdidlərə qarşı birgə mübarizəni gücləndirəcəkdir. Ortaq fəaliyyətlər regionda hələ kövrək olan sülhün davamlı olmasına və yeni münaqişələrin başlanmasının qarşısını almağa kömək edəcəkdir. Ticarət-iqtisadi, elm, təhsil və innovasiyalar sahəsində əməkdaşlıq ölkələrimizi bir-birinə daha sıx bağlayacaq və yeni keyfiyyət gətirəcəkdir”.

Vasif ƏLİHÜSEYN

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:33
embedMənbə:https://adalet.az
archiveBu xəbər 16 Noyabr 2026 10:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see313

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see301

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see297

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see293

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see293

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see289

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see280

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see277

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see272

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see271

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see249

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see246

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see242

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see240

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see240

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see235

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see229

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see228

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see226

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see224
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri