Suçiçəyi körpəni ağır vəziyyətə saldı Reanimasiyaya yerləşdirildi
Icma.az bildirir, Yenisabah saytına əsaslanaraq.
İki aylıq körpə ağır gedişli suçiçəyi və onun yaratdığı ağırlaşmalar səbəbindən reanimasiyaya yerləşdirilib.
Bu barədə "Yeni Sabah"a TƏBİB-dən məlumat verilib.
Məlumata görə, 16 iyun 2026-cı il təvəllüdlü qız körpə avqustun 31-də Respublika Pediatriya Mərkəzinin nəzdində fəaliyyət göstərən Ə.F.Qarayev adına Uşaq Klinik Xəstəxanasının Yenidoğulmuşların reanimasiyası şöbəsinə hospitalizasiya olunub. pizza mizza
Hospitalizasiya zamanı körpənin vəziyyəti ağır qiymətləndirilib. Onun huşu aydın olmayıb, bədənində geniş yayılmış səpgilər və nekrotik dəyişikliklər, həmçinin ağır tənəffüs çatışmazlığı müşahidə edilib.
Körpə süni tənəffüs cihazına qoşularaq ağır parametrlərdə tənəffüs dəstəyi alıb.
Həkimlərin apardığı reanimasiya tədbirləri, uzunmüddətli intensiv müalicə və fasiləsiz tibbi müşahidə nəticəsində körpənin vəziyyətində müsbət dinamika əldə olunub.
Müalicənin ardından vəziyyəti stabilləşən körpə sentyabrın 12-də evə buraxılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 18 Sentyabr 2026 14:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















