Icma.az
close
up
RU
Süd istehsalçıları və emal müəssisələrinin nümayəndələri ilə onlayn görüş keçirilib

Süd istehsalçıları və emal müəssisələrinin nümayəndələri ilə onlayn görüş keçirilib

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Kənd təsərrüfatı nazirinin müavini Seymur Səfərli süd istehsalı və emalı sahəsində fəaliyyət göstərən sahibkarlarla onlayn görüş keçirib. Görüşdə ölkənin müxtəlif regionlarından olan süd istehsalçıları, emal müəssisələrinin nümayəndələri və Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları iştirak ediblər.

XQ xəbər verir ki, görüşdə süd istehsalı və emalı sahəsində mövcud vəziyyət, istehsalçıların bazara çıxış imkanları, yerli xammalın emal müəssisələrinə tədarükü, məhsulun keyfiyyət göstəriciləri və tərəflər arasında əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub. İştirakçılar öz təcrübə və təkliflərini bölüşüb, fəaliyyətləri zamanı qarşılaşdıqları məsələləri diqqətə çatdırıblar. Emal müəssisələrinin nümayəndələri xammalın keyfiyyət və təhlükəsizlik tələblərinə uyğun olmasının vacibliyini vurğulayıblar.

Nazir müavini Seymur Səfərli bildirib ki, Aqrar Subsidiya Şurasının yeni qərarı ilə subsidiya mexanizmlərində və şərtlərində dəyişikliklər təsdiq edilib. Ölkədə süd istehsalının artırılması, emal müəssisələrinin yerli xammalla təminatının yaxşılaşdırılması və sahədə uçot sisteminin təkmilləşdirilməsi məqsədilə süd üzrə yeni məhsul subsidiyası tətbiq olunacaq.

Qeyd edib ki, Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) tədarükçü kimi qeydiyyatdan keçmiş süd emalı müəssisələrinə və süd toplama məntəqələrinə təhvil verilən soyudulmuş xam südün hər litrinə görə 7 qəpik, hər tonuna görə isə 70 manat subsidiya ödəniləcək. Kooperativlər vasitəsilə təhvil verilən südə görə subsidiya məbləği əlavə olaraq 20 faiz artırılacaq. Dəstək EKTİS-də müvafiq bəyanların təqdim edilməsi, heyvanların identifikasiyası, sığortalanması, südün soyudulması və müəyyən edilmiş keyfiyyət tələblərinə əməl olunması şərtlərinə əsaslanacaq.

Sonda nazir müavini müzakirələr zamanı səsləndirilən təkliflərin və qaldırılan məsələlərin hərtərəfli araşdırılması, eləcə də müvafiq istiqamətlər üzrə təhlillərin aparılması ilə bağlı Nazirliyin aidiyyəti struktur bölmələrinə tapşırıqlar verib.

Görüşdə həmçinin süd istehsalçıları ilə emal müəssisələri arasında əməkdaşlığın gücləndirilməsinin, yerli süd məhsullarının bazara çıxış imkanlarının genişləndirilməsinin və sahənin mövcud potensialından səmərəli istifadənin vacibliyi vurğulanıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:108
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 13 Noyabr 2026 17:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see331

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see318

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see298

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see292

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see283

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see261

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see259

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see258

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see247

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see241

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see238

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see238

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see232

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see231

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see225

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see221

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see218

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see213

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see208

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri