Icma.az
close
up
RU
Süd vəzilərinə qadının fərdi nəzarəti

Süd vəzilərinə qadının fərdi nəzarəti

Saglamolun portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Qadının mütəmadi olaraq özünün süd vəzilərini müayinə etməsi həkim-ginekoloq tərəfindən aparılan profilaktik müayinələrə əlavə edilən vacib tədbirdir!

Süd vəzilərini, ayda bir dəfədən az olmamaqla, mütəmadi olaraq müayinə etmək lazımdır. Normal aybaşı dövrü (tsikli) olan qadınlarda bu müayinə aybaşı başladıqdan 7-10 gün sonra aparılmalıdır.

Aybaşılar qeyri-mütəmadi olduqda və ya tamamilə kəsilmiş olduqda, süd vəzilərinin profilaktik müayinəsi, ayda bir dəfə eyni tarixdə olmaqla, (məsələn, hər ayın 1-də) qadının özü tərəfindən aparılır.

Süd vəzilərinin müayinəsinin aparılma sxemi şəkillərdə qeyd edilir:

Güzgü qarşısında elə dayanın ki, bədənin yuxarı hissəsi asanlıqla tam şəkildə görünsün.

Əvvəlcə süd vəzilərinizi qollarınız aşağı olmaqla nəzərdən keçirin. Sonra əllərinizi belinizə qoyun (şəkil 1), daha sonra əllərinizi başınızın arxasına qoyun (şəkil 2).

Sonra ayaq üstə və ya oturmuş vəziyyətdə olmaqla sol əl ilə sağ süd vəzisinin hər bir sahəsini, kənardan vəzi giləsinə tərəf olmaqla, əlləyin (şəkil 3 və 4).

Süd vəzisi toxumasına əlinizlə təzyiq etdikdə sizdə heç bir ağrı olmamalıdır.

Daha sonra eyni qayda ilə sağ əllə sol süd vəzisini əlləyin. Bundan başqa, qoltuqaltı sahələri də əlləyin (şəkil 5).

Sonra baş barmaqla şəhadət barmağı arasında hər iki süd vəzi gilələrini sıxın (şəkil 6). Bu halda ondan maye ifraz olunarsa, onun rənginə fikir vermək və həkim-ginekoloqa müraciət etmək lazımdır.

Süd vəziləri və qoltuqaltı nahiyələrin müayinəsini eyni ardıcıllıqla uzanmış (şəkil 7) vəziyyətdə, əvvəlcə müayinə olunan tərəfdə qolu yana salmaqla, daha sonra isə başın arxasına qoymaqla təkrar edin.

Süd vəzilərinə baxış keçirərkən və onları əlləyərkən aşağıdakı dəyişikliklərə fikir vermək lazımdır:

- heç bir ağrı verməsələr də, vəzilərdə düyünlərin və ya bərkimə sahələrinin əmələ gəlməsi;

- vəzi gilələrindən mayenin ifraz olunması;

- süd vəzilərinin forma və ölçülərində olan dəyişikliklər;

- vəzi üzərindəki dərinin və vəzi giləsinin içəriyə doğru dartılması;

- vəzi sahəsində dərinin və vəzi giləsinin kobudlaşması;

- süd vəziləri nahiyəsində və qoltuqaltı sahələrdə limfatik düyünlərin əllənməsi;

- vəzi nahiyəsində dəridə olan iltihabi dəyişikliklər.

Müayinə apararkən sadalanan dəyişikliklərin hər hansı birinə şübhə yarandığı halda tez bir zamanda həkim-mammoloqa (süd vəziləri üzrə ixtisaslaşmış həkim) müraciət etmək məsləhət görülür. Süd vəzisində hər hansı bir bərkimə sahəsi olduğu halda xəstənin yaşından asılı olaraq süd vəzilərinin USM və ya mammoqrafiya (vəzilərin rentgen şəklinin çəkilməsi) üsulu ilə müayinəsi təyin edilir.

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:119
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 19:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1393

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see677

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see533

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see522

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see469

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see446

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see441

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see434

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see422

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see401

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see360

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see347

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see343

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see342

Rusiyada ölümcül epidemiya: Vəziyyət nə yerdədir?

06 Oktyabr 2026 01:50see313

Yamal Golden Boy 2026 namizədləri arasında yoxdur

06 Oktyabr 2026 02:14see312

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see287

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see281

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see278

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see262
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri