Süfrəmizə zəhər daşıyırmışlar: 400 ton xarab toyuq əti ələ keçdi
Yenisabah saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Azərbaycanda 400 tondan çox istifadəyə yararsız və insan sağlamlığı üçün təhlükəli toyuq əti məhsullarının satış məqsədilə saxlanılması faktı üzrə cinayət işi başlanıb.
“Yeni Sabah” Baş Prokurorluq və Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) yaydığı birgə məlumata əsasən xəbər verir ki, pozuntu “Giləzi-Quşçuluq Aqrar-Sənaye Kompleksi” MMC-nin Xızı rayonunda yerləşən saxlama anbarlarında aşkar edilib. Yoxlamalar zamanı yararlılıq müddəti bitmiş və korlanma əlamətləri olan toyuq məhsullarının normal, yararlı məhsullarla birlikdə saxlanıldığı məlum olub.
Faktla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi açılıb. İstintaqla Cəmiyyətə faktiki rəhbərlik edən Mahir Mirzəyevin (təşkilatçı qismində), direktor Elşən Usubovun və kəsim sexinin müdiri Nazim Məmmədovun qabaqcadan əlbir olaraq vəzifə səlahiyyətlərindən sui-istifadə etdikləri müəyyənləşdirilib. Hər üç şəxs Cinayət Məcəlləsinin müvafiq maddələri — təhlükəli qida məhsullarını qabaqcadan əlbir olaraq külli miqdarda satış məqsədilə saxlama və ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamları ilə təqsirləndirilən şəxs qismində cəlb olunub. ShopByBro
Binəqədi Rayon Məhkəməsinin qərarı ilə direktor Elşən Usubov barəsində həbs, Mahir Mirzəyev və Nazim Məmmədov barəsində isə ev dustaqlığı qətimkan tədbiri seçilib. Hazırda iş üzrə istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Cəlalə Cəlalqızı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:54
Bu xəbər 25 Noyabr 2026 11:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















