Icma.az
close
up
RU
Süjet və ssenari hazırdı, qaldı kino çəkmək...” Juninyonun Sevilyaya keçidiylə bağlı bütün detallar bilindi!

Süjet və ssenari hazırdı, qaldı kino çəkmək...” Juninyonun Sevilyaya keçidiylə bağlı bütün detallar bilindi!

Footbal-plus portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Yəqin ki, ölkəmizdə futbolla maraqlanan, “Qarabağ”ın Avropa səhnəsindəki uğurlarıyla bağlı xəbərləri yaxından izləyən hər kəs bu məlumatdan xəbərdardı: İspaniya La Liqasının təmsilçisi “Sevilya” Juninyonu heyətinə qatmaq məqsədilə “köhlən atlar”a rəsmi təklif göndərib!

Bəli, adı çəkilən klub Keleçi İheanaçoya əvəzləyici tapmaq üçün fəaliyyətə başlayıb. Buna səbəb nigeriyalı hücumçunun ümidləri doğrultmamasıdı. Onun əvəzləyicisi kimi məhz ağdamlıların braziliyalı hücumçusu seçilib. “Kope Sevilya”nın yazdığına görə, klubun idman direktoru Viktor Orta Juninyonu hücum xəttini gücləndirəcək futbolçu kimi görür. Təbii ki, onun mümkün transferi baş məşqçi Xavyer Qarsiya Pimyenta ilə də razılaşdırılmalıdı. Lakin “Qarabağ” 2026-cı ilin yayında müqavilə müddəti bitəcək hücumçunu elə-belə buraxmaq fikrində deyil. Sözgüedən nəşrin iddiasına gprə, maliyyə problemləri olan “Sevilya” yalnız 2 milyon avro ödəməyə qadirdi. Məbləğin artması üçün İheanaço klubdan getməlidi. “Zona Mixta” nəşri isə “Qarabağ”ın Juninyo üçün 5 milyon avro tələb etdiyini yazıb.
Hər halda, qeyd olunanlar gözəl səslənir. Kiçik Qafqaz dağlarının ətəyində yerləşən bölgəni təmsil edən komandanın futbolçusu bu idman növünün ən ünlü çempionatlarından birində çıxış edən klubun diqqətini çəkib və onlar bu transferin reallaşmasında israrlıdı. Təbii ki, Juninyonun keçidi reallaşsa, futbol tariximizdə ən böyük uğurlardan birinə imza atılmış olacaq. Axı zarafat deyil: “Sevilya” “Real”, “Atletiko” və “Barselona” kimi dünya nəhəngləri ilə eyni çempionatda çıxış edir. Elə bu komandanı da kiçiltmək olmaz. Baxmayaraq ki, “Sevilya” indi o qədər də yaxşı günlərini yaşamır. Daha doğrusu, La Liqada 17 turdan sonra 22 xalla 11-ci sıradadılar. Elə bu gün bu komanda “Real”ın qonağı olacaq.
Qısası, Juninyo Bakıdan elə bir şəhərə yollanır ki, orda bir çox arzularını reallaşdırmaq üçün daha əlverişli imkan qazanacaq. Elə onun yuxularını qaçıran da belə düşüncələrdi. Bu təkcə bizim iddiamız deyil. Qurban Qurbanovun “Şamaxı” – “Qarabağ” matçından sonra keçirilən mətbuat konfransında dedikləri başqa cür düşünməyə imkan vermir. Belədə ağla gələn suallardan biri də budu: görəsən, Juninyo Qurban bəyin dediyi kimi, gecələr sevincdən yata bilmir? Yoxsa "Qarabağ”ın direktoru Əmrah Çəlikəlin dediyi kimi, “Qarabağ”da xoşbəxtdi?
Hər halda, hazırda danışıqlar prosesi davam edir. İndiyə qədər klub, daha dəqiqi, Çəlikəl tərəfindən verilən açıqlamalardan anlaşılır ki, “Qarabağ” Juninyonun satışından mümkün qədər çox pul qazanmaq istəyir. Futbolumuzda ən bahalı satış 5 milyon avroya “Qarabağ”dan “Krasnodar”a transfer olunan Kadi Borges sayəsində reallaşıb. Bəlkə də “köhlən atlar” bu rekordu yeniləmək istəyir...
İndi bəzi reallıqları dəyərləndirməyin vaxtıdı. Məsələn, "Ficherio" nəşri yazır ki, “Sevilya” Juninyonun transferini yekunlaşdırmaq üzrədi. Hətta klub futbolçu üçün ikinci təklif göndərib və bu dəfə 3+1 milyon avro ödəməyə hazır olduğunu deyib. Belədə prosesin müxtəlif detallarından xəbərdar olmaq məqsədilə menecer Tural Əsgərliylə əlaqə saxladıq. Onun cavabıyla tanış olaq:

“Sevilya” Juninyoya görə “Qarabağ”a cəmi bir dəfə təklif göndərib. Ağdam təmsilçisi həmin təklifi geri çevirib. İndi növbə “Sevilya”nındı. Ya yenilənmiş şərtlərlə ikinci təklifini göndərməlidi, ya da Juninyodan vaz keçməlidi. Qısası, sadəcə, bir təklif olub. Həmin xəbərlər əsassızdı”.


Bilindiyi kimi “Sevilya”nın idman direktoru Viktor Orta postsovet məkanında nüfuzlu şəxsdi, vaxtilə “Zenit”in skaut xidmətinin rəhbəri və idman direktoru kimi vəzifələrdə çalışıb. Elə “Qarabağ”ın sabiq qapıçısı Andrey Lunyov da uzun müddət həmin “Zenit”in şərəfini qoruyub. Yəni bəzi futbol adamları “Sevilya” – Juninyo əlaqəsinin məhz Ortanın əlaqələri və Lunyovun məsləhəti sayəsində yarandığını iddia edir. Təbii ki, mövcud münasibət üçbucağını nəzərə alsaq, qeyd olunanlarda haqlılıq payı ola bilər. Lakin Tural bəyin bu məsələylə bağlı fikri fərqli oldu:

“Süjet və ssenari hazırdı, qaldı kino çəkmək...”


La Liqa təmsilçisi Juninyonu əldə etmək üçün, sadəcə, maddi gücünə arxalanmaya bilər. Daha doğrusu, klub rəsmilərinin futbolçunun istəyinə də söykənib “Qarabağ”a təzyiq göstərməsi mümkündü. Məsələnin digər tərəfi isə “köhlən atlar”ın Juninyonun ayrılığından sonra atacağı addımlardı. Bu haqda gələcəkdə yazarıq. O getsə...
Juninyo “Qarabağ”da
Premyer-liqada: 41 oyun, 21 qol, 8 məhsuldar ötürmə
Ölkə kubokunda: 6 oyun, 5 qol, 2 məhsuldar ötürmə
Çempionlar Liqasının təsnifat mərhələsində: 7 oyun, 6 qol, 1 məhsuldar ötürmə
Avropa Liqasının təsnifat mərhələsində: 4 oyun, 1 qol
Avropa Liqasının qrup mərhələsində və pley-offda: 12 oyun, 5 qol, 1 məhsuldar ötürmə
Avropa Liqasının əsas mərhələsində: 6 oyun, 1 qol
KƏNAN BAHADIR
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 22 Dekabr 2024 11:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see282

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see254

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see233

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see166

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see160

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see153

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see145

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see141

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see141

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see138

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see136

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see133

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see132

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see132

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see132

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see131

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see130

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see130

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see129

“Subway Surfers” 14 il sonra qayıdır

16 Yanvar 2026 21:34see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri