Sükan arxasındakı rütbəli sürücünün pozmadığı qayda qalmadı VİDEO
Icma.az, Avtosfer portalına istinadən məlumat yayır.
Bakıda yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücünün videosunu oxuculardan biri qeydə alaraq redaksiyamızın qaynar xəttinə göndərib. Avtosfer.az xəbər verir ki, qayda pozuntusu paytaxtın Yusif Səfərov küçəsindən başlayaraq Heydər Əliyev prospektinə qədər davam edib. Hadisə martın 8-də qeydə alınıb.
Belə ki, 90-KG-444 qeydiyyat nişanlı "KIA" markalı avtomobilin sürücüsü öncə Yusif Səfərov küçəsində bütöv xəttin tələbini pozub. Heydər Əliyev prospektinə çıxdıqdan sonra isə həm manevr, həm də ötmə qaydalarını kobud şəkildə pozub. Sürücü zolaq dəyişən zaman dönmə işıqlarından istifadə etməyib. Qarşısındakı nəqliyyat vasitələrini isə qadağan olunmuş istiqamətdən, yəni, sağdan ötərək qaydaları pozub. O, daha sonra soldan ötmə edən zaman həmin zolaqdakı avtomobillərin qarşısına çıxaraq qəfil tormoz verib. Bu zaman bir neçə sürücüyə təhlükə yaranıb.
Fərid
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:43
Bu xəbər 04 Aprel 2025 09:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















