Şükufə Yusupovanın xəsarət aldığı qəzanın təfərrüatı məlum oldu
Icma.az bildirir, Qafqazinfo portalına istinadən.
Bakıda Xalq artisti Şükufə Yusupovanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsinin təfərrüatları məlum olub.
“Qafqazinfo” xəbər verir ki, qəza dünən saat 18:00 radələrində paytaxtın Səbail rayonu ərazisində qeydə alınıb.
Belə ki, Həsən Seyidbəyli küçəsində Həsən Hüseynlinin idarə etdiyi “77-UD-238” dövlət qeydiyyat nişanlı “Nissan Note” markalı avtomobil yolu keçən aktrisanı vurub. Hadisə nəticəsində sənətçi müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.
Məlumat üçün qeyd edək ki, aparılan tibbi müayinələrin nəticələrinə görə, həkimlər tərəfindən pasiyentə çanaq və qabırğanın sınıqları diaqnozu qoyulub. Hazırda vəziyyəti ağır qiymətləndirilən Xalq artistinin müalicəsi Kliniki Tibbi Mərkəzin Reanimasiya şöbəsində davam etdirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 22 Avqust 2026 15:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















