Şükufə Yusupovanın vəziyyəti ilə bağlı Açıqlama
Icma.az, Axsham.az portalına istinadən məlumat yayır.
İki gün əvvəl Kliniki Tibbi Mərkəzə qəbul olunan Xalq artisti Şükufə Yusupovanın müalicəsi Reanimasiya şöbəsində davam etdirilir.
Axşam.az xəbər verir ki, bu barədə APA-ya Kliniki Tibbi Mərkəzin Mətbuat xidmətinin rəhbəri Ruzbeh Məmməd bildirib.
Qeyd olunub ki, Xalq artistinin vəziyyəti ağır qiymətləndirilir.
Qeyd edək ki, avqustu 21-i “İçərişəhər” metrostansiyasının yaxınlığında yolu qarşı tərəfə keçərkən piyada keçidində Xalq artisti Şükufə Yusupovanı maşın vurub. O, Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə qəbul olunub. Xəstəyə dərhal ilkin zəruri tibbi xidmətlər göstərilib və müayinələr aparılıb. Aparılan müayinələrin nəticələrinə əsasən pasiyentə çanaq və qabırğanın sınıqları diaqnozları təyin edilib. Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 23 Avqust 2026 13:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















