Icma.az
close
up
RU
Sükutun mövsümü: Qış və təfəkkür

Sükutun mövsümü: Qış və təfəkkür

Yeniavaz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.


Soyuğun, sükutun və təbiətin dincəldiyi bir zamanda insanın öz daxilinə qayıdaraq düşünməsi, özünü yenidən kəşf etməsi, həm təbiət, həm də həyat haqqında dərin düşüncələrə dalması deməkdir.
Uca Allah kainatı və onun içində olan canlı-cansız hər bir varlığı müəyyən nizam və tarazlıq içində yaratmışdır. Heç bir nöqsanın və ya boşluğun olmadığı bu tarazlıqda sabit qalan heç bir cisim və ya maddə yoxdur. Yaradılan hər şey daim hərəkət halında Allahı zikr edir və ona hansı vəzifə verilmişsə, onu qüsursuz şəkildə yerinə yetirir. Atomlardan qalaktikalara qədər hər şey bir ahəng içində hərəkət halındadır və bu hərəkət Allahın qoyduğu ilahi qanunların bir təzahürüdür.
Qış - təbiətin ən sakit, lakin ən çox danışan mövsümüdür. Çünki sükutun özü danışır burada. Qarın ağlığı insanın içinə işıq salır, qar dənələrinin toxunuşu fikirləri yüngülləşdirir, sanki hər dənə insana özünə qayıtmağı xatırladan kiçik bir xəbərçidir.
Gecələr uzanır… Qaranlıq dərinləşdikcə, insanın içində bir dünya genişlənir. Soyuq pəncərənin arxasında dayananda havası buz kimi olsa da, sükutu qəribə bir istilik verir insana. Bu sakitlikdə insan özünün gizli qapılarını açır, unutduğu arzuları xatırlayır, düşüncələrinin küncündə qalan sözləri toplayır, özünü dinləməyi öyrənir.
İnsanın həyatında da digər məxluqatda olduğu kimi hərəkətlilik mövcuddur. İnsanın yaşam yolunda, mövsümlərin ilki olan bahara bənzər doğumu və uşaqlığı, yaya bənzər gəncliyi, payıza bənzər yetknliyi və nəhayət, qışa bənzər qocalığı və ölümü var. Hər mövsümün, hər yaş dövrünün özünəməxsus xüsusiyyətləri, asan və çətin tərəfləri olduğu kimi, nemətləri və imkanları da var. Biz bu nemət və imkanlardan əmr olunduğumuz istiqamətdə istifadə etdiyimiz təqdirdə həm dünyada, həm də axirətdə nicata çatacağımız ümidini daşıyırıq.
Mövsümlərin dəyişməsi yalnız təbiətdə dəyişiklik yaratmır; insanın ruhuna, psixologiyasına və davranışlarına da ciddi təsir edir. Təbiətdəki canlanma, çiçəklərin açılması, günəşin parıltısı bahar və yay aylarında insanların da ruhunu canlandırır, onları daha ümidli və enerjili edir. Əksinə, soyuq, yağışlı, buludlu hava bəzi insanlarda daha çox düşüncəyə, sakitliyə, bəzən isə qismən kədərə səbəb ola bilər. Bu da insanla təbiət arasında möhkəm əlaqənin bir işarəsidir.
Bu nöqteyi-nəzərdən mövsümlərin dəyişkənliyinə hikmət gözü ilə baxan Peyğəmbərimiz (s.ə.s.):
“Qış möminin baharıdır. Gündüzləri qısa olduğu üçün oruc tutar. Gecələri uzun olduğu üçün isə qiyama qalxar, ibadət edər”, - buyuraraq qış mövsümünün bir fürsət olduğunu bizə bildirmişdir.
Qış mövsümünə hikmət pəncərəsindən baxdıqda, əslində, nə qədər böyük bir nemət və imkana sahib olduğumuzu anlayarıq. Qış mövsümünü fürsətə çevirərək gündüzləri oruc, axşamları ibadət, zikr və təfəkkürlə keçirdikdə mənəviyyatımıza sanki bahar gəlir. Xüsusilə, günümüzün ən böyük problemlərindən biri olan vaxtı yaxşı dəyərləndirə bilməmə və beləliklə, zamanı israf etmə kimi çətinlikləri nəzərə aldıqda, qış ayları bizim üçün demək olar ki, yeni bir başlanğıc imkanı təqdim edir.
Ayəti-Kərimədə: “Həqiqətən, göylərin və yerin yaradılmasında, gecə və gündüzün bir-birini əvəz etməsində ağıl sahibləri üçün (Allahın varlığını və birliyini göstərən) dəlillər vardır” (Ali İmran, 190)- buyurularaq bu imkana yenidən diqqət çəkilir.
Qış mövsümü nəfsimizi tərbiyə etmənin, yarım qalmış işlərimizi tamamlamanın mövsümüdür. Namaz qılma vərdişi hələ olmayan qardaşlarımızın namaza başlamaları üçün də böyük bir imkandır. Qışda namaz vaxtlarının ard-arda gəlməsi namaz alışqanlığı qazanmaq üçün gözəl bir fürsətdir. Oxuya bilmədiyimiz kitabları, tamamlamadığımız Qurani-Kərim tilavətlərini və əzbərləyə bilmədiyimiz surələri bu bərəkətli günlərdə tamamlamalıyıq.
Ailə üzvlərimizlə birlikdə qış mövsümünü fürsət və rəhmət mövsümünə çevirərək edə bilmədiyimiz ibadətləri, zikrləri və yaxşılıqları yerinə yetirə, bu zaman dilimini ailə həyatımızda da yeni bir başlanğıca səbəb edə bilərik. Camaatla namaz qılmağı və xüsusilə, sübh namazını camaatla qılmağı vərdiş etsək, o zaman xoşbəxt, hüzurlu və səadət dolu bir həyata qovuşmuş olarıq.
Camaatla namaza böyük diqqət göstərən və vəfatına qədər bunu heç tərk etməyən Rəhbərimiz, Peyğəmbərimiz (s.ə.s.):
“Kim səhər-axşam məscidə gedərsə, hər səhər və hər axşam gedişində Allah onun üçün cənnətdə bir yer hazırlayar”, - buyuraraq camaatla namazın necə bir qazanc olduğunu bildirmişdir.
Gündəlik işlərimizdən əlavə, lazımsız işlərlə vaxtımızı israf etsək, bizə aid olmayan işlərlə məşğul olsaq, mənəvi hüzura əsla çata bilmərik. Bu səbəbdən qış mövsümünü rəhmət və bərəkət mövsümü olaraq görməli və həyatımıza bu istiqamətdə yön verməliyik. Uca Allahın rəhməti, bərəkəti və məğfirəti haqq yoluna tabe olanların üzərinə olsun, inşallah!
İlahiyyatçı
Şəfa Baxşiyeva
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:216
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 06 Yanvar 2026 18:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see461

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see306

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see241

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see226

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see218

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see217

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see211

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see203

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see194

Bakı bu gün öz keçmişi ilə “danışır”

04 Oktyabr 2026 15:01see193

Maks Ferstappen Malayziya Qran prisinin qalibi olub

04 Oktyabr 2026 14:54see190

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see189

Corciya ştatında atışma baş verib İki nəfər ölüb, 35 nəfər yaralanıb

04 Oktyabr 2026 22:34see174

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see173

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see172

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see171

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see170

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see164

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see162

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri