Icma.az
close
up
RU
Sükutun ictimai psixologiyası

Sükutun ictimai psixologiyası

Icma.az, 525.az portalına istinadən məlumat yayır.

Şahanə MÜŞFİQ

Cəmiyyətlər, hətta hakimiyyətlər belə, səssizliklə çökür. Tarix göstərir ki, ədalətsizlik bir gündə yaranmır; o, insanların bir-bir sükuta qərq olduğu, "mənlik deyil" dediyi anlarda böyüyür. Sanki hər birimiz içimizdə kiçik bir vicdan tribunası idarə edirik, amma bu tribunal çox zaman iclas keçirmir. "Qoy başqası danışsın", "mənim sözüm nəyi dəyişəcək ki?" - bu cümlələr sükuta qərq olmuş çoxluğun manifestidir.

Bu çoxluq səhvlərə reaksiya vermir, ədalətsizliyə səs çıxartmır, "başını aşağı salıb" öz işi ilə məşğul olurmuş kimi görünsə də, əslində, ona diktə edilənə boyun əyir. O, nə zalımdır, nə qəhrəman. Onun tək istəyi sadəcə, rahat yaşamaqdır. Lakin tarix də bunu sübut edir ki, ən təhlükəli insanlar zalımlar yox, zalımlara göz yumanlardır. tarixdə ən insanlar zalımlar yox, zalımlara göz yumanlardır. Çünki zülmü davam etdirən yalnız zülm edən deyil, ilk növbədə, zülmə öyrəşəndir.

Biz çox zaman "vicdan əzabı"ndan danışırıq, amma çox az hallarda "vicdan rahatlığı"nı analiz edirik. Halbuki bu, daha əsasdır. Vicdan əzabı insanın içində hələ də bir ümidin yaşadığını göstərir. Amma rahat vicdan artıq o ümidin ölməsidir. İnsan yanlışlığa qarşı susanda içində bir sükut yaranır, o sükut zamanla daşlaşır və dəyişdirmək mümkün olmayan bir rahatlığa çevrilir.

Əsl təhlükə elə bu rahatlıqdır. Kimsə iş yerindəki ədalətsizliyi görür, amma "birdən problem olar" deyib susur. Kimsə yalanı eşidir, amma "hamı belə edir" deyərək keçib gedir. Hər kəsin öz bəraəti var. Cəmiyyətin dağılma nöqtəsi də elə buradadır - hər kəs öz içində bir bəraət tapanda məsuliyyət itir.

Əgər bir xalq uzun müddət "mənlik deyil", "mənə nə var?!" cümləsini təkrarlayırsa, bu, artıq fərdi qorxu yox, milli sindromdur. Az qala, indi haqsızlıq qarşısında susmaq "müdriklik" kimi təqdim olunur. Guya sakit qalmaq, qarışmamaq daha ağıllı davranışdır. Bir baxaq, tarix boyu ən mühüm dəyişiklikləri "qarışanlar" etmədimi?! "Mənlik deyil" deyənlər isə həmin dəyişikliklərdən sonra elə ən çox sevinənlər, "əl çalanlar" olublar.

Əslində, vicdanın səsi heç vaxt itmir. O, sadəcə, bir müddətlik susur. Müəyyən anlarda həzin-həzin içimizdən bir səs pıçıldayır: "niyə bunu etmədin?", "niyə belə demədin?" İnsan isə bu səsi boğmaq üçün özünü "mümkün olmayan reallıq"la aldadır. "Onsuz da heç nə dəyişməz" - bu, həm bəraət, həm də susqunluğun manifestidir. Amma tarixdə hər şey məhz bu cümlənin təkzibi ilə edilib: "Birdən dəyişsə?"

Cəmiyyətin səssizliyini əsas idarə edən qüvvə qorxudur. Qorxu fiziki təhlükə deyil, sosial təzyiq formasıdır. İnsanlar yalnız həbsdən, işdən çıxarılmaqdan deyil, etiketdən də qorxurlar. "Qoy desinlər ki, qarışqanı belə incitməz", "qoy məni sakit adam bilsinlər" - bu cür arzular insanı mənəvi passivliyə sürükləyir. Amma unuduruq ki, ədalətsizlik qarşısında sakit qalmaq da zülmdür.

Bəzən bir insanın susması, yüz insanın yalan danışmasından daha ağır nəticə verir. Çünki insan danışanda, heç olmasa, mövqe göstərir, susmaq isə özünü gizlətmək, hər şeyi səssizcə, qəbul etməkdir.

Bütün cəmiyyətlərdə o susanların əksinə, 1-2 danışan da tapılır. Vicdan məhz onların danışdıqlarındadır. Tarix də məhz bu səsləri unutmur. Əslində isə onlar nə qəhrəman olmağı düşünürlər, nə də liderlik xəyalına qapılırlar. Sadəcə, ədalətsizlik qarşısında susmaq onların vicdan anlayışlarına ziddir.

Bu insanlar cəmiyyətin güzgüsüdür. Onlar danışanda, başqalarının içində boğulmuş vicdan da tərpənir. Çünki vicdan bulaq kimidir - üstünü torpaqla örtmək olar, amma tam məhv etmək mümkün deyil.

Cəmiyyət komfortu sevən olur. Bu komfort həm fiziki, həm də mənəvi rahatlıq verir. Bu mənada, səssizlik ən ucuz rahatlıq formasıdır. Necə deyərlər, "az aşım, ağrımaz başım!" Axı danışmaq cəsarət tələb edir. Bunun üçün nələrdənsə, ən önəmlisi, rahatlığından vaz keçməyi bacarmalısan. Ondan vaz keçməyi könüllü şəkildə neçə nəfər bacarar ki?! Beləcə, həmin o ucuz dediyimiz rahatlıq əslində, bizə ən baha başa gələn komfort olur. Çünki sükut uzandıqca, ədalətsizlik kök atır.

Çoxları düşünür ki, susmaq neytrallıqdır, yəni "heç bir tərəfi tutmuram". Amma əslində, susmaq çox vaxt güclünün tərəfində olmaqdır. Çünki haqsızlıq qarşısında neytral qalmaq haqsızlığı bəsləməkdir. Vicdan təkcə danışmaq, səs çıxarmaq deyil. Bəzən bir baxış, bir jest də etiraz əlaməti ola bilir. Biz bəzən bunları da çox görürük. Amma düşünmürük ki, hər sükutun bir bədəli var. Sükut səsdən daha çox iz buraxır.

Cəmiyyətin sağlamlığı onun nə qədər çox danışması ilə deyil, nəyə görə danışması ilə ölçülür. Vicdan, şəxsi, fərdi məsələ deyil. O, ictimai enerjidir. Hər insanın kiçicik cəsarəti, bütöv bir dövrün dönüş nöqtəsi ola bilər. Ona görə də bəlkə indi hər birimiz özümüzə sadə bir sual verməliyik: "Mən susmaqla kimi qoruyuram?" Çünki bəzən ədalətə xidmət etməyin tək yolu sükutu pozmaqdır!

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:203
embedMənbə:https://525.az
archiveBu xəbər 22 Oktyabr 2025 23:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqası: Sabah Orhus a qarşı Oyun başladı CANLI YAYIM

05 Avqust 2026 21:19see406

Bakteriyanın ən sürətlə çoxaldığı yemək bəlli oldu: Nə toyuq, nə də yumurta

06 Avqust 2026 04:04see375

Gəncə icra hakimiyyətinə yeni texnikalar alınıb

05 Avqust 2026 16:59see312

Bakı metrosunda avqustun 15 dən yeni mərhələ BAŞLAYIR

05 Avqust 2026 19:27see308

İrəvanın Qərbə meyllənməsi iqtisadiyyata zərbə vurur Açıqlama

06 Avqust 2026 20:05see304

Ağdam Sənaye Parkına 177 milyon manatdan çox yatırım qoyulub

06 Avqust 2026 00:07see284

19FortyFive: Moskvaya uçan dronlar...

05 Avqust 2026 18:49see282

Azərbaycanın yaşıl gələcəyinin qlobal önəmi

05 Avqust 2026 12:12see237

Azərbaycana hər məhsulu gətirmək mümkün olmayacaq Yeni QAYDALAR

07 Avqust 2026 00:37see237

Müşfiqabadda qalmaqal: Sərxoş halda qəbiristanlığa gəlib insanları söydü

05 Avqust 2026 14:00see217

ABŞ nin Səudiyyə Ərəbistanından neft idxalı sıfıra enib

07 Avqust 2026 00:21see204

Ceki Çanla görüşmək üçün özlərini maşının önünə atdılar Video

05 Avqust 2026 21:14see201

Çempionlar Liqası: “Orhus“ “Sabah“ matçı başladı YENİLƏNİR

05 Avqust 2026 21:12see195

Donuz zənn edib atəş açdı, atasını öldürdü

07 Avqust 2026 03:09see190

Avropanın 80 dək səhiyyə təşkilatı Aİ ni əhalinin istidən qorunması üçün tədbirlər görməyə çağırıb

06 Avqust 2026 21:40see181

Real Madrid Vinisius Junior ilə müqaviləni uzadıb

07 Avqust 2026 02:09see181

UEFA nın vitse prezidenti: “Bizə İnfantinoya qarşı namizəd lazımdır”

06 Avqust 2026 00:52see173

Ermənistana səfərlər rusiyalılar üçün təhlükəli ola bilər Matviyenko

07 Avqust 2026 02:00see171

Qurban Qurbanov: “Hava həddindən artıq isti idi...”

07 Avqust 2026 00:31see170

Ağstafada mağaza sahibi müştərini bıçaqladı

06 Avqust 2026 00:39see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri