Icma.az
close
up
RU
Süleyman peyğəmbərin altıbucaqlı möhürü, Həzrət Əlinin ayaq izləri Sirli Buzovna

Süleyman peyğəmbərin altıbucaqlı möhürü, Həzrət Əlinin ayaq izləri Sirli Buzovna

Icma.az, News24 saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycanda ən qədim məskənlərdən biri də Buzovna, bunu təsdiqləyən ən parlaq sübut isə Hun qəbiristanlığıdır. Deyilənə görə, burada eradan əvvəl 3-cü əsrə aid qəbirlər varmış. Təəssüf ki, bu qəbirlər sovet vaxtı dağıdılıb. Ancaq qədim qəbirlərin bəziləri indi də qalmaqdadır.  Qəbiristanlıqda türbə də var. İçərisində 4 qəbir olan bu türbə Məhəmməd Əli türbəsi adlanır. Türbənin tarixi qəbiristanlığın tarixi qədər qədim deyil. İslam dininin yayıldığı dövrdən sonraya aiddir. Bu türbənin adı vaxtilə sultanların birinin təyin etdiyi xəlifənin adı ilə bağlıdır. Hun qəbiristanlığındakı qəbirlərin üzərində müxtəlif yazılar-mərhumların şərəfinə yazılmış şeirlərdən beytlər, naxışlar-svastika, günəş və yaxud əbədiyyət simvolu, Süleyman peyğəmbərin altıbucaqlı möhürü olan ulduz, səkkizbucaqlı ulduz və digər simvollar, təsvirlər əks olunub.


Buzovnada vaxtilə Alban kilsəsi də olub. Amma indi bu kilsədən heç bir iz yoxdur.

Ümumiyyətlə Buzovnanı sadəcə bir neçə dəqiqə gəzmək kifayətdir ki, buranın necə qədim yurd olduğunu görəsən.

“Buzovna ensiklopediyası”ında qeyd edilir ki, buranın yerli əhalisi türk tayfaları olub. Bu ərazilərdə əhalinin məskunlaşması eradan əvvəl 3-cü əsrə təsadüf edir. Şərqşünas alim Mirzə Kazım bəyin tələbəsi İlya Nikolayeviç Berezin “Abşeron yarımadasına səyahət” (1845) əsərində yazır ki, Buzovna adının mənası boz oğuzlarla əlaqəlidir.

Şair Arif Buzovnalı öz yazılarında vurğulayır ki, “boz” türk dilində rəng ifadə etməklə yanaşı səhra və çöllər üçün də işlədilən ifadədir. Bozkır dedikdə, qədim və müasir türk xaqları səhra, yarımsəhra və çöl landşaftını nəzərdə tutublar. Çuxurluqda yerləşən ərazilər isə “ova” adlanıb. Buzovnanın qumluq və çöllük ərazi olduğunu nəzərə alsaq, “Buzovna” toponiminin “Boz ova” ifadəsinin təhrif olunmuş forması olduğunu anlamaq mümkündür.

Buzovnalılar vaxtilə daha çox əkinçilik, balıqçılıq, heyvandarlıqla məşğul olublar. Sovetin son illərində burda da gülçülük öz parlaq dövrünü yaşayıb. İndi isə insanlar daha çox Buzovnada yerləşən iri müəssisələrdə çalışırlar.

Buzovna Azərbaycanda islam dinin və şiəliyin ən geniş yayıldığı məkanlardan biridir.


Yəqin ki, qədim yurd olmağının nəticəsidir ki, bir sıra filmlərin – “Uzaq sahillərdə”, “Koroğlu”, “Torpaq, dəniz, səma”, “Yeddi oğul istərəm”, “Var olun, qızlar”,  “Yuxu”, “Ölüm növbəsi” və sairənin  müxtəlif kadrları bu torpaqlarda çəkilib.

Buzovnanda qədim məhəllələr çoxdur, onlardan biri də biri Naxır bulağıdır.  Kənd ağsaqqalları danışarmış ki, qədimlərdən ta 20-ci əsrin otuzuncu illərinədək örüşdən gətirilən mal-qara bura sürülər, hər kəs heyvanını ayırıb apararmış. Burda heyvanları da sulayırmışlar. Ona görə də camaat bura Naxır bulağı deyirmiş. Əslində isə burda bulaq olmayıb. Hər halda “Buzovna ensiklopediyası”nda belə yazılıb. Bu məhəllədə köhnə məscid də yerləşir: “Naxır bulağı”ndan azca o yana, yolun solunda.

Buzovnanın qədimliyinin ən parlaq sübutularından biri də hamamlardır. Bu yerin köhnə tarixi-memarlıq abidələrindən biri Təhməz bəy hamamıdır. Hamam 19-cu əsrin əvvəllərində buzovnalı sahibkar Məşədi Təhməzin oğlu Məmmədrzanın təşəbbüsü və maddi vəsaiti hesabına tikilib. Məmmədrza bəyin ailəsi Bakının mərkəzində yaşayırmış, yay fəslində bağa köçərmişlər. 1891-ci ildə, isti yay günlərinin birində onun xanımı və qızı hamama getmək istəyir. Ancaq kəndin hamamçısı onları içəri buraxmır, deyir ki, bu gün hamam yiyəsinin öz ailəsinin hamam günüdür. Xanım kor-peşman evə qayıdır və əhvalatı evdəkilərə danışır. Məmmədrza məhz bundan sonra hamam tikdirmək qərarına gəlir.

Ən tanınmış hamamlardan biri də “Qum hamamı” olub. Hamamı sahibkar, tacir Hacı Zülfüqar Hacı Muradəli oğlu tikdirib. Xeyriyyəçi Hacı Səmədin də (Ziyad Səmədzadənin ulu babası – red.) həm hamamın tikilməsində, həm də tikinti üçün dövlətdən icazə alınmasında böyük xidmətləri olub. Hamamın tikintisinə görə, onlara bəy titulu verib. El hamamı deyirmişlər bura. O dövrdə İranda yoluxucu xəstəliklər geniş yayılıbmış. Bu baxımdan el hamamın tikilməsi xüsusi əhəmiyyətli addım kimi qiymətləndirilmişdi, bəy titulunun verilməsinin əsas səbəbi də bu idi. 1936-ci ilə qədər istifadə edilən hamam kolxozun istifadəsinə verilir, təmir emalatxanasına çevrilir. 1970-ci ildə isə tamamilə sökülərək, İkinci Dünya Müharibəsində həlak olmuş buzovnalıların xatirəsini əbədiləşdirmək məqsədilə əsgər abidəsi ucaldılıb.

19-cu əsrin sonlarında tikilən daha bir hamam isə Məşədi Qərib hamamı olub. Hamamı sahibkar və xeyriyyəçi Qərib Heybət oğlu tikdiribmiş. Buzovnalıların istifadəsi üçün tikdirilmiş ev hamamı imiş.


Kənddə “Çapayev”, “Hacı Nurəli” və “Məşədi Veysəl” adlı hamamlar da var.

Buzovnanın ən böyük məbədgahı, tarixi memarlıq abidəsi, dövlətin mühafizə etdiyi tikililərdən biri də Cümə məscididir. Məscid 1896-cı ildə inşa olunsa da, tikintini başa çatdırmaq mümkün olmayıb. Günbəz, minarə, ayrı-ayrı hücrələr hazır deyilmiş. 1918-ci ildə işlərin başa çatıdırlması üçün pul yığılır. Hacı Zeynalabdin Tağıyev də işlərin başa çatması üçün 30 min pul verir. Yenə müəyyən işlər görülür, amma məscidin bəxti açılmır. Bakını işğal edən bolşeviklər məscidin fəaliyyətini ümumiyyətlə qadağan edirlər. İkinci Dünya Müharibəsindən sonra isə bura mağazaya çevrilir. 1987-ci ildə Hacı Əmrulla Məşədi Balahüseyn oğlu Şeyxülislam Hacı Allahşükür Paşazadənin vasitəsilə binanı hökumətdən alır, məscidin təmirinə başlayır. Amma bu dəfə də təmir yarımçıq qalır. 2007-ci ildə Buzovna sakinləri Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya məsciddə təmir işlərinin başa çatdırılması ilə bağlı müraciət edirlər. Bundan sonra məscid yüksək səviyyədə təmir edilir, ibadətgah kimi camaatın ixtiyarına verilir. Ümumiyyətlə Buzovna məscidlərin çox olduğu yer kimi tanınır.


Cümə ibadətgahından bir az yuxarıda “Əli ayağı” ziyarətgahı yerləşir. Bura ümumiyyətlə Azərbaycanda ən çox ziyarət edilən məkanlardan biridir. Buzovna camaatı deyir ki, ərəb mənbələrində hicri təqvimi ilə 13-cü ildə Həzrəti Əlinin Abşeronda-Buzovnada, dəniz kənarında olduğuna dair qeydlər var. Deyilənə görə, o zamanlarda bu torpaqlara bir dəstə süvari gəlibmiş, onlar hər yeri gəzib-dolaşır, amma heç kimlə danışmırmışlar. Onlardan kim olduqlarını soruşduqda “başçı” cavabını verirmişlər. Həmin illərdə Badi-Kubədən iki qardaş Məkkə və Mədinə şəhərlərində ticarətlə məşğul imişlər. Qardaşlardan biri – Yassal Niyyal Məkkə və Mədinədə qalır, kiçik qardaş isə Badi-Kubəyə mal aparıb-gətirirmiş. Və görkəmli adamların demək olar ki, hamısını tanıyırmış. Bir gün həmin süvarı dəstəsi Buzovnada qayaların üstünə çıxanda dəniz kənarında balıqçılarla alver edən kiçik qardaş onları görür və qəfildən qaçıb atlılardan birinin ayağına düşür və deyir: “Ya Həzrəti Əli, siz burda neynirsiniz?” Atlı soruşur ki, məni hardan tanıdın? Kiçik qardaş da Məkkədə, Mədinədə alver etdiyini, onu orda görüb, tanıdığını deyir. Həmin adam atına minib, dəstəsi ilə oradan uzaqlaşır. O, getdikdən sonra qayanın üzərində ayaq ləpiri, at dırnaqlarının yeri qalır. Sonradan bura ziyarətgaha çevrilir.

Başqa bir əhvalat da var. Deyilənə görə Şeyx Əliyar evlənəndən bir sonra qəribə bir yuxu görür. Yuxuda at üstündəki nurani bir qoca onu dəniz qırağına dəvət edir, onlar dəniz qırağında başqa yerdən gəlmiş bir adam görürlər. Nurani qoca Həzrəti Əlinin ləpirini, atının ayaq izlərini Şeyx Əliyara göstərir, qədəmgaha sahib olmağı və müqəddəsliyi qorumağı tapşırır. Şeyx Əliyar isə yuxu görəndən sonra hər gün qayalara çıxar azan verər, namaz qılarmış. Şeyx Əliyar rəhmətə getdikdən sonra onun oğlu qədəmgah içəridə qalmaqla burda məscid və karvansara tikdirir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://news24.az
archiveBu xəbər 24 Dekabr 2024 20:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya MN: PUA istehsalı sexləri Geran 2 ilə vurulub

05 İyul 2025 13:30see120

Məhkumlar arasında badminton yarışı keçirilib FOTOLAR

05 İyul 2025 10:02see120

Şəkidə yük və minik avtomobilləri TOQQUŞDU: İkisi körpə olmaqla dörd nəfər xəsarət aldı

05 İyul 2025 15:18see119

Pezeşkian Azərbaycanla bağlı görün nələr DANIŞDI: “Mənə dedilər ki…” KONKRET

05 İyul 2025 10:34see119

Yaprak Dökümü nün çəkildiyi malikanə ofis oldu

05 İyul 2025 14:03see118

Şəmkirdə göldə boğulan 3 azyaşlı dəfn edildi KONKRET

05 İyul 2025 13:39see117

ABŞ da fəlakət olub ölənlərin sayı 40 ı ötdü

06 İyul 2025 05:24see117

Niderland millisinin üzvü Braziliya klubundan ayrıla bilər

06 İyul 2025 17:50see116

Qonşu ölkəyə qovurucu istilərlə bağlı XƏBƏRDARLIQ edildi Temperatur 44 dərəcəyə çatacaq

05 İyul 2025 15:18see116

Samir Bağırova görə öldürülən rəqqasənin bacısı illər sonra danışdı

05 İyul 2025 14:44see116

Dövlət dili Azərbaycan dilidirsə, o zaman büdcədən maliyyələşən ümumi təhsil də yalnız dövlət dilində olmalıdır

05 İyul 2025 14:59see115

Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb SİYAHI

05 İyul 2025 11:10see115

Avro qalxır, bu, Azərbaycan bazarına necə təsir edir? Açıqlama + VİDEO

05 İyul 2025 10:04see115

Azərbaycanda nə qədər psixi xəstə var? Kişi və qadınların sayı

05 İyul 2025 12:56see115

Avropa çempionatı: Bir idmançımız qızıl, digəri isə...

06 İyul 2025 00:21see114

Azərbaycanın ilk Xalq artisti

06 İyul 2025 00:20see114

Boksçumuz Dünya Kubokunu bürünc medalla başa vurdu

05 İyul 2025 15:16see114

İyul ayında qartopu oynadılar: Görünməmiş bir şey yaşadılar FOTOLENT

05 İyul 2025 15:06see114

Real ın oyunçusu: PSJ ilə yarımfinal əslində ÇL in finalıdır

06 İyul 2025 23:01see113

Dəniz sahilində ACINACAQLI VƏZİYYƏT: Vətəndaşların sağlamlığı təhlükədə

06 İyul 2025 19:51see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri