Süleyman və Hürrəm 15 ildən sonra yenidən bir arada Ehtiraslı dönüş
Hurriyyet saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Möhtəşəm yüz il” serialındakı rolları ilə böyük şöhrət qazanan Halit Ergenç və Məryəm Üzərli 15 ildən sonra yenidən kamera qarşısına keçiblər.
Məşhurlar bu dəfə “İmroz’da Bahar” filmində baş rolları bölüşüblər.
Filmin yayımlanan ilk afişası Ergenç və Üzərlinin canlandırdığı obrazlar arasında ehtiraslı sevgi hekayəsinin yaşanacağından xəbər verib. Ardınca aktyorların birlikdə sirtaki rəqsi etdiyi görüntülər sosial şəbəkələrdə böyük maraq doğurub.
Uzun illərdən sonra iki məşhur aktyoru eyni ekran işində görmək onların pərəstişkarlarını da sevindirib.
“İmroz’da Bahar” filmi Gökçeadada yolları kəsişən iki insanın həyatından bəhs edir. Ekran işində qəhrəmanların sevgidə ikinci şans əldə etməsi və aralarında yaranan romantik münasibət tamaşaçılara təqdim olunacaq.
Film “Sky Film” və “Vanguart”ın birgə istehsalıdır.|Lent.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 21 Avqust 2026 05:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















