Süleymançılar Türkiyədən pulları belə çıxarıblar Detallar
Axar.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Türkiyədəki Süleymançılar qrupunun lideri Əlixan Kurişin təsis etdiyi təşkilatla bağlı aparılan istintaqda ifadə verən G.K. adlı şəxs xaricə pul köçürmələri ilə bağlı danışıb.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Məlumata görə, Rumıniyanın paytaxtı Buxarestdə yataqxanada qalan tələbələr tətil bəhanəsi ilə Türkiyəyə göndərilərək təşkilatın İstanbuldakı nümayəndəsi M.A.-ya yönləndirilib. Bu görüşlər zamanı tələbələrin çamadanlarına gizlicə külli miqdarda dollar, avro və funt-sterlinq qoyulub. Proses zamanı tələbələrə "Rumıniyaya gələnə qədər çamadanları açmayın" kimi ciddi təlimat verilib. Buxarestə qaçaqmalçılıq yolu ilə gətirilən xarici valyuta təşkilatın oradakı rəhbərləri tərəfindən qəbul edilib və sistemə inteqrasiya edilib.
Kurişin hazırda həbsdə olan sağ əli Əhməd Uğur Pakcan Rumıniya marşrutundakı əsas fiqur kimi göstərilir. Rumıniyadakı maliyyə və kommersiya şəbəkəsinin təməli Buxarestdə çoxsaylı filialları olan “Dristor Dönər” və pul axınının yönəldildiyi iddia edilən “Dristor Valyuta Mübadiləsi” məntəqələridir.
Qeyd edək ki, 2 gün öncə Əlixan Kuriş həbs olunub. Ankara Baş Prokurorluğu tərəfindən “Əlixan Kuriş Cinayət Təşkilatına” qarşı aparılan istintaq çərçivəsində saxlanılan 38 şübhəlidən 32-si həbs edilib, qalan 6 nəfərə isə məhkəmə nəzarəti tədbirləri tətbiq edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:45
Bu xəbər 18 Avqust 2026 15:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















